11/05/2026
10 may 2026-cı il tarixində Marneuli Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycanın Gürcüstandakı Səfirliyi və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbir "İnkişaf və Təhsil Mərkəzi" tərəfindən təşkil olunmuşdur. Azərbaycan və Gürcüstanın dövlət himnləri ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cənab Faiq Quliyev, Marneuli Meri Cənab Daur İsmayılov, "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhməıdov çıxış etdilər. Daha sonra "BUTA" rəqs qrupu və Serqo Zakariadze adına "Tbilisi Dövlət Ənənəvi və Müasir İncəsənət Kolleci"nin yetirmələri Azərbaycan və Gürcü milli rəqslərini ifa etdilər. Tədbirdə "GASU"- Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin fəal üzvləri Bağda Əliyeva, Emil Allahverdiyev, Niqar Mamedova, Aylin Hümbətova və Türkan Kazımlı çıxış etdilər. Tədbirin yekununda "Tea House"da təhsil alan tələbələrə sertifikatlar, çıxış edən "GASU" üzvlərinə plaketlər təqdim olundu.