04/03/2022
TƏCİLİ məlumat!!!
Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq həmin ölkədən Macarıstan ərazisinə keçmiş/keçəcək vətəndaşlarımız və onların ailə üzvlərinin nəzərinə.
Həmin şəxslərin Azərbaycan Respublikasına tez bir zamanda dönüşü üçün Səfirliyimizin təşəbbüsünə əsasən yerli WizzAir avia şirkəti ilə danışıqlarımız nəticəsində həftədə 2 dəfə birbaşa olaraq Budapeşt-Bakı reysi həyata keçiriləcəkdir.
Belə ki, gözlənilən ən yaxın uçuş 9 mart 2022-ci il tarixində baş tutacaqdır. Məlumatınız üçün təqdim edirik.