Vətəndaş Cəmiyyəti Platforması/Civil Society Platform

Vətəndaş Cəmiyyəti Platforması/Civil Society Platform Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vətəndaş Cəmiyyəti Platforması/Civil Society Platform, Non-Governmental Organization (NGO), Tbilisi.

To convey the innovations and existing problems in the field of civil society in Azerbaijan to the wider masses, to reach the solution by discussing the problems in public.

21/05/2025

Elbeyi Hesenli

Alim, yoxsa separatçı?

Qarabağa Artsax deyənlər

“Azad, müstəqil Talışıstan dövlətində yaşamaq talış millətinin gələcək taleyi üçün narahat olan hər bir qeyrətli talışın ümdə bir arzusudur. Bu arzunu gerçəkləşdirməyə çalışmaq, bu işə öz töhfəsini vermək isə hər bir talış vətənpərvərin borcudur”. Talış Xalqının Haqlarının Müdafiə Komitəsinin (TXHMK) Rusiyada yaşayan sədri Zahirəddin İbrahimi öz müsahibəsində belə demişdi.

DTK aprelin əvvəlində onu Rusiyada həbs etdi. İndi də Belarusyada məskunlaşmış 35 yaşlı İqbal Əbilova 18 il iş kəsiblər. Bizim separatçılar and-aman edir ki, yox e, onların hər ikisi talış tarixini və mədəniyyətini araşdırmaqla məşğul idi. İqbal Əbilov "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru və Talış Milli Akademiyasının elmi işçisidir.

2020-ci il fevralında isə Rusiyaya sığınan Fəxrəddin Abbasov həbs olunmuşdu. Onu da bizim separatçılar alim kimi bizə sırımağa çalışırdılar. Fəxrəddin Abbasov Qarabağa nümayişkaranə şəkildə Artsax deyən birisi idi. Onun belə bir kitabı da çıxmışdı: Фахраддина Абосзоды «Мыслить немыслимое. Моя борьба за независимый Талышистан». (Ağlasığmazı düşünmək. Müstəqil Talışstan uğrunda mübarizəm).

Fəxrəddin Abbasov qondarma Talış-Muğan Muxtar Respublikasının keçmiş başçısı Ələkrəm Hümbətovla birlikdə Talış milli hərəkatının liderlərindən biri sayılırdı.

Adın çəkdiyim kitabda belə bir yer var: «Россия должна восстановить своё влияние в прежних границах Советского Союза. …Без российской помощи и поддержки мы не станем независимыми». (“Rusiya Sovet İttifaqının keçmiş sərhədləri daxilində öz təsirini bərpa etməlidir...Rusiyanın köməyi və dəstəyi olmadan biz müstəqil ola bilmərik”.) Yəni adam Talışıstan qurmaq üçün SSRİ-nin bərpa olunmasını istəyirdi.
2005-ci il mayın 21–23-də Ermənistanın Dərəçiçək qəsəbəsində Talışşünaslıq üzrə Birinci Beynəlxalq Konfrans keçirildi. Həmin tədbirdə talışlar adından Fəxrəddin Abbasov və Zahirəddin İbrahimi iştirak etdi. Bu məsələ ilə bağlı o, belə deyib: "Bizə informasiya dəstəyi lazımdır, o cümlədən Ermənistandan. Bu şansı dəyərləndirməsəydik, axmaq olardıq”...

Xatırladım ki, 2013-cü il sentyabrın 24-də Ələkrəm Hümbətov da İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək yerli Dövlət Universitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə tədbirdə qatılıb. Daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetdə çıxış edib.

Xeyir ola? Talış separatçıları nədən erməniləri bu qədər sevirlər?..
İqbal Əbilovun həbsinə qayıdıram. O, 2021-ci ildə “Жизнь и смерть Фахраддина Абосзода” (Fəxrəddin Aboszodanın həyatı və ölümü) adlı bir məqalə yazıb. Həmin məqalə Rusiya ermənilərinə bağlı “Regnum” agentliyi tərəfindən yayımlanıb. Separatçıların alim dediyi İqbal Əbilov həmin məqalədə talış separatçılarını vəsf edir.

Fəxrəddin Abbasovu və Zahirəddin İbrahimi göylərə qaldırır. Həmin məqalədə belə bir yer var: “Министерства юстиции Азербайджана официально заявила, будто в результате «проведенного расследования» выяснила, что Ф. Абосзода «пережил глубокое психологическое потрясение из-за освобождения города Шуша» и потому совершил суицид. Подобное заявление и события, предварявшие кончину талышского ученого, вызывают серьезные вопросы”. (“Azərbaycan Ədliyyə Nazirliyi rəsmi şəkildə bildirdi ki, “araşdırma” nəticəsində F.Aboszodanın “Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı dərin psixoloji sarsıntı keçirdiyi” və bu səbəbdən intihar etdiyi müəyyən edilib. Belə bir açıqlama və talış alimin ölümündən əvvəl baş verənlər ciddi suallar doğurur”.) Diqqət edin: İqbal Əbilov Fəxrəddin Abbasovu da talış alimi adlandırır. Görünür, onlar alim deyəndə elə separatçıları nəzərdə tuturlar...

İqbal Əbilovun digər yazıları da talış separatizminin geniş vüsət almasına hesablanıb. 2018-ci ildə qələmə aldığı “Репрессированное талышеведение” (Repressiya edilmiş talışşünaslıq) adlı məqaləsində isə Azərbaycan dövlətini talışlara qarşı az qala terror həyata keçirməkdə suçlayır...

Bəs bu başabəla alimləri müdafiə edənlər arasında kimlər var? AXCP bu məsələdə separatçılara ikiəlli dəstək verir. Mən bu barədə zamanında ətraflı yazmışam. Müsavat ideologiyasına bağlı olduğunu iddia edən partiya hansı məntiqlə etnik separatizmə dəstək verir? Bu işdə məntiq yox, maliyyə ciddi rol oynayır. Qərb AXCP-yə deyir ki, separatizmə dəstək ver ki, biz də sənə dəstək verək. Qərbdən maliyyələşən media orqanları, məsələn, “Meydan TV” separatçıların yanındadır. Azərbaycanda at oynatmaq istəyən Qərbin bəlli qeyri-hökumət təşkilatları, məsələn, “Amnesty International” və bu qəbildən olan digərləri də Azərbaycanda mövcud olan etnik, dini və cinsi azlıqlardan öz xeyrilərinə yararlanmağa çalışırlar. Ona görə mən təkidlə deyirəm ki, Azərbaycanın heç bir siyasətçisi, jurnalisti, qeyri-hökumət təşkilatı heç bir yabançı mərkəzdən qrant almamalıdır. Alanda belə olur. Yəni həmən Azərbaycanın dövlət maraqları ayaqlar altına atılır. Azərbaycanda biz bunun yüzlərlə nümunəsini görə bilərik. Məsələn, Bəhruz Səmədov yazmışdı ki, Azərbaycanda ermənilərə faşistlərə bənzər münasibət var. Adam bütün yazılarında erməni separatizminə dəstək verib. Niyə? Çünki Qərbdən maliyyələşir. Qərb bunları pulun hesabına manqurtlaşdırıb.

Sual olunur: Niyə “Amnesty International” türk coğrafiyasında erməni, kürd, talış... separatizmini müdafiə edir. Amma korsikalıara, katoloniyalılara, flamanlara... və onlarla bu kimi Qərbdə mövcud olan separatçı hərəkatlara arxa çevirir. Səbəb nədir? Məncə, hər şey gün kimi ortadadır.

Mən öz payıma Azərbaycan dövlətinin separatizmə qarşı radikal gedişlərini müdafiə edirəm. Özü də birmənalı şəkildə. Erməni separatizmi 30 min nəfərdən çox insanı ən qəddar üsullarla məhv edib. Biz günahsız insanların qanı ilə yazılmış tarixi unuda bilmərik.
Bir şeyi də deyim ki, talış separatizminin talış xalqına heç bir dəxli yoxdur. Bu faktdır ki, erməni separatizminin məhvində, işğal altındakı torpaqlarımızın azad olunmasında Azərbaycanın digər azsaylı xalqları ilə yanaşı talışlar da müstəsna xidmət göstərib. Bir ovuc erməniyə nökərçilik edən separatçı talış xalqının böyüklüyünün üzərində zərrə qədər də kölgə sala bilməz. Biz buna imkan vermərik. Azərbaycanda insanlar etnik və dini kimliyindən asılı olamayaraq min illərdir ki, iç-içə yaşayırlar. Yalnız ermənilər Rusiyanın təhriki ilə bu harmoniyanı pozmağa cəhd etdi. Onlar da yaman günə qaldı...

Allah Cəfər Cabbarlıya rəhmət eləsin. “1905-ci ildə” əsərində İmamverdi ilə Allahverdini kimlərin düşmən etdiyini çox dəqiq ifadə edib: “Atan kazaklardır”...

Azərbaycanı qatıb-qarışdıqmağa müştaq olan təkcə kazaklar deyil. Mollalar da, gecə-gündüz demokratiyadan danışan Qərb siyasətçiləri də fürsət gözləyirlər.

Onları intizarda qoymaq bizə borc olsun...

Deməli, bu "Toplum TV" və "Fakt Yoxla" platformalarına eyni adamlar rəhbərlik edir, eyni yerdən maliyyələşirlər... Amma ...
22/11/2024

Deməli, bu "Toplum TV" və "Fakt Yoxla" platformalarına eyni adamlar rəhbərlik edir, eyni yerdən maliyyələşirlər... Amma bir-birinə istinad etməklə, xəbər mənbəyi yaradırlar...

Ay sizi dələduzlar:)))

17/11/2024

Elbeyi Hesenli

Avstraliya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç, Fransa, ABŞ və Böyük Britaniya hal-hazırda rəsmi olaraq müstəmləkəyə sahib ölkələr sırasındadır. Gördüyünüz kimi, bu ölkələrin hamısı xristian ölkələridir və gecə-gündüz demokratiyadan, insan hüquqlarından və bu kimi nəsnələrdən danışırlar. Ancaq danışıqları ilə əməlləri arasında böyük bir uçurum var...

Azərbaycan, dəqiq desək İlham Əliyev daha çox Fransa və Hollandiyanın müstəmləkələrindən söhbət açır. Halbuki ən çox-14 müstəmləkəyə sahib olan ölkə Böyük Britaniyadır. Nədən İlham Əliyev Böyük Britaniyanın adın çəkmir?

Söhbətin mahiyyəti belədir: Fransa və Hollandiya erməni separatizminə açıq şəkildə dəstək verirlər. Buna görə də Azərbaycan bu ölkələrin ən zəif yeri olan müstəmləkəçiliyin üzərinə yeriyir və bu ölkələri beynəlxalq səviyyədə rüsvay edir...

Nədən Böyük Britaniya və ABŞ bizim yadımıza düşmür? Çünki Böyük Britaniya gizli və açıq şəkildə Azərbaycana dəstək verir. ABŞ isə nataraz ölkədir. Amerikanın elə ştatı var ki, Azərbaycandan 5 dəfə böyükdür. Ona görə də bu işə baş qoşmuruq...

Mənim baxışıma görə, Azərbaycan öz siyasi məqsədləri naminə dünyada hələ də mövcud olan müstəmləkələrdən söhbət açır. Bu, birmənalıdır. Fransa və Hollandiya ermənilərə həyasız şəkildə dəstək verməsə Azərbaycan bu barədə bir kəlmə də danışmaz. Necə ki, əvvəl danışmırdı.

Orası da var ki, müstəmləkəçilik bəşəriyyət üçün böyük bir biabırçılıqdır. Düşünün ki, hələ də dünyada 61 müstəmləkə ərazi var. Gecə-gündüz demokratiyadan danışan ölkələrin hələ də müstəmləkə saxlaması və müstəmləkəçilik siyasətindən imtina etməməsi yolverilməzdir...

Məsələn, Puerto-Riko — Karib dənizində Amerika Birləşmiş Ştatlarının tərkibinə daxil olan ərazidir. 1898-ci ildə baş vermiş İspan-ABŞ müharibəsi nəticəsində Puerto Riko 400 ildən sonra İspaniyanın nəzarətindən çıxmışdır. 1898-ci ildə imzalanan Paris müqaviləsinə əsasən İspaniya adanı ABŞ-ın nəzarətinə verməyə razı olduğunu bildirmişdir. Elə o vaxtdan da 3.200 min insan yaşayan ada Amerikanın tərkib hissəsidir. Yəni bu ada az qala 530 ildir ki, müstəmləkəçilikdən qurtula bilmir...

Yuxarıda dedik ki, Avstraliya, Danimarka, Hollandiya, Yeni Zelandiya, Norveç, Fransa, ABŞ və Böyük Britaniya müstəmləkəyə sahibdir. Bəs, müstəmləkəsi olmayan digər Qərb ölkələri müstəmləkəçiliyə qarşı çıxırmı? Qətiyyən yox, əksinə. Mütəşəkkil şəkildə bu mövzuya tabu qoyublar. Azərbaycan kimi müəyyən siyasi səbəblərdən bu mövzuya əl atan ölkələrin üzərinə isə yeriyirlər. Məsələn, Avropa İttifaqı məntiqlə müstəmləkəçiliyə qarşı olmalıdır. Ancaq biz əksini görürük. Aİ ən yüksək səviyyədə dolayısı ilə də olsa Fransa və Hollandiyanın yeritdiyi müstəmləkəçilik siyasətini müdafiə edirlər. Və mövzuya toxunan Azərbaycana qarşı çıxırlar...

Bu dünya belədir. Hər kəsin öz maraq dairəsi var. Bəzən bu maraqlar kəsişir və ya üst-üstə düşür. Nəticədə ölkələr bir-birinə yaxınlaşır və ya uzaqlaşır. Bu prosesə də beynəlxalq siyasət deyirlər...

Savadsız adam, heç bilmir ki Pallone kişidi)))
16/11/2024

Savadsız adam, heç bilmir ki Pallone kişidi)))

15/11/2024

Niderland XİN isə qeyd edib ki, "Krallıq Nizamnaməsinə əsasən Niderland Krallığı dörd muxtar və hüquqi bərabər dövlətdən ibarətdir: Aruba, Kurasao, Sint-Maarten və Niderland"

Bunu biz də bilirik. Niderlan XİN isə yaxşı olar ki, "Aruba adası Niderlanda qarşı" işi üzrə BMT-nin İnsan Hüquqları Komitəsinin presedent qərarı ilə tanış olsun. Niderlanda qarşı Aruba adasına münasibətə Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1-ci maddəsinin (self determination) pozulması əsas götürülərək şikayət verilmişdir.

12/11/2024

"Onlara p*s xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var"

Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara p*s xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”, - deyə dövlətimizin başçısı bildirib.

09/11/2024

Müharibə riskdir. Sonunda qalibiyyət də, məğlubiyyət də var. Müharibələr tarixin gedişatını dəyişən, inkişafı tətikləyən ən önəmli ünsürdür. Yerləşdiyimiz coğrafiya gərəyi tariximiz müharibələrlə zəngidir. Ona görə də Qarabağın müharibəsiz işğaldan azad ediləcəyini qətiyyən düşünməmişdim. Məntiq deyə bir şey var. Qəbul etsək də, etməsək də, qarşı tərəf qan tökərək torpaqları işğal etmişdi. Qan bahasına gedən, qan bahasına da geri gəlməli idi.

Azərbaycanda bir çoxları siyasət gərəyi sülh yolu ilə torpaqları işğaldan azad edəcəyimizi deyirdi və buna inanırdı. Ancaq gerçəyə baxdıqda, “sülh yolu ilə torpaqları işğaldan azad edəcəyik”in arxasında bir qorxu, inamsızlıq da vardı. Alt şüurda hər zaman “yenidən məğlub ola bilərik, yenidən qırğınlara, Xocalıya məruz qala bilərik” vardı. Düzdür, bunu bir çoxları açıq şəkildə etiraf etmir, ancaq gerçəklik heç nəyi dəyişmir.

Bəziləri elə düşünür ki, Rusiya Ermənistanın arxasından çəkilsə idi, qısa zamanda qələbə əldə edə bilərdik. Ancaq reallıqlara baxanda görürük ki, müharibədə qalib gəlmək üçün təkcə say çoxluğu, döyüşkənlik kifayət etmir.

Döyüşkənliyə, fərdi qəhrəmanlığa qalsa, Birinci Qarabağ müharibəsi bununla daha zəngin idi. Müharibə həm də kollektivçilikdir. Xalq, Ali Baş Komandan, ordu və tərəfdaşların birinin zəifliyi, istəksizliyi qələbəni şübhə altına alardı.

Pafosu, populizmi bir kənara atmaq lazımdır. Qarşıdakı düşmən zəif idi? Çox yerdə eşidirəm, çoxları bu fikri səsləndirir: “düşmən qaçırdı, biz də qovalayırdıq”. Bu qarşı tərəfi aşağılamaq kimi işlədilir, gerçəklikdə isə öz ordunun əziyyətini yerə çırpmaq kimi bir şeydir. “Düşmən qaçırdı, biz də qovalayırdıq” ifadəsi müharibə görməyənlərin, müharibədən xəbəri olmayanların boşboğazlığıdır. Gələk, yenə eyni suala: qarşıdakı düşmən zəif idi? Qətiyyən! Azərbaycan ordusu kifayət qədər güclü, hazırlıqlı, döyüş hazırlığı yüksək olan orduya qalib gəlib.

“Ohanyan səddi” bəlkə də müharibələr tarixində çəkilmiş ən çətin müdafiə xəttidir. “Ohanyan səddi”ni araşdıran zaman aydın olur ki, müdafiənin təşkili üçün ağla gələn və gəlməyən hər şeydən istifadə olunmuşdu. Relyefdən də gözəl istifadə edərək, tikanlı məftillər, minalanmış sahələr, texnikaların hərəkətini əngəlləyən sürprizlər, xəndəklər, su ilə doldurulmuş kanallar və təbii ki, həmin xətti daim nəzarətdə saxlayan artilleriya, minaatanlar, “Kornet”lər. Bunu edən düşmənə necə zəif demək olar?! Bəzən deyirlər ki, ilk gün itkilərimiz çox oldu. Reallıqları görənlər isə itkinin hələ az olduğunu bilir və anlayır. Tarixə və hazırkı müharibələri incələyən zaman rahatlıqla demək olar ki, dünyanın heç bir ordusu o xətti bir günə yara bilməzdi. Ancaq Azərbaycan ordusu bunu bacardı. Bilirsiniz, dünyanın bir çox ölkələri Azərbaycan ordusunun əməliyyatlarına heyranlıq duyurlar? Bax elə o səbəblərdən biri bir günə “Ohanyan səddi”nin yarıldığına görədir. Rusiyalı bir neçə zabit müharibə bitəndən sonra açıq şəkildə bildirirdi ki, o xəttin yarılmasını gözləmirdilər.

Müharibədə ən önəmli məsələlərdən biri də verilən strateji qərarlardır. Müharibənin gedişini dəyişən ən önəmli qərarlardan biri Şimal cəbhəsindən Xüsusi Təyinatlı Qüvvələri və Şimal istiqamətinə dəstək üçün verilmiş qüvvələrin bir gecədə Cənub cəbhəsinə göndərilməsi və əzici üstünlüyün əldə edilməsi idi. Ali Baş Komandanın müharibənin gedişində bir neçə belə önəmli strateji qərarı var. Düşünürəm ki, ən önəmli qərarlardan biri isə müharibəyə qədər verilən güc strukturlarının hər birində xüsusi təyinatlı bölmələrin yaradılması olmuşdu. Yəni, ermənilərə və dünyaya təqdim edilən ordunun arxasında tamamilə fərqli bir format, ordu dayanırdı. Kəşfiyyatın ən önəmli işi ehtimallar, proqnozlardır. Bütün güc strukturlarında yaradılan xüsusi təyinatlılar proqnozları, ehtimalları alt-üst etmişdi.

Plan hər an dəyişə bilən, hər an yenilənə bilən bir şeydir. Müharibənin gedişində planlar bir neçə dəfə dəyişdi. Misal üçün, Şuşaya Qırmızı Bazarı keçərək gedilməli olan plan, müəyyən səbəblərdən dəyişdirilərək Hadrut üzərindən həyata keçirildi.

Şuşa əməliyyatı haqqında çox danışılıb, çox yazılıb. Bir çoxları ilə qətiyyən razı deyiləm. Əsas səbəb odur ki, reallıqlar pafosdan daha böyükdür. Pafosu sevənlər fantaziyaları belə o əməliyyatı ifadə edə bilmir. Şuşa əməliyyatını, ümumilikdə o vəziyyəti göz önünə gətirəndə Şuşa qərarının özünü də çətin olduğunu görə bilirsən. Kimin nə istəməyindən asılı olmayaraq bir əməliyyat üçün əldə olan vasitələr, şərait mütləq göz önünə alınmalıdır. Ordu müəyyən bir yerə gəlib çatıb. Qarşıda iki şəhər var: biri Xankəndi, biri də Şuşa. Əldə olan vasitələrə baxdıqda hansının daha asan olacağını nəzərə alsaq, Xankəndi daha asan görünür. Yəni, Xankəndi işğaldan azad olunur, Şuşa anti-terror üçün saxlanılır. Düşünürəm ki, Azərbaycan ordusu ən çətini seçdi. Şuşanın coğrafi mövqeyi, düşmən tərəfindən müdafiəsinin daha asan təşkil olunmasını nəzərə alsaq, çətinin 44 günlük müharibəyə, asanın anti-terrora saxlanıldığını görə bilərik.

Elə əməliyyatlar, elə tapşırıqlar var ki, birbaşa ölüm deməkdir. Yəni, ağlı başında olan şəxs, özü də peşəkar hərbçi aldığı tapşırığa baxanda, o tapşırığı verən də, alan da bilir ki, bunun sonu 100 faizlik ölümdür. Əgər zabit buna “oldu” deyirsə, bunun sözlə ifadəsi yoxdur. Müharibəni araşdıran zaman bir neçə belə tapşırığın olmasını və tapşırığı alanların “Vətən sağ olsun” dediyini bilirəm. Şimaldan qüvvələr Cənuba atılanda “saxlaya biləcəksən?” sualına, “meyitimin üstündən keçə bilərlər” cavabını hər iki tərəflə də dəqiqləşdirmişəm.

Qələbələr, önəmli zəfərlər standartın üzərinə çıxıldıqda baş verir. Düşünürəm ki, müharibədə qələbənin əldə olunmasıda ən önəmli faktorlar olan xalq, Ali Baş Komandan, ordunun birliyi standartın çox üzərinə çıxdı.

Qələbədə ən önəmli pay sahibi şübhəsiz ki, şəhidlərdir. Şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyirəm.

Məğlubiyyət yetim kimidir. Hamı üzərindən atmaq istəyər. Qələbəni sahiblənmək istəyənlər isə çox olar. Düşünürəm ki, Azərbaycanda hər bir fərd qələbədə bir payı olduğunu düşünür. Ona görə də hər kəsi Zəfər Günü münasibəti ilə təbrik edirəm.

Səxavət Məmməd

06/11/2024

Nazim Cefersoy yazır:

Belə görürəm ki, Kamala Harrisin uduzmağından kədərlənən demokrat dostlar var. O dostlara kədərlənməmələrini, tam tərsi sevinmələrini tövsiyyə/təklif edirəm. Çünki:

1. Amerikada demokratik seçki oldu. Mənim bildiyim demokrat dostlar üçün demokratik seçki olmağı ən vacib kriteriyalardan birincisidir.

2. Amerikadakı seçkidə müxalif namizəd qalib gəlib. Mən bilən bizim demokrat dostlar əsasən müxalifdirlər.Dolayisıyla bir müxalif namizədin demokratik yolla qalib gəlməsinə sevinmək lazımdır.

3. Kamala Harris və Donald Tramp müqayisəsində Harris daha elitist, Tramp daha xalqçı kursu təmsil edir. Mənim bildiyim bizim demokrat dostlar hamısı xalqçıdırlar.

4. Siyasi ideoloji kateqoriyasi baxımından Kamala Harris və demokratlar solçu siyasi xətti təmsil edirlər. Tramp isə sağçı siyasi xətti təmsil edir. Mənim bildiyim bizim demokrat dostlar sağçı siyasi xəttə daha yaxındırlar.

5. Harris milli mövzumuz Qarabağ mövzusunda və ermeni lobbisi baxımından bizə daha neqativ yanaşan cinahı təmsil edirdi. Tramp isə daha pozitiv xətti təmsil edir. Mənim bildiyim demokrat dostlar milii həssaslığı yüksək olan insanlardır.

6. Ən əsası Harris prezident olsa Azərbaycan hakimiyyətinə siyasi islahatlar keçirmək mövzusunda müəyyən təzyiqlər edəcəkdi. Müstəqillik tariximiz göstərir ki, bunun praktikada 4 nəticəsi olur: 1) Azərbaycan hakimiyyəti ölkədəki az çox demokratik mühiti daha da məhdudlaşdırır. Ölkədə QHT sektorunda ən sərt tədbirlər əsasən demokratların hakimiyyəti dövründə alınıb.Harris dövründə də eynisi olacaqdı. 2) Azərbaycan hakimiyyəti bu təzyiqlər qarşısında Rusiya və bənzər avtoritar rejimlərlə əməkdaşlığı daha da gücləndirəcəkdi. 3) Rusiya bölgədə Azərbaycanı daha çox əməkdaşlığa cəlb etmək və Amerika ilə normal münasibət qurmasına daha qısqanclıqla yanaşır və bunu daha ciddi risk olaraq görür. Azərbaycan da bu mənada ABŞ -la münasibətlərdə daha məsafəli davranır. Harris dövründə də eynisi olacaqdı. 4) Azərbaycan cəmiyyəti xüsusilə ABŞ-ın demokrat admistarasiyalarinin Ermənipərəst mövqeyində narazı qalır və bu ölkədə Qərbdən psixoloji uzaqlaşmaya xidmət edir.

Ancaq respublikaçı hakimiyyətlər dövründə Azərbaycan -ABŞ münasibətləri daha normal olub və ABŞ Azərbaycanı siyası islahatlara təşviq edir. Respublikaciların ABŞ -da haikimiyyati dövründə Azərbaycanda həm siyasi mühit daha yumuşaq olub, həm ölkə rəhbərliyi ABŞ administrasiyası ilə əməkdaşlıqda daha çox maraqlı olub, həm də ABŞ Azərbaycanla geosiyasi münasibətlərinoi normal səviyyədə qurub, həm də əhali ABŞ-ın ermənipərəst siyasətini çox görməyib.Tramp dövründə də bənzərlərinin olmaq ehtimalı yüksəkdir.

Yəni Trampın qələbəsinə sevinmək məsləhətdir!)))

02/11/2024

Bashir Suleymanli

Əhalini ictimai nəqliyyatdan istifadəyə təşviq edən hökümət alternativlərə əlçatanlığı rahat etməlidir ki, vətəndaşlar istifadə edəndə fərqini hiss etsin. Əgər aradakı fərq azdırsa və yaxud rahatlıq üçün əlverişli deyilsə bu məhsuldar olmayacaq.
İctimai nəqliyatdan istifadə edən şəxs kimi bəzi problemləri qeyd edirəm:
-Avtobus ("BakuBus" da daxil) sürücüləri hələ qeyri-peşəkardırlar, əyləc (tormozlama) sistemindən düzgün istifadə edə bilmirlər. Bu da sərnişinlərin rahatlığını pozur. Əlində çanta, yanında uşaq və s. üçün problemlər yaradır. Sonra da deyirik insanlar niyə aqressivdir, üzü gülmür.
-Avtobusda yalnız ön qapıda kart sistemi əlverişli deyil. Əvvəla bu ön qapıda uzun növbənin olmasına, bu da vaxt itikisən səbəb olur. Digər tərəfdən uşaq arabası, yaşlı şəxs, fiziki məhdudiyyətli və ya əlində çanta olan vətəndaş üçün qabaq dar qapıdan minmək uyğun deyil. Hətta minsə belə içəridə arxaya doğru hərəkət etməsi, sürücünün isə heç nəyə məhəl qoymadan "qazlaması" vəziyyəti daha da qəlizləşdirir.
-Metronun girişində çantaların yoxlanması sistemi yığışdırılmalıdır. Ən azından COP29-dan sonra bu mütləq edilməlidir. İndi 94-cü il deyil ki, kimsə idman çantasında tratillə gəlsin. Peycer hadisəsindən sonra aydın oldu ki, çanta aktuallığını itirdi.(bu hələ bilinəndi)
Təkliflər:
+Sürücülər mütamadi təlim keçməli, gün ərzində AYNA əməkdaşları avtobuslarda monitorinqlər aparmalı, pozuntuya yol verənlər tənbeh edilməlidir;
+Kart ödəmə sistemi ən p*si avtobusun orta qapı hissəsində də tətbiq edilməli. Ən yaxşısı isə bəzi inkişaf etmiş ölkələrdə olduğu kimi, həftəlik, aylıq ödəniş sistemləri tətbiq edilərək həm ön, həm də arxa qapıdan minik şəraiti yaradılmalıdır;
+Yeni Metro stansiyaların tikilişi prioritet məsələ kimi qaldırılmalıdır.

01/11/2024

Nahid Cəfərov

Qərbin Ukraynaya dəstəyi heç də göründüyü kimi deyil. Bu dəstək ya zamanında çatdırılmır, ya da kağız üzərində qalır.

1. Hava hücumundan müdafiə sistemləri olan NASAMS və PATRİOT məhdud halda 2022-ci ilin sonunda gəlib Ukraynaya çatdı. Müharibə isə 2022-ci ilin fevralında başladı.

Səbəb: eskalasiyanın qarşısını almaq

Nəticə: Rusiya Ukraynanın vacib infrastrukturunu və enerji tədarükünü sıradan çıxara, təchizat zəncirini zəiflədə bildi.

2. ABŞ-ın Abrams və Almaniyanın Leopard tankları Rusiya işğal etdiyi ərazinin əsas hissəsi işğal olunandan sonra Ukraynaya gəlib çatdı. HİMARS sistemlərinin verilməsi isə daha sonrakı mərhələyə saxlanıldı.

Səbəb: bürokratiya və eskalasiyanın qarşısını almaq

Nəticə: Ağır silahlarla silahlanmış Rusiyaya asanlıqla bu əraziləri işğal etməyə imkan verdi.

3. Qırıcıların göndərilməsi hələ də tam yekunlaşmadı və Ukraynaya söz verilən qırıcıların əsas hissəsi hələ də ölkəyə gəlib çıxmayıb.

Səbəb: eskalasiyanın qarşısını almaq

Nəticə: Rusiya hava məkanındakı üstünlüyü tam qoruyub saxlaya və Ukraynanın əsas obyektlərinə və qoşun birliklərinə asanlıqla havadan zərbələr endirə bildi.

4. Kəşfiyyat məlumatları ilkin mərhələdə çox məhdud formada paylaşılırdı. Rusiya işğalı tam həyata keçirəndən sonra Ukraynaya kəşfiyyat məlumatları ötürüldü və Ukrayna yalnız son ildə Rusiyanın obyektlərinə zərbələr endirə bildi.

Səbəb: bürokratiya

5. Qərb texnikasından istifadə üçün təlimlər və iqtisadi dəstək 2022-ci ilin sonuna yaxın reallaşmağa başladı.

Səbəb: bürokratiya və eskalasiyanın qarşısını almaq.

Bütün bu gecikmələrə baxmayaraq, Rusiya müharibədə Ş.Koreyaya möhtac olacaq vəziyyətə düşdü. Koreya müharibəyə tam qoşulacaqsa, daha dəhşətli ssenari üzrə vəziyyət dəyişə bilər. Bu haqda növbəti statusda yazaram.

Bunun kimilər başa düşmür ki, COP tədbirinin uğurla keçirilməsi local məqsədlərə xidmət etmir. Öz fəaliyyətlərinə "iqlim...
01/11/2024

Bunun kimilər başa düşmür ki, COP tədbirinin uğurla keçirilməsi local məqsədlərə xidmət etmir. Öz fəaliyyətlərinə "iqlim ədaləti" tədbirini alət etməyə çalışmaları olduqca iyrənc görünür.

Cavid Qara

24/10/2024

Elbeyi Hesenli

Bizim müxalifətçilər iddia edirlər ki, guya Donald Tramp ermənipərəst siysətçidir və biz də fil qulağında yatmışıq. Bu boyda müsibətdən xəbərimiz yoxdur. Sübut kimi də onlar cənab Trampın “Truth Social” adlı sosial şəbəkədə yaydığı statusu ortaya qoyurlar. Həmin statusda cənab Tramp deyir ki, Kamala Harris 120 min xristian erməninin xilası üçün heç bir iş görməyib. Onlar dəhşətli şəkildə təqib edilib və məcburi şəkildə Artsaxdan köçürülüb. Kamala Harris ABŞ prezidenti olsa, dünyada olan xristianlar təhlükə altına düşəcək.

Əgər mən prezident olsam xristianların təqib olunmasına imkan verməyəcəm, mən zorakılığı və etnik təmizləməni durdurmaq üçün çalışacam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəm...

Yaxşı, biz fil qulağında yatmışıq, bunu başa düşdüm. Axı Trampın ağzının içində olan ermənilər, xüsusən dünya ermənilərinin əsas sözçüsü qismində çıxış edən Amerika Erməniləri Milli Komitəsi niyə Kamala Harrisi müdafiə edir, niyə Donald Trampa qarşı çıxır? Niyə Amerika erməni lobbisinin vitrin siması olan Kim Kardaşyan Kamala Harrislə görüşdü?
Biri var, o gün yazıb ki, 2022-ci ildə Co Bayden İlham Əliyevə məktub yazmışdı. Onda iqtidar həmin məktubu bəh-bəhlə tərifləyirdi ki, Amerika ilə Azərbaycanın münasibətləri yaxşıdır. İndi isə deyirlər ki, Co Bayden göndərdiyi son məktubla Azərbaycana təzyiq etməyə çalışır.
A qurban olum siz. Axı 2022-ci ildə Azərbaycanın ABŞ-la elə bir problemi yox idi. İndi isə var. Niyə? Çünki ABŞ erməni lobbisinin sifarişi ilə 23 illik fasilədən sonra 907-ci düzəlişi yenidən dövriyyəyə soxdu. Siz bunu bilmirsiz?
Demokratik dediyiniz Amerikada hər iki namizədin seçilməsi üçün milyard dollarlarla vəsait yığılıb. Dünyanın digər ölkələri də özlərinə münasib olan namizədin seçilməsi üçün pul buraxır. Əminəm ki, Azərbaycanda bu işə pul qoyub. Zatən, bizim başqa yolumuz da yoxdur...
Bir daha müxalifətə səslənirəm. Qardaşım, biz az ağıllı olun. Siz ermənilərdən daha yaxşımı bilirsiz ki, Donald Tramp ermənilərə daha çox sərf edir, yoxsa Kamala Harris? Söz deyəndə məsuliyyət hissini itirməyin...
Mən öz payıma Kamala Harrisin prezident olmasını istəmirəm. Çünki o, ermənipərəst siyasətçidir. Onun prezident olması Azərbaycan və Türkiyənin maraqlarına təhlükə yaradacaq. Ona baxanda Donald Tramp elə bizim adamdır.
Problem ondadır ki, siz Azərbaycanın dövlət maraqlarına arxa çevirib şəxsi maraqlarınızdan çıxış edirsiz. Elə zənn edirsiz ki, Kamala Harris prezident olsa, dünyada “Ərəb Baharı” kimi proseslərə yenidən start veriləcək. Bu proses Azərbaycana da ayaq açacaq. Siz də Amerikanın əli ilə İlham Əliyevi devirib xoşbəxt olacaqsız...
İlham Əliyevin prezident olması mənə də sərf etmir. Çünki mən jurnalistəm, mənə azad və müstəqil media lazımdır. Ancaq Azərbaycanda media adına bir şey qalmayıb. Eləcə də Azərbaycanda digər demokratik təsisatlar yox səviyyəsindədir. Ancaq Azərbaycanın demokratiyadan da önəmli problemi var. Siz isə bu reallığı qəbul etmək istəmirsiz...
Yadınızdadırsa, Türkiyədə keçirilən prezident seçkilərində də siz Azərbaycan üçün hava-su kimi lazım olan Tayyib Ərdoğanı yox, erməni yanlısı Kemal Kılıçdaroğlunu müdafiə edirdiz. Mən sizdən soruşuram, Kemal Kılıçdaroğlu Türkiyə prezidenti olsaydı Azərbaycan Qarabağı erməni separatçılarından təmizləyə bilərdimi? Əlbəttə ki, yox. İnandırım sizi ki, reallığa söykənən İlham Əliyev buna heç cəhd də etməzdi. Çünki qüvvələr nisbəti ciddi şəkildə dəyişmiş olacaqdı...

Address

Tbilisi
0108

Website

Alerts

Be the first to know and let us send you an email when Vətəndaş Cəmiyyəti Platforması/Civil Society Platform posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share