Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi Integration Center for Azerbaijanis of Georgia is a nonprofit, non-governmental organization

Bu gün Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 ...
13/06/2026

Bu gün Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun – Milli Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı rəsm sərgisi və həmçinin infosessiya keçirilib.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil Agentliyinin nümayəndələri, “Study in Azerbaijan” layihəsinin əməkdaşları, eləcə də GAİM-də təhsil alan şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Çıxışlar zamanı 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyi tarixində müstəsna yeri və əhəmiyyəti vurğulanıb, bu tarixi günün ölkədə ictimai-siyasi sabitliyin bərpasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində və davamlı inkişafın təmin olunmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası və inkişafında dönüş nöqtəsi olduğunu bildirib.

O qeyd edib ki, xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə hökm sürən siyasi böhran və xaos aradan qaldırılıb, Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub.

Onun sözlərinə görə, bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir və Azərbaycan beynəlxalq aləmdə nüfuzunu artıraraq regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Tədbir çərçivəsində GAİM-in rəsm müəlliməsi Xəyalə Mustafayevanın rəsm əsərləri nümayiş olunub. Əsərlər xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanıb və həmçinin Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinin təbliği və vətənpərvərlik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət kəsb edib.

Tədbir çərçivəsində Elm və Ali Təhsil Agentliyinin nümayəndəsi Həcər Kələbiyeva və “Study in Azerbaijan” layihəsinin məsul əməkdaşı Şəbnəm Səfərovanın iştirakı ilə “Azərbaycanda təhsil imkanları” mövzusunda infosessiya keçirilib.

Çıxışçılar ölkənin ali təhsil sistemi, mövcud təhsil proqramları və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat verərək təqdimatlar ediblər.

Infosessiyanın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara Azərbaycanda təhsil imkanlarını əks etdirən məlumat materialları təqdim olunub.

Tədbirin sonunda gənclər üçün furşet təşkil edilib.



 #13ივნისი2015
13/06/2026

#13ივნისი2015

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) peşəkar müəllim Emin Məmmədov tərəfindən yay   çərçivəsində ...
11/06/2026

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) peşəkar müəllim Emin Məmmədov tərəfindən yay çərçivəsində proqramlaşdırma dərslərinə qeydiyyat davam edir!

Texnologiya sahəsində uğurlu karyera qurmaq istəyirsiniz?
Peşəkar proqramlaşdırma dərslərimizə qoşulun və müasir İT dünyasında tələb olunan bilik və bacarıqlara yiyələnin!

istiqamətləri
Web Proqramlaşdırma (Frontend & Backend)
* HTML
* CSS
* JavaScript
* React
* PHP
* Node.js
Tətbiqlərin İnkişafı
* Android Development
* Flutter
* Swift
* Java
Hazırlığı

* Mühazirə və imtahanlara dəstək
* 1-ci kurs fənlərinə hazırlıq
* Alqoritmlər
* Kompüter Elmlərinin Əsasları (Computer Science Fundamentals)
üstünlükləri
* Fərdi və qrup şəklində tədris
* Praktiki layihələr üzərində işləmək imkanı
* Başlanğıc və orta səviyyə tələbələr üçün uyğun proqram
* Müasir texnologiyalar üzrə praktik bilik və bacarıqların formalaşdırılması

Gələcəyinizi texnologiya ilə qurun, uğura doğru ilk addımı bu gün atın!

Ətraflı məlumat və qeydiyyat üçün:
+995 588 883 919
+995 557 53 22 11
[email protected]

İnkişafın yeni ünvanı

Bu il iyunun 5-dən 7-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar   xidmət Azərbaycan vətəndaşlarını...
09/06/2026

Bu il iyunun 5-dən 7-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar xidmət Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən və yüksək qiymətləndirilən təşəbbüs olmuşdur.

Bu il iyunun 5-dən 7-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar ASAN xidmət Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən və yüksək qiymətləndirilən təşəbbüs...

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “Universitetə Hazırlıq 1+4” layihəsi çərçivəsində   qrup üzr...
08/06/2026

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) “Universitetə Hazırlıq 1+4” layihəsi çərçivəsində qrup üzrə dərsləri uğurla davam edir.

Mərkəzimizdə keçirilən məntiq kursları təcrübəli və peşəkar müəllim Əhmədalı Babaşov tərəfindən tədris olunur.

Dərslər abituriyentlərin Vahid Milli İmtahana hazırlığında mühüm rol oynayaraq onların məntiqi düşünmə və analiz bacarıqlarının inkişafına töhfə verir.

İkinci qrupun məntiq dərsləri həftədə iki gün olmaqla — ikinci və dördüncü günü 16:00-dan 18:00-dək keçirilir.

Abituriyentlərimizə qarşıdan gələn imtahanlarda uğurlar arzulayır, onlara yüksək nəticələr əldə etməyi diləyirik!

İnkişafın yeni ünvanı

5–7 iyun tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasını...
08/06/2026

5–7 iyun tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil olunmuş Səyyar xidmət layihəsi xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən və yüksək qiymətləndirilən təşəbbüs olmuşdur.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, habelə məhkumluq barədə arayışların təqdim edilməsi kimi vacib xidmətlərin vətəndaşlara yüksək peşəkarlıq, operativlik və rahat şəraitdə göstərilməsi xüsusi minnətdarlıq hissi doğurur. Bu mühüm layihənin həyata keçirilməsində əməyi olan bütün qurumlara və əməkdaşlara səmimi təşəkkürümüzü bildiririk.

Üç gün ərzində yüzlərlə Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımızın hüquq və mənafelərinin qorunmasına, onların dövlət xidmətlərindən səmərəli və rahat şəkildə yararlanmalarının təmin edilməsinə verdiyi yüksək önəmin bariz təzahürüdür.

Bu münasibətlə, xaricdə yaşayan azərbaycanlılara göstərilən davamlı diqqət və qayğıya, onların rifahının yüksəldilməsi və dövlət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm təşəbbüslərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı ifadə edirik.

Səyyar ASAN xidmət layihəsinin gələcəkdə digər ölkələrdə də həyata keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirir, bu nəcib missiyanın davamlı xarakter almasını arzulayırıq.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) olaraq layihənin təşkilində və uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə, Azərbaycanın Gürcüstandakı Səfirliyinə, eləcə də əməyi keçən bütün qurum və şəxslərə təşəkkür edir, fəaliyyətlərində yeni uğurlar diləyirik.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM)   dili dərsləri uğurla davam edir.Dərslər mərkəzin ixtisaslı...
06/06/2026

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) dili dərsləri uğurla davam edir.

Dərslər mərkəzin ixtisaslı və təcrübəli müəllimələri Lia Xaraişvili və Nübar Bayramova tərəfindən qruplar üzrə tədris olunur.

Dərslər həftənin birinci, üçüncü və beşinci günləri saat 11:00-dan 14:00-dək və 15:00-dan 16:00-dək keçirilir.

Yeni qruplara qəbul davam edir.
Qeydiyyatdan keçmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər:

+995 588 883 919
[email protected]

İnkişafın yeni ünvanı!

Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 1 İyun –   Beynəlxal...
31/05/2026

Azərbaycan Evinin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 1 İyun – Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri və tanınmış rəssam Xəyalə Mustafayevanın "Körpə Qalan Ruhum" adlı rəsm sərgisi keçirilib.

Tədbirdə bölgənin ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və uşaq bağçalarının balaca fidanları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov qonaqları salamlayaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb. O, GAİM-in rəsm və təsviri incəsənət müəllimi Xəyalə Mustafayevanın peşəkar yaradıcılığını yüksək qiymətləndirərək sərgidə nümayiş olunan əsərlərin bədii və mənəvi dəyərindən bəhs edib.
Məhəbbət İmanov bildirib ki, bu cür tədbirlər uşaqların yaradıcılıq potensialının inkişafına, milli-mədəni dəyərlərin təbliğinə və gənc nəslin incəsənətə marağının artırılmasına mühüm töhfə verir.

Daha sonra çıxış edən tanınmış rəssam Xəyalə Mustafayeva sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərək bildirib ki, bu sərgini digər sərgilərdən fərqləndirən əsas xüsusiyyət onun uşaqlara həsr olunmasıdır. O, uşaqların yaradıcılıq fəaliyyətinə göstərilən diqqətin vacibliyini xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndəsi Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müəlliməsi Sevda Şahverdiyeva, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, gürcü dili və ədəbiyyatı müəlliməsi Lia Xaraişvili və digər natiqlər uşaqların hərtərəfli inkişafında təhsil, mədəniyyət və incəsənətin mühüm rolundan danışıblar.

Tədbir çərçivəsində GAİM-in nəzdində Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən Sarvan Folklor Ansamblının rəqqasları Gürcü və azərbaycan milli rəqslərini təqdim ediblər. Rəngarəng çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif rəsm müsabiqələri və əyləncəli proqramlar təşkil olunub. Balacalar gün ərzində həm yaradıcılıq fəaliyyətlərində iştirak edib, həm də maraqlı oyunlar və əyləncələrlə xoş vaxt keçiriblər.

Gürcü dili müəlliməsi Anna Allahverdovanın rəhbərliyi altında musiqi nömrələri təqdim olunub.

Tədbirin sonunda qonaqlar Xəyalə Mustafayevanın rəsm sərgisi ilə tanış olub, müəllifin əsərlərini yüksək qiymətləndiriblər.

Sonda uşaqlara hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib və tədbir xoş ovqatla başa çatıb.



Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə BEYNƏLXALQ   MÜDAFİƏ GÜNÜNƏ həsr olunmuş ...
28/05/2026

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜNƏ həsr olunmuş
Tanınmış rəssam Xəyalə Mustafayevanın “KÖRPƏ QALAN RUHUM” adlı fərdi rəsm sərgisi keçiriləcək.

Sərgidə uşaqlıq saflığını, insan ruhunun ən həssas duyğularını və həyatın rəngarəng çalarlarını əks etdirən xüsusi əsərlər təqdim olunacaq.

Sənətsevərləri, ictimaiyyət nümayəndələrini və media təmsilçilərini bu özəl tədbirdə iştirak etməyə dəvət edirik.

Uşaqlığın rənglərinə birlikdə şahid olaq!

Tarix: 31 MAY 2026
Saat 13:00
Ünvan: Azərbaycan Evi (AtaHolding)



Əziz dostlar, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Sizi müqəddəs   bayramı münasibətilə səmimi qəlbd...
27/05/2026

Əziz dostlar, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Sizi müqəddəs bayramı münasibətilə səmimi qəlbdən təbrik edir.

Bu əziz bayram paylaşma, mərhəmət və birlik rəmzi olaraq cəmiyyətimizdə həmrəylik və mənəvi dəyərləri daha da möhkəmləndirir.

Qurban bayramınız mübarək olsun!

Address

3 G. Mazniashvili Str
Marneuli
3000

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 15:00

Telephone

+995588883919

Website

Alerts

Be the first to know and let us send you an email when Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi:

Share