04/03/2026
So proud🇦🇿
ABŞ-nin reytinqli ali məktəbləri sırasında yer alan Mayami Universitetinin azərbaycanlı tələbələri Vaqif Kazımlı, Yunus Kazımlı və Yusif Qurbanlının birgə həyata keçirdikləri startap layihəsi böyük maraq yaradıb. Soydaşlarımız süni intellektə əsaslanan yeni nəsil elektron tibbi qeydiyyat sistemi hazırlayıb. Komanda bu layihəni 22-24 aprel tarixində Mayamidə keçiriləcək, 20 mindən çox iştirakçını və 60-dan çox ölkəni bir araya gətirəcək “eMerge Americas 2026” texnologiya konfransı və sərgisində təqdim etməyə hazırlaşır. Onlar tədbirə həm “Səhiyyədə süni intellekt” mövzusunda keçiriləcək paneldə əsas məruzəçi, həm də sponsor qismində iştirakçı kimi dəvət olunublar. Elektron sağlamlıq qeydləri platforması həkimlərin gündəlik iş yükünü azaltmağa, tibbi məlumatların idarə olunmasını optimallaşdırmağa və klinik qərarvermə prosesini süni intellekt vasitəsilə dəstəkləməyə yönəlib.
Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/azerbaycan-diasporunun-uzvleri-abs-de-suni-intellekt-esasli-elektron-tibbi-qeydiyyat-sistemi-yaradib-6867