ახალგაზრდობის და განათლების ცენტრი•Youth and Education Center

  • Home
  • Georgia
  • Bolnisi
  • ახალგაზრდობის და განათლების ცენტრი•Youth and Education Center

ახალგაზრდობის და განათლების ცენტრი•Youth and Education Center ახალგაზრდობის და განათლების ცენტრი დაფუძნებულია 2022 წელს ბოლნისის მუნიციპალიტეტში

🟢 "Gənclər və Təhsil Mərkəzi"ndə dil kurslarına qeydiyyat başladı!🎓 Aşağıdakı fənlər üzrə kurslara yazılaraq biliklərini...
12/10/2025

🟢 "Gənclər və Təhsil Mərkəzi"ndə dil kurslarına qeydiyyat başladı!

🎓 Aşağıdakı fənlər üzrə kurslara yazılaraq biliklərinizi inkişaf etdirə bilərsiniz:

✅ Azərbaycan dili – ödənişsiz
✅ Gürcü dili – ödənişsiz və ödənişli qruplar
✅ İngilis dili – ödənişli və ödənişsiz qruplar

👩‍🎓 Kurslarda 7–11-ci sinif şagirdlər iştirak edə bilər

📚 Qəbul sınaq imtahanı vasitəsilə aparılacaq.

📌 Dərslər yalnız əyani (üzbəüz) formada keçiriləcək və həftədə iki dəfə, hər dərs 1,5 saat davam edəcək.

🏫 Kurslar Bolnisi rayonunun aşağıdakı kəndlərində yerləşən mərkəzlərdə keçiriləcək:

📍 İmirhəsən kəndi – “İmirhəsən Gənclər və Təhsil Mərkəzi”

📍 Aşağı Güləver kəndi – “Geta Gənclər və Təhsil Mərkəzi”

📍 Arıxlı kəndi – “Arıxlı Gənclər və Təhsil Mərkəzi”

📍 Faxralı kəndi – “Faxralı Gənclər və Təhsil Mərkəzi”

🗓 Qeydiyyat tarixi: 12 – 18 oktyabr, saat 17:00-dək

Qeydiyyat formu :

https://docs.google.com/forms/d/16g-vYhiPgCrG13A_N-uCRz8kgXvALl2AiMIbUl5tb_I/viewform

📞 Əlavə məlumat üçün:
📱 Telefon: 511 26-26-86
📧 E-mail: [email protected]

Bu gün  Rusiya -Gürcüstan müharibəsindən 17 il ötür 🇬🇪🥀
08/08/2025

Bu gün Rusiya -Gürcüstan müharibəsindən 17 il ötür 🇬🇪🥀

✅️ Kəpənəkçi İcma Mərkəzində "Həftəsonu Məktəbi" proqramının müdavimlərinə sertifikatlar təqdim edilibBolnisi rayonunda ...
19/07/2025

✅️ Kəpənəkçi İcma Mərkəzində "Həftəsonu Məktəbi" proqramının müdavimlərinə sertifikatlar təqdim edilib

Bolnisi rayonunda yerləşən "Dəyirman Hotel"də təşkil olunan tədbirdə Kəpənəkçi İcma Mərkəzində fəaliyyət göstərən "Həftəsonu Məktəbi" layihəsi çərçivəsində Azərbaycan dili və gürcü dili üzrə təhsil alan bir qrup gənc və yeniyetməyə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən təşkilat təmsilçiləri və müəllimlər proqram iştirakçılarını təbrik edərək, onların dil bacarıqlarının inkişafının inteqrasiya və təhsil prosesində mühüm rol oynadığını vurğulayıblar. Eyni zamanda layihənin gələcək mərhələlərində daha çox gəncin cəlb olunacağı bildirilib.

Tədbir mədəni hissə ilə davam edib və iştirakçılarla xatirə şəkilləri çəkilib.

✅️ Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Qeta (Aşağı Güləver)  İcma Mərkəzində təşkil olunan tədbirdə...
10/07/2025

✅️ Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Qeta (Aşağı Güləver) İcma Mərkəzində təşkil olunan tədbirdə kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub.

✅ ️Tədbirdə mərkəzin təsisçisi Rezo Həsənov çıxış edərək məktəbliləri və körpə fidanları təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. O, gənclərin savadlı, elmi biliklərə sahib olmaları üçün daim çalışmalı və ictimai fəallıq göstərməli olduqlarını vurğulayıb.

✅️ Mərkəzin Azərbaycan dili müəllimi Humaya Bayramova, İngilis dili müəllimi Şəhla İsmayılova və Gürcü dili və məktəbəqədər kursunun müəllimi Günel Abdullayeva çıxış edərək müdavimləri təbrik edib, ana dilimizi öyrənməyin və düzgün istifadə etməyin vacibliyindən bəhs edib, həmçinin dövlət dilinin dərindən mənimsənilməsinin çox vacib olduğunu və beynəlxalq dil sayılan ingilis dilinində gənclərin gələcək təhsil və iş həyatlarında mühüm rol oynayacağından geniş bəhs ediblər



✅️ Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Arıxlı İcma Mərkəzində təşkil olunan tədbirdə kursu uğurla b...
06/07/2025

✅️ Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Arıxlı İcma Mərkəzində təşkil olunan tədbirdə kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub.

✅ ️Tədbirdə mərkəzin təsisçisi Rezo Həsənov çıxış edərək məktəbliləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. O, gənclərin savadlı, elmi biliklərə sahib olmaları üçün daim çalışmalı və ictimai fəallıq göstərməli olduqlarını vurğulayıb.

✅️ Mərkəzin Azərbaycan dili müəllimi Fəridə Seyidova da çıxış edərək müdavimləri təbrik edib, ana dilimizi öyrənməyin və düzgün istifadə etməyin vacibliyindən bəhs edib. O, dilin milli kimliyin əsas ünsürlərindən biri olduğunu qeyd edərək, gəncləri dilimizi sevərək öyrənməyə çağırıb.



18/06/2025

Aşağı Güləver İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərir

📢 Regionpress.ge xəbər portalının Kvemo Bolnisi (Kəpənəkçi) İcma Mərkəzindən hazırladığı videosüjeti təqdim edirikRegion...
17/06/2025

📢 Regionpress.ge xəbər portalının Kvemo Bolnisi (Kəpənəkçi) İcma Mərkəzindən hazırladığı videosüjeti təqdim edirik

Regionpress.ge

Region Press

Kvemo Bolnisi (Kəpənəkçi) İcma Mərkəzi Gənclər və Təhsil Mərkəzinin nəzdində fəaliyyət gpstərən sayta 4-cü mərkəzdir

“Ana dilimiz – varlığımızdır” inşa müsabiqəsi: Bolnisi turunun nəticələriMədət Çobanovun xatirəsinə həsr olunmuş “Ana di...
13/06/2025

“Ana dilimiz – varlığımızdır” inşa müsabiqəsi: Bolnisi turunun nəticələri

Mədət Çobanovun xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır” adlı inşa müsabiqəsinin Bolnisi turunda iştirak edən şagirdlərdən 16 nəfəri final mərhələsinə vəsiqə qazanmağa müvəffəq olub.

Qeyd edək ki, final mərhələsi Marneuli şəhərində keçiriləcək. Tarix barədə müsabiqənin əsas təşkilatçısı tərəfindən məlumat verildikdən sonra sizinlə bölüşəcəyik.

Müsabiqədə iştirak edən bütün şagirdləri təbrik edir, finala keçən iştirakçılara isə uğurlar arzulayırıq


#ბოლნისი #ნახიდური #სავანეთი #გეტა

📢
13/06/2025

📢

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində fəaliyyət göstərən Bolnisi rayonunun “Arıxlı” İcma Mərkəzində 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.

Aze /Geo 📅 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə Naxiduri (Arıxlı) İcma Mərkəzində maariflən...
12/06/2025

Aze /Geo

📅 12 İyun - Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə Naxiduri (Arıxlı) İcma Mərkəzində maarifləndirici tədbir keçirilib.

Tədbirdə Gürcüstan Xalq Müdafiəçisinin əməkdaşları, müəllimlər, ziyalılar, gənclər və kənd sakinləri iştirak ediblər.

📌 İcma Mərkəzinin direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, 12 iyun tarixinin Beynəlxalq Əmək Təşkilatı tərəfindən 2002-ci ildə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qəbul edilməsi, dünyada uşaq əməyinə qarşı mübarizədə ciddi bir çağırışdır.

👩‍⚖️ Daha sonra Gürcüstan Xalq Müdafiəçisi Aparatının Uşaq Hüquqları Şöbəsinin rəhbəri Lika Qvinjilya və Kvemo Kartli regional şöbəsinin əməkdaşı Murad Hüseynov çıxış ediblər.

🔹 Lika Ghvinjilia çıxışında Gürcüstanda Ombudsmanın uşaq siyasəti, uşaq hüquqları və uşaq əməyinə dair qanunvericilik barədə geniş məlumat verib. O, xüsusilə vurğulayıb ki, Gürcüstan Konstitusiyasına əsasən, 16 yaşına çatmayan uşaqların işlədilməsi və əməyə məcbur edilməsi qanunla qadağandır.

💬 Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib və maraqlı fikir mübadiləsi aparılıb.

📢 Bu cür maarifləndirici görüşlər uşaq hüquqlarının qorunması və gələcək nəsillərin rifahı üçün olduqca vacib olduğunu hesab edirik.

📅 12 ივნისი - ბავშვთა შრომის წინააღმდეგ ბრძოლის მსოფლიო დღესთან დაკავშირებით, ნახიდურის საზოგადოებრივ ცენტრში საგანმანათლებლო ღონისძიება გაიმართა.

ღონისძიებას ესწრებოდნენ საქართველოს ომბუდსმენის ოფისის თანამშრომლები, მასწავლებლები, ინტელექტუალები, ახალგაზრდები და სოფლის მაცხოვრებლები.

📌 საზოგადოებრივი ცენტრის დირექტორმა, რეზო გასანოვმა, სიტყვით გამოვიდა და განაცხადა, რომ 2002 წელს შრომის საერთაშორისო ორგანიზაციის მიერ 12 ივნისის ბავშვთა შრომის წინააღმდეგ ბრძოლის მსოფლიო დღედ გამოცხადება სერიოზული მოწოდებაა მსოფლიოში ბავშვთა შრომის წინააღმდეგ ბრძოლაში.

👩‍⚖️ მოგვიანებით, სიტყვით გამოვიდნენ საქართველოს ომბუდსმენის ოფისის ბავშვთა უფლებების დეპარტამენტის უფროსი ლიკა ღვინჯილიამ და ქვემო ქართლის რეგიონული დეპარტამენტის თანამშრომელი მურად გუსეინოვი.

🔹 თავის გამოსვლაში, ლიკა ღვინჯილიამ ვრცელი ინფორმაცია მიაწოდა საქართველოში ომბუდსმენის ბავშვთა პოლიტიკის, ბავშვთა უფლებებისა და ბავშვთა შრომის შესახებ კანონმდებლობის შესახებ. მან განსაკუთრებით ხაზი გაუსვა იმ ფაქტს, რომ საქართველოს კონსტიტუციის თანახმად, 16 წლამდე ასაკის ბავშვების დასაქმება და იძულებითი შრომა კანონით აკრძალულია.

💬 ღონისძიების დასასრულს, მონაწილეებმა დასვეს კითხვები თემაზე და საინტერესო აზრთა გაცვლა-გამოცვლა გაიმართა.

📢 ჩვენ გვჯერა, რომ ასეთი საგანმანათლებლო შეხვედრები ძალიან მნიშვნელოვანია ბავშვთა უფლებების დაცვისა და მომავალი თაობების კეთილდღეობისთვის.
#ნახიდური

Address

Bolnisi, Savaneti
Bolnisi

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 17:00
Saturday 10:00 - 17:00
Sunday 10:00 - 18:00

Telephone

+995511262686

Website

Alerts

Be the first to know and let us send you an email when ახალგაზრდობის და განათლების ცენტრი•Youth and Education Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ახალგაზრდობის და განათლების ცენტრი•Youth and Education Center:

Share