Milli Dəstə

Routebeschrijving Website Contact opnemen met de organisatie

Milli Dəstə Milli Dəstənin əsas məqsədi Azərbaycan Milli Komandalarını və yerli komandaları Avropada dəstəkləməkdir.

Milli Dəstənin əsas məqsədi Avropada yaşayan və təhsil alan azərbaycanlıları müxtəlif idman müsabiqələrində bir ad altında birləşdirmək və istər Milli, istərsə də yerli komandaların oyunlarında onlara dəstək olmaqdır. Dəstə sadəcə futbol yarışları ilə kifayətlənməyərək, tək komanda şəklində deyil, həm də fərdi şəkildə Azərbaycan bayrağını təmsil edən digər idmançılarımıza da dəstək olmağı nəzərdə tutur. Milli Dəstə simvol olaraq Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı Azərbaycandakı üsyana rəhbərlik etmiş böyük sərkərdə - Babək Xürrəmini seçmişdir.

20/10/2026

QOOOOLLL!!!! Makkarti hesabı 1-1 edir!

"Sabah" 1-1 "Borussiya"

17/10/2026

Hazırda Azərbaycan çempionatında mükəmməl oyun gedir. "Qarabağ" - "Neftçi" matçı. Azarkeş, dinamika, gərginlik. Hər şey var. Gələcəkdə bu oyun normal və kompakt futbol stadionunda oynanılsa, Avropa səviyyəsində bir derbiyə şahidlik etmiş olarıq.

13/10/2026

Təbriklər, "Sabah", təbriklər Azərbaycan! Liqa mərhələsində ilk qollar və ilk qələbə! Ardı gəlsin inşallah!

"Sabah" 2-0 "Slaviya"

13/10/2026

QOOOOOLLL!!!! Mikels edə bilmədiyini rəqibin müdafiəçisi etdi 😁

"Sabah" 2-0 "Slaviya"

13/10/2026

QOOOLLLL!!!! Kahim Parris!!!!

"Sabah" 1-0 "Slaviya"

04/10/2026

Millidə oyun məzmunu deyilən bir şey yoxdur. İlk 2 oyunda arxadan ötürmələrlə çıxırdıqsa, bu oyunda müdafiəçilər əlinə düşən bütün şansları qabağa zərbələrlə tamamlayırdı. Yenə yarımmüdafiə xətti normal üçbuçaq qurub paslaşa bilmir. 2-ci hissədə isə 45-ci dəqiqədən başlayaraq vaxtı uzatmaq tapşırığı verilmişdi sanki. Bədavi müdafiədə olmasa idi, bu oyunu udmağımız qeyri-mümkün idi. Ümumilikdə isə bəxtimiz gətirdi ki, Litva kimi küçə komandasına qarşı oynayırdıq və ilk hissədəki əzmimiz ilə qələbə qazandıq. Lixtenşteyn bərabərliyini isə heç kəs unutmayıb və bu bizim futbol tariximizdə də bizim dövrümüzdə alınan ən rüsvayçı nəticələrdən biri olaraq yaddaşlarda qalacaq.

Azərbaycan 1-0 Litva.

04/10/2026

Xaybullayev nə qədər sadə ötürmə səhvi elədi, sayı-hesabı yoxdur....

04/10/2026

QOOOLLLL!!! Milli hesabı açır!

Azərbaycan 1-0 Litva

01/10/2026

Konkret rəzalət!!! Başqa adı yoxdur bunun!!! Autdan top başladılır, heç kəs t**a gəlmir. Müdafiə topu alır, yarımmüdafiə yoxdur. Hücumçular 5-6 metrdən topu qapıya keçirə bilmirlər. Lixtenşteynə qol vura bilməyən yığma! Bu milli deyil, çünki milli sözündən başqa millilik heç nə yoxdur. Nə ruh, nə forma, nə döyüşkənlik, nə bacarıq. 92-ci dəqiqə gedir, eləcə arxaya pas atmaqla məşğuldur bu komanda!

Pley-off şanslarımız 0-dır, buna görə də U21 oyunçularını komandaya dəvət edib onunla davam etmək lazımdır. Bütün oyunları uduzsaq belə C liqasına çıxacağıq, buna görə indidən sonra yalnız və yalnız gələcəyi qurmaq lazımdır! Ki onun da vəziyyəti biabırçı günündədir, amma bəlkə təcrübə yığıb bir şeylər edərlər. Bu doymuş oyunçularla ilbəil yalnız geriyə gedirik.

Bir sözlə fiasko!!!

01/10/2026

Yarımmüdafiə yox səviyyəsindədir. Müdafiə topu alır, amma kimə ötürəcəyini bilmir. Bir az Xaybullayev nəsə etməyə çalışır, onun da bacarığı maksimum buna çatır. Bir sözlə fiasko.

Adres

Rotterdam

Openingstijden

Maandag 18:00 - 23:00
Dinsdag 18:00 - 23:00
Woensdag 18:00 - 23:00
Donderdag 18:00 - 23:00
Vrijdag 18:00 - 23:00

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer Milli Dəstə nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Contact Opnemen Met De Organisatie

Stuur een bericht naar Milli Dəstə:

Snelkoppelingen

Delen