Azerbaijani American Medical Association

  • Home
  • Azerbaijani American Medical Association
Directions Website Contact the organization

Azerbaijani American Medical Association Our Goal is to Connect, Improve, and Assist Azerbaijani Medical Professionals in the United States of America as well as the Rest of The World.

Our goal is to unite and enhance Azerbaijani medical professionals both in USA and across the world.

Xaricdə çalışan azərbaycanlı həkimlərin ortaq bəyanatıXaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkim cəmiyyətl...
04/05/2026

Xaricdə çalışan azərbaycanlı həkimlərin ortaq bəyanatı

Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkim cəmiyyətləri olaraq, səhiyyə sahəsində həkimlərə və tibb işçilərinə qarşı zorakılıq, təhdid, nifrət dili və kollektiv ittiham hallarından dərin narahatlıq duyduğumuzu bildiririk.

İlk növbədə, son günlər baş vermiş faciəli hadisədən zərər çəkmiş bütün tərəflərə, o cümlədən pasiyentin və həkimin ailələrinə, yaxınlarına dərin təəssüfümüzü və həmrəyliyimizi ifadə edirik. İnsan itkisi, ağır xəsarət və zorakılıqla nəticələnən hər bir hadisə cəmiyyət üçün böyük faciədir. Belə halların bütün tərəfləri obyektiv, şəffaf və peşəkar şəkildə araşdırılmalıdır.

Məqsədimiz konkret hadisə üzrə tibbi, hüquqi və ya faktiki qiymətləndirmə vermək deyil, səhiyyə mühitində zorakılığın yolverilməzliyi və tibbi mübahisələrin hüquqi, institusional və peşəkar mexanizmlərlə araşdırılmasının vacibliyi barədə prinsipial mövqeyimizi ifadə etməkdir.

Həkimlik peşəsi insan həyatını qorumağa xidmət edən ən ağır və məsuliyyətli sahələrdən biridir. Eyni zamanda, pasiyent hüquqlarının qorunması, tibbi xidmətin keyfiyyətinin obyektiv qiymətləndirilməsi, şəffaf araşdırma və məsuliyyət mexanizmlərinin mövcudluğu hər bir sağlam səhiyyə sisteminin ayrılmaz hissəsidir. Bu prinsiplər həkimlərin və tibb işçilərinin təhlükəsizliyi, hüquqları və peşə nüfuzu ilə paralel şəkildə qorunmalıdır.

Heç bir halda həkimlərə və tibb işçilərinə qarşı fiziki zorakılıq, təhdid, nifrət dili, sosial media linçi və kollektiv günahlandırma qəbul edilə bilməz. Tibbi nəticədən narazılıq, ağır xəstəliklərin fəsadları, mümkün tibbi səhv və ya səhlənkarlıq iddiaları zorakılığa əsas vermir və verməməlidir.

Səhiyyə sahəsində yaranan problemlər emosional qarşıdurma və ictimai aqressiya ilə deyil, hüquqi araşdırma, müstəqil ekspertiza, peşəkar etik prosedurlar və sivil ictimai dialoq vasitəsilə qiymətləndirilməlidir. Yalnız bu yanaşma həm pasiyentlərin hüquqlarını qoruyur, həm də tibb işçiləri üçün təhlükəsiz və ədalətli iş mühitinin formalaşmasına xidmət edir.

Cəmiyyətimizdə bəzən ağır xəstəliklərin təbii gedişatı, tibbi müdaxilələr zamanı risk çərçivəsində baş verə bilən ağırlaşmalar və mümkün tibbi səhlənkarlıq kimi fərqli anlayışlar bir-birinə qarışdırılır. Bu məsələlərin düzgün qiymətləndirilməsi yalnız peşəkar tibbi ekspertiza və hüquqi araşdırma əsasında mümkün olmalıdır. Araşdırma yekunlaşmadan ictimai mühakimə, kollektiv ittiham və aqressiv ritorika nə pasiyentlərin, nə də tibb işçilərinin maraqlarına xidmət edir.

İctimai müzakirələrin məsuliyyətli, balanslı və zorakılığı təşviq etməyən formada aparılması xüsusi əhəmiyyət daşıyır. Həkimlərə və tibb işçilərinə qarşı ümumiləşdirilmiş aqressiv münasibət uzunmüddətli perspektivdə yalnız fərdi mütəxəssislərə deyil, bütövlükdə səhiyyə sisteminə, gənc həkimlərin peşəyə münasibətinə və pasiyentlərin keyfiyyətli tibbi xidmətə çıxışına mənfi təsir göstərə bilər.

İnanırıq ki, qarşılıqlı hörmət, şəffaflıq, hüquqi məsuliyyət, peşəkar araşdırma və sağlam ictimai dialoq həm vətəndaşların, həm tibb işçilərinin, həm də cəmiyyətimizin ümumi maraqlarına xidmət edən ən doğru yoldur.

Address


Alerts

Be the first to know and let us send you an email when Azerbaijani American Medical Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azerbaijani American Medical Association:

Shortcuts

  • Want your organization to be the top-listed non profit organization?

Share