Rustavi Təhsil və Mədəniyyət Mərkəzi

Rustavi Təhsil və Mədəniyyət Mərkəzi რუსთავის განათლებისა და კულტურის ცენტრი

15/06/2026
12/06/2026

📚 GÜRCÜ DİLİ KURSU AÇILIR! 🇬🇪

1–6-cı sinif şagirdləri üçün gürcü dili kursuna qeydiyyat başladı.

💰 Aylıq ödəniş: 50 lari

📍 Ünvan: Rustavi şəhəri, 19-cu mikrorayon, ev 13-ün arxası

📞 Əlaqə: +995 557 27 32 10

Gürcü dilini asan və maraqlı şəkildə öyrənmək istəyənlər qeydiyyatdan keçə bilərlər! 🇬🇪📖✨

12/06/2026

İncəsənət dərsində rəngli boyalarla işləmə bacarığı🎨

09/06/2026

Təşəkkür məktubu

Öz ölkəsinin sərhədlərindən kənarda, Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına göstərilən diqqət və qayğı hər birimizi qürurlandırır və qəlbən sevindirir.

5–7 iyun tarixlərində sənədləşmə işləri ilə bağlı Azərbaycan vətəndaşı olan soydaşlarımıza yerində operativ dəstək göstərən ASAN xidmət əməkdaşlarının fəaliyyəti Azərbaycan dövlətinin öz vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının növbəti bariz nümunəsidir.

Bu mühüm layihənin həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, operativ təşkilatçılığa görə Azərbaycan Xarici İşlər Nazirliyinə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova, həmçinin Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevə dərin minnətdarlığımızı bildiririk.

Harada yaşamasından və hansı şəraitdə olmasından asılı olmayaraq, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarının yanında olan Azərbaycan dövlətinə təşəkkür edir, bu diqqət və qayğını yüksək qiymətləndiririk.

08/06/2026

Gürcüstanda fəaliyyət göstərən Rustavi Təhsil və Mədəniyyət Mərkəzində yay aylarında incəsənət, ibtidai hazırlıq və məktəbəqədər təhsil istiqamətləri üzrə kurslara start verilib.

06/06/2026

İncəsənət dərnəyimizin növbəti dərsində şagirdlər xətlər üzərində işlədilər.

Bu gün mərkəzimizin elan etdiyi yay kursları çərçivəsində incəsənət dərnəyimizin ilk dərsi baş tutdu. İlk dərsimizin möv...
31/05/2026

Bu gün mərkəzimizin elan etdiyi yay kursları çərçivəsində incəsənət dərnəyimizin ilk dərsi baş tutdu.
İlk dərsimizin mövzusu "Rənglər aləmi" idi. Şagirdlər rənglər haqqında həm nəzəri, həm də praktiki bilik əldə etdilər.

Övladlarınızın yay fəslini səmərəli keçirməyini istəyirsinizsə, 555 27 32 10 nömrəsi ilə əlaqə saxlayaraq yay kurslarımıza qatıla bilərsiniz!

Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin elan etdiyi yay  kursları artıq dərslərə başlayır. Bu gün ibtidai hazırlıq qrupu...
30/05/2026

Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin elan etdiyi yay kursları artıq dərslərə başlayır. Bu gün ibtidai hazırlıq qrupumuzun ilk dərsi baş tutdu.
Bu qrupda şagirdlər əyləncəli metodlarla məktəbdə əldə etdikləri biliklərini daha da möhkəmləndirəcək və yeni bacarıqlar əldə edəcəklər.

İbtidai hazırlıq, rus dili və incəsənət dərsləri bu həftənin sonunda başlayır. Qeydiyyatdan keçmək və qoşulmaq istəyənlə...
28/05/2026

İbtidai hazırlıq, rus dili və incəsənət dərsləri bu həftənin sonunda başlayır. Qeydiyyatdan keçmək və qoşulmaq istəyənlər bizimlə əlaqə saxlaya bilərlər.

Address

Rustavi

Website

Alerts

Be the first to know and let us send you an email when Rustavi Təhsil və Mədəniyyət Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share