Bakı Gənclər Mərkəzi

  • Home
  • Bakı Gənclər Mərkəzi

Bakı Gənclər Mərkəzi Gələcəyə Buradan Addımlayın

Zəfərin 5 illiyi münasibətilə Bakı Gənclər Mərkəzinin əməkdaşları və gəncləri Zəfər parkında oldular! 🇦🇿Zəfərin 5 illiyi...
01/11/2025

Zəfərin 5 illiyi münasibətilə Bakı Gənclər Mərkəzinin əməkdaşları və gəncləri Zəfər parkında oldular! 🇦🇿

Zəfərin 5 illiyinə həsr olunmuş tədbir çərçivəsində Bakı Gənclər Mərkəzinin əməkdaşları və fəal gəncləri bu gün Zəfər Parkını ziyarət ediblər.

Ziyarət zamanı gənclər Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edib, Zəfərimizin rəmzinə çevrilmiş abidələri ziyarət ediblər.
Tədbir gənclərdə milli qürur hissinin və vətənpərvərlik dəyərlərinin daha da gücləndirilməsi məqsədi daşıyıb.

📍 Məkan: Zəfər Parkı
🗓️ Tarix: 1 noyabr
⏰ Saat: 14:00

Oktyabr ayı üzrə Bakı Gənclər Mərkəzinin fəaliyyətiOktyabr ayı ərzində Bakı Gənclər Mərkəzində gənclərin fərdi inkişafı,...
31/10/2025

Oktyabr ayı üzrə Bakı Gənclər Mərkəzinin fəaliyyəti

Oktyabr ayı ərzində Bakı Gənclər Mərkəzində gənclərin fərdi inkişafı, yaradıcılıq potensialının artırılması və sosial fəallığının gücləndirilməsi məqsədilə çoxsaylı fəaliyyətlər həyata keçirilib. Cəmi 238 fəaliyyət çərçivəsində 3256 gənc prosesə cəlb olunub. Fəaliyyətlər altı əsas klub üzrə təşkil edilib:

🔹 Təlim və İnkişaf Klubu – 67 təlim, 1028 gənc
🔹 Sosial Fəaliyyətlər Klubu – 36 fəaliyyət, 582 gənc
🔹 Yaradıcılıq Klubu – 92 fəaliyyət, 1169 gənc
🔹 Vətənpərvərlik Klubu – 21 fəaliyyət, 377 gənc
🔹 İnnovasiya Klubu – 8 fəaliyyət, 24 gənc
🔹 Analitik Tədqiqat Klubu – 14 fəaliyyət, 76 gənc

Bu göstəricilər Bakı Gənclər Mərkəzinin gənclərin maarifləndirilməsi, sosial inteqrasiyası və çoxşaxəli inkişafı istiqamətində apardığı ardıcıl fəaliyyətin davamı kimi dəyərləndirilir.

📍 Məkan: Bakı Gənclər Mərkəzi
📅 Tarix: Oktyabr 2025

🎎 Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutu fəaliyyətə başladı!Bakı Gənclər Mərkəzində fəaliyyətə başlayan Konfutsi İns...
31/10/2025

🎎 Bakı Gənclər Mərkəzində Konfutsi İnstitutu fəaliyyətə başladı!

Bakı Gənclər Mərkəzində fəaliyyətə başlayan Konfutsi İnstitutu gənclərə Çin dilini öyrənmək, müxtəlif mədəni tədbirlərdə iştirak etmək və tələbə mübadiləsi proqramlarından yararlanmaq imkanı təqdim edir.

Proqram çərçivəsində iştirakçılar Çin mədəniyyətini yaxından tanıyacaq, beynəlxalq təcrübə əldə edəcək və qlobal miqyasda biliklərini genişləndirmək fürsəti qazanacaqlar.

📍 Məkan: Bakı Gənclər Mərkəzi
💡 İştirak: Ödənişsiz
⚠️ Yerlər məhduddur, qəbul müsahibə yolu ilə aparılacaqdır.










Zəfərin 5 illiyi münasibətilə Bakı Gənclər Mərkəzinin əməkdaşları və gəncləri Zəfər parkında! 🇦🇿Bakı Gənclər Mərkəzinin ...
31/10/2025

Zəfərin 5 illiyi münasibətilə Bakı Gənclər Mərkəzinin əməkdaşları və gəncləri Zəfər parkında! 🇦🇿

Bakı Gənclər Mərkəzinin əməkdaşları və fəal gəncləri 8 Noyabr – Zəfər Günü ərəfəsində, Zəfərin 5 illiyinə həsr olunmuş tədbir çərçivəsində Zəfər Parkını ziyarət edəcəklər.
Ziyarət zamanı gənclər Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edəcək, Zəfərimizin rəmzinə çevrilmiş abidələri ziyarət edəcəklər.

Bu təşəbbüs gənclərdə milli qürur hissinin, vətənpərvərlik dəyərlərinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

📍 Məkan: Zəfər Parkı
🗓️ Tarix: 1 noyabr
⏰ Saat: 14:00

“Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib22 oktyabr tarixində Gənclər ...
31/10/2025

“Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib

22 oktyabr tarixində Gənclər və İdman Nazirliyində Nazirliyin əməkdaşları üçün “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib.

Təlim Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Sara Payızova tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılara dəyişən şəraitdə effektiv qərarvermə, adaptiv davranış və strateji çeviklik bacarıqları aşılanıb.

Təlim çərçivəsində dinamik mühitin xüsusiyyətləri, VUCA modeli (volatility, uncertainty, complexity, ambiguity) və onun fərdi qərarverməyə təsiri, həmçinin qərarların optimizasiyası üçün istifadə olunan analitik və strukturlaşdırılmış düşüncə metodları — Pros & Cons, SWOT, OODA loop kimi yanaşmalar barədə ətraflı məlumat verilib.

İştirakçılar praktik tapşırıqlar vasitəsilə real situasiyalarda çeviklik və optimizasiya bacarıqlarını sınaqdan keçiriblər. Sessiyanın sonunda sual-cavab və müzakirə bölməsi keçirilib, fərqli davranış strategiyaları və qərarvermə modelləri üzərində fikir mübadiləsi aparılıb.

Təlimdə Bakı Gənclər Mərkəzinin metodistləri Arzu Qarazadə və Kənan Şərifov da iştirak ediblər.

📅 Tarix: 22 oktyabr
📍 Məkan: Gənclər və İdman Nazirliyi

̇dmannazirliyi

“Zəfər yolu – 44 gün” fəaliyyət proqramı çərçivəsində şəhidlərin əziz xatirəsi anılıbBakı Gənclər Mərkəzinin “Zəfər yolu...
31/10/2025

“Zəfər yolu – 44 gün” fəaliyyət proqramı çərçivəsində şəhidlərin əziz xatirəsi anılıb

Bakı Gənclər Mərkəzinin “Zəfər yolu – 44 gün” fəaliyyət proqramı çərçivəsində Sabunçu rayon Şəhidlər Xiyabanında ziyarət və iməclik aksiyası həyata keçirilib.

Tədbirdə Bakı Gənclər Mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər. Ziyarət zamanı şəhidlərin xatirəsi anılıb, məzarları ziyarət olunub, gülab suyu ilə qəbirüstülər yuyulub və xiyabanda təmizlik işləri aparılıb.

Fəaliyyətin məqsədi gənclər arasında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin daim yaşadılması, həmrəylik və vətənpərvərlik ruhunun aşılanmasıdır.

🕊️ Tarix: 30 oktyabr
📍 Məkan: Sabunçu rayon Şəhidlər Xiyabanı

Oktyabrın 29-da Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu...
30/10/2025

Oktyabrın 29-da Bakı Gənclər Mərkəzində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialının rəsmi açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə baş tutub.

Mərasimdə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Çin Xalq Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Lü Mey və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış ediblər.

Tədbir çərçivəsində Bakı Gənclər Mərkəzi (direktor Nərgiz Babayeva), Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu (direktor Rafiq Abbasov) və Çin tərəfindən Konfutsi İnstitutu (direktor Li Jihua) arasında üçtərəfli əməkdaşlıq memorandumu imzalanıb.

Mərasimdə Azərbaycan və Çin milli rəqsləri və musiqiləri təqdim olunub, çinli tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Tədbirin sonunda tərəflər arasında hədiyyə mübadiləsi aparılıb.

🇹🇷 29 Oktyabr – Türkiyə Cümhuriyyət Bayramı 🇦🇿Bu gün qardaş Türkiyənin Cümhuriyyətinin elan edilməsinin ildönümüdür.Azər...
29/10/2025

🇹🇷 29 Oktyabr – Türkiyə Cümhuriyyət Bayramı 🇦🇿

Bu gün qardaş Türkiyənin Cümhuriyyətinin elan edilməsinin ildönümüdür.
Azərbaycan xalqı olaraq bu əlamətdar günü dost və qardaş Türkiyə xalqı ilə birlikdə böyük qürur və sevinc hissi ilə qeyd edirik.

Bir millət, iki dövlət prinsipi əsasında qurulan qardaşlıq və dostluq münasibətlərimiz daim möhkəm və əbədi olacaq!

Cümhuriyyət Bayramınız mübarək olsun! 🇦🇿🤝🇹🇷

Gənclərin milli dəyərlər və dövlətçilik ruhu ilə bir araya gələcəyi “Şanlı Zəfər” düşərgəsi ilə qarşınızdayıq!🇦🇿Azərbayc...
29/10/2025

Gənclərin milli dəyərlər və dövlətçilik ruhu ilə bir araya gələcəyi “Şanlı Zəfər” düşərgəsi ilə qarşınızdayıq!🇦🇿

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 31 oktyabr – 2 noyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində “Şanlı Zəfər” düşərgəsi keçiriləcək! 🏕️

Düşərgənin əsas məqsədi gənclərin milli qürur hissini və dövlətçilik düşüncəsini gücləndirmək, Zəfər tariximizin dərindən öyrənilməsi üçün interaktiv təlim və müzakirələr təşkil etmək, həmçinin liderlik, komanda işi və strateji düşünmə bacarıqlarının inkişafına töhfə verməkdir. 💪🇦🇿

✅ Yaş aralığı: 18–25
📍 Məkan: Şəki Olimpiya İdman Kompleksi
🗓 Tarix: 31 oktyabr – 2 noyabr 2025

📌 Qeydiyyat üçün son tarix: 30 oktyabr 2025
https://forms.gle/2CB7fsX28KNkT8X49

28 Oktyabr - Dünya Cüdo Günüdür!
28/10/2025

28 Oktyabr - Dünya Cüdo Günüdür!

🎬 Göyçə: İtirilmiş Ocaq – yaddaşımıza köçürülən tarix!“Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində gənclər bir aray...
28/10/2025

🎬 Göyçə: İtirilmiş Ocaq – yaddaşımıza köçürülən tarix!

“Qərbi Azərbaycana Qayıdış” layihəsi çərçivəsində gənclər bir araya gələrək tarixi gerçəklikləri əks etdirən dərin məzmunlu sənədli film izlədilər. “Göyçə: İtirilmiş ocaq” filmi təkcə bir bölgənin deyil, bütün bir xalqın yaddaşını, köçürülmüş ocaqları və unudulmayan izləri ekranlara gətirdi.

Filmdə əks olunan hadisələr gənclərə həm tariximizi dərindən tanıtmaq, həm də milli kimlik duyğusunu gücləndirmək baxımından əhəmiyyətli oldu. Tamaşadan sonra keçirilən müzakirələr gənclərin fəal iştirakını təmin etdi və düşüncələrin paylaşılmasına zəmin yaratdı.

📍Bakı Gənclər Mərkəzi
📅 27 oktyabr– saat 15:00

🇦🇿 Zəfər 44 İntellektual Yarış keçirildi!Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Zəfər 44” adlı intellektual yarış Bakı Gə...
26/10/2025

🇦🇿 Zəfər 44 İntellektual Yarış keçirildi!

Zəfərin 5-ci ildönümünə həsr olunmuş “Zəfər 44” adlı intellektual yarış Bakı Gənclər Mərkəzində baş tutdu.

Zəfərin simvolu olan 8 rəmzi daşıyan 8 komanda arasında baş tutan yarışda hər komandada 5 gənc iştirak edərək bilik və çeviklikləri ilə fərqləndilər.

Tədbirin məqsədi Zəfər Gününün mənəvi dəyərini gənclərə daha dərindən çatdırmaq, vətənpərvərlik ruhunu intellektual mühitdə yaşatmaq idi.

Yarışın sonunda ilk üç yerin qalibləri diplomlarla, bütün iştirakçılar isə sertifikatlarla təltif olundular.

📍 Məkan: Bakı Gənclər Mərkəzi
📅 Tarix: 24 oktyabr 2025

Address


Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 18:00

Telephone

+994123104213

Alerts

Be the first to know and let us send you an email when Bakı Gənclər Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bakı Gənclər Mərkəzi:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share