Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi•კავკასიის იურიდიული ინტეგრაციის ცენტრი

  • Home
  • Georgia
  • Bolnisi
  • Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi•კავკასიის იურიდიული ინტეგრაციის ცენტრი

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi•კავკასიის იურიდიული ინტეგრაციის ცენტრი "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi" 10 sentyabr 2021-ci ildə yaradılmışdır.

14.05.2026-cı il tarixində Qardabani şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən gənclə...
14/05/2026

14.05.2026-cı il tarixində Qardabani şəhərində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən gənclərin ailələrinə dərin hüznlə başsağlığı veririk

Allahdan mərhumların yaxınlarına, dostlarına və onları sevən hər kəsə səbir diləyirik.

Allah rəhmət eləsin! 🥀

🟣 Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsində iştirak etmək istəyənlərin nəzərinə!Azərbaycan Respublikasının Diasporla İş ...
13/05/2026

🟣 Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsində iştirak etmək istəyənlərin nəzərinə!

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə 2–8 avqust 2026-cı il tarixlərində Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsi keçiriləcəkdir. Bu il düşərgə Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilan şəhərində təşkil olunacaqdır.

Düşərgədə yaşı 18–29 arası olan, Azərbaycan dilində ünsiyyət bacarığına malik gənclər iştirak edə bilərlər. İştirakçıların bütün xərcləri qarşılanacaqdır. Bundan əvvəl təşkil edilmiş yay düşərgələrində iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur.

Düşərgədə iştirak etmək istəyən gənclər 31 may 2026-cı il tarixinədək www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam şəkildə dolduraraq göndərməlidirlər. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaqdır.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi düşərgədə iştirak etmək istəyən gənclərə sənədlərin toplanması, qeydiyyat prosesi və müraciətlərin hazırlanması zamanı bütün növ dəstəyi göstərəcəkdir.

Düşərgə proqramına Qarabağ və Şərqi Zəngəzurun tarixi-mədəni abidələri ilə tanışlıq, ekspertlərlə görüşlər, şəhid ailələri və qazilərimizlə görüşlər, intellektual oyunlar və müxtəlif əyləncəli proqramlar daxildir.

Qeydiyyatdan keçmək istəyən şəxslər mərkəzin sosial media hesablarına yaza və ya 571 24 24 87 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Ətraflı məlumat:
https://diaspor.gov.az/az/news-detail/diaspor-genclerinin-7-ci-yay-dusergesi-zengilanda-kecirilecek-6939



🟣 Mərkəzimizdə ödənişsiz gürcü dili kursları davam edir. Dərslər hər həftənin bazar ertəsi və şənbə günləri keçirilir.Tə...
13/05/2026

🟣 Mərkəzimizdə ödənişsiz gürcü dili kursları davam edir. Dərslər hər həftənin bazar ertəsi və şənbə günləri keçirilir.

Tədris peşəkar və təcrübəli müəllim Alidə Məmmədəlizadə tərəfindən aparılır. Dərslərdə gürcü dilinin qrammatikası, yazı qaydaları və danışıq bacarıqları praktik çalışmalar vasitəsilə öyrədilir.

Qeyd edək ki, hazırda gürcü dili kursuna qəbul davam edir. Maraqlanan şəxslər mərkəzin əlaqə nömrəsi ilə əlaqə saxlaya və ya yazaraq qeydiyyatdan keçə bilərlər.

🟣 Bu gün — 8 may tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 i...
08/05/2026

🟣 Bu gün — 8 may tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Zamanın hüdudlarını aşan şəxsiyyət” adlı anım tədbiri keçirilib

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rezo Həsənov açaraq iştirakçıları salamlayıb. Daha sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Tədbirdə Bolnisi rayonunun ziyalıları, müəllimləri və ictimai fəalları çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki xidmətlərindən, siyasi fəaliyyətindən və dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü mühüm işlərdən bəhs ediblər. Eyni zamanda, onun Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı söylədiyi dəyərli fikirlər və göstərdiyi diqqət xüsusi vurğulanıb.

Çıxış edənlər arasında Faxralı ictimai məktəbinin müəllimi və Bolnisi rayonunun fəxri vətəndaşı Bayram Abbasov, Kəpənəkçi və Darvaz ictimai məktəblərinin müəllimi Zakir Məmmədov, İncəoğlu məktəbinin keçmiş müəllimi Akif Budaqov, Darvaz məktəbinin müəllimi Tahirə Əliyeva, Dəllər ictimai məktəbinin müəllimi Natavan Mehdiyeva və həvəskar şair Xasməmməd Cəfərli yer alıblar. Natiqlər Ümummilli Liderin zəngin siyasi irsi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda mərkəzin könüllüsü Lara İsmayılova xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları və rayon ziyalıları ilə birgə xatirə fotosu çəkdirilib.

07/05/2026

🟣🎥 Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Valeh Hacıların 75 illik yubileyi münasibətilə keçirilən tədbirdən Mədəniyyət TV kanalının hazırladığı videosüjeti təqdim edirik

🟣 Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, şair və ictimai xadim Valeh Hacıyevin (Valeh ...
05/05/2026

🟣 Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə görkəmli alim, şair və ictimai xadim Valeh Hacıyevin (Valeh Hacılar) 75 illik yubileyi münasibətilə Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində təntənəli tədbir keçirilib.

Tədbir ilk olaraq Gürcüstanın və Azərbaycan Respublikasının dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, Ümummilli Lider Heydər Əliyevin və mərhum Valeh Hacılarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb

Daha sonra mərkəzin direktoru Rezo Həsənov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, alimin həyat və yaradıcılığından bəhs edib, onun zəngin elmi və ədəbi irsinin gənclər üçün örnək olduğunu vurğulayıb

Tədbirin davamında Valeh Hacılarının 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında etdiyi tarixi çıxışı nümayiş etdirilib. Onun həmin qurultayda səsləndirdiyi mühüm fikirlər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb

Daha sonra tədbir ziyalıların çıxışları ilə davam etdirilib. Çıxış edənlər sırasında şair, publisist Rafiq Hümmət, professor Şürəddin Məmmədli, Gürcüstan parlamentinin sabiq deputatları İsak Növruzov, Ruslan Hacıyev, Ramiz Bəkirov, şair Şövkət Dağlarqızı, Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, eləcə də professor Mahmud Kamaloğlu, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, müəllim və şair Fatma Əliyeva, müəllim Zakir Məmmədov, Xasməmməd Cəfərli, alimin tələbələri Tahirə Əliyeva, müəllim Sevda Ayxan və qardaşı qızı Sədət Hacıyeva yer alıblar. Onlar Valeh Hacılarının elmi, pedaqoji və ədəbi fəaliyyətindən söz açaraq onun Azərbaycan və Gürcüstan arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı rolunu xüsusi qeyd ediblər

Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, Valeh Hacıyev uzun illər Tbilisi Dövlət Pedaqoji İnstitutunda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Onun gürcü ədəbiyyatı və mədəniyyəti ilə bağlı apardığı fundamental araşdırmalar Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilib və alim “Şərəf” ordeni ilə təltif olunub. Həmçinin onun Azərbaycan və Gürcüstan ədəbi mühiti arasında mühüm körpü rolu oynadığı vurğulanıb

Sonra V. Hacıyevin Ulu Öndər Heydər Əliyevlə görüşlərindən, Dünya Azərbaycanlılarının Qurultayındakı çıxışından, eləcə də həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş etdirilib

Qeyd edək ki, V. Hacıyev 1951-ci ildə Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olub. O, orta təhsilini doğma kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Dillər İnstitutunda təhsil alıb. 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü – akademik seçilib. O, 2010-cu ildə vəfat edib və Bolnisi rayonunun Darvaz kəndində dəfn olunub.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

🟣 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnte...
01/05/2026

🟣 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndə heyəti Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində olub.

29 aprel tarixində TİKA-nın Gürcüstan ofisinə yeni təyin olunmuş nümayəndə heyətinin rəhbəri Salih Özer mərkəzdə həyata keçirilən fəaliyyətlərlə yaxından tanış olub. Görüş zamanı mərkəzin ümumi fəaliyyəti, hazırda icra olunan layihələr və gələcək əməkdaşlıq perspektivləri barədə qonağa ətraflı məlumat verilib.

Bildirilib ki, TİKA tərəfindən göstərilən maddi və texniki dəstək nəticəsində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində kitabxana fəaliyyətə başlayıb, texniki avadanlıqlar tamamilə yenilənib və müasir texniki vasitələr mərkəzin istifadəsinə verilib.

Qeyd edək ki, qonaqla keçirilən görüşdə Bolnisidən olan ziyalılar və müəllimlər də iştirak ediblər.

ELAN – KURSLARA QƏBUL DAVAM EDİR !Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi kurslara qəbul elan edir:🔹 Azərbaycan dili – ödəni...
27/04/2026

ELAN – KURSLARA QƏBUL DAVAM EDİR !

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi kurslara qəbul elan edir:

🔹 Azərbaycan dili – ödənişsiz
🔹 Gürcü dili – ödənişsiz
🔹 İngilis dili – ödənişli

👥 12 yaşdan yuxarı hər kəs kurslarımızda iştirak edə bilər.
🎓 Mərkəzdə tədris olunan fənlər sertifikatlaşmış və yüksək təcrübəyə malik müəllimlər tərəfindən tədris olunur.
📝 Kurslara qeydiyyat üçün zəng edə və ya qeydiyyat formasını doldura bilərsiniz.

QEYDİYYAT LİNKİ ⬇️
https://docs.google.com/forms/d/1jQMLdTlsGVPivzp-a0jrrImYMiWhX7-l1bxeUwHkNfA/viewform

📞 Əlaqə vasitələri:
📱 Tel: 571 24 24 87
📧 E-mail: [email protected]
📍 Ünvan: Bolnisi şəhəri, Sulxan Saba Orbeliani küç. 105 (Liberty Bankın yanı)

🟣 Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində “1+4 proqramı” üzrə növbəti  sınaq imtahanı keçirilib22 aprel tarixində Qafqaz ...
22/04/2026

🟣 Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində “1+4 proqramı” üzrə növbəti sınaq imtahanı keçirilib

22 aprel tarixində Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı və riyaziyyat müəllimi Leyla Əliyevanın təşəbbüsü ilə “1+4 proqramı” üzrə genişmiqyaslı sınaq imtahanı keçirilmişdir. Artıq ənənəvi hal alan və sayca 5-ci dəfə təşkil edilən bu sınaq imtahanında Bolnisi və Dmanisi rayonlarından ümumilikdə 60 nəfər şagird və abituriyent iştirak etmişdir

Sözügedən proqramın standartlarına tam uyğun şəkildə hazırlanan imtahan riyaziyyat və məntiq bloklarını əhatə etməklə ümumilikdə 80 sualdan ibarət olmuşdur. Abituriyentlərə sualları cavablandırmaq üçün 3 saat (180 dəqiqə) vaxt ayrılmış, hər bir düzgün cavab isə 1 ballıq sistemlə qiymətləndirilmişdir. Qeyd edək ki, imtahanda istifadə olunan bütün suallar peşəkar riyaziyyat müəllimi Leyla Əliyeva tərəfindən xüsusi olaraq tərtib edilmişdir

İmtahanın keçirilməsində əsas məqsəd abituriyentlərin bilik səviyyəsini ölçməklə yanaşı, onlarda auditoriya vərdişlərini formalaşdırmaq, imtahan həyəcanını və tələskənlik kimi mənfi amilləri minimuma endirməkdir. Bu tip sınaqlar gənclərin psixoloji hazırlığının artırılmasında və real imtahan mühitinə adaptasiya olunmasında mühüm rol oynayır

Sonda imtahanın yüksək səviyyədə təşkilində göstərdikləri dəstəyə görə Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin əməkdaşlarına, müdavimlərinə və könüllülərinə xüsusi təşəkkür ifadə olunmuşdur.

Həmçinin bugünkü imtahanda nəzarətçi olaraq verdikləri böyük dəstəyə görə mərkəzimizin gənclərinə təşəkkürmüzü bildirirk.

1.Süphan Ramazanov
2.Məhəmmədəli Allahyarov
3.Sona Namazova
4.Şarabanı Nənəcanova
4.Hamlet Əsmərov
5. Məryəm Zeynalova

📣 Diqqət! 9,10,11-ci sinif şagirdləri və abituriyentlərin nəzərinə!Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı...
18/04/2026

📣 Diqqət! 9,10,11-ci sinif şagirdləri və abituriyentlərin nəzərinə!

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “1+4 Proqramı” üzrə sınaq imtahanı keçiriləcəkdir

📅 İmtahan tarixi və vaxtı
🟣 22 aprel 2026-cı il
🕒 Saat: 14:00

✔️ İmtahan sualları peşəkar və təcrübəli riyaziyyat və məntiq müəllimi Leyla Əliyeva tərəfindən hazırlanmış və qəbul imtahanı formatına uyğunlaşdırılmışdır.

✔️ İştirakçılar imtahanın başlanmasına 10 dəqiqə qalmış (saat 13:50-də) imtahan yerində olmalıdırlar

✔️ İmtahan müddəti: 3 saat
✔️ İmtahan ödənişlidir: 10 lari

📢 Qeydiyyat tarixləri: 18 aprel – 21 aprel

📌 Qeydiyyat formasını doldurmaq məcburidir.

https://docs.google.com/forms/d/1n1W8wvpqYwrfHdLgr2wH4uzQ2C6YxpOTrCTjiIb_zU0/viewform

----------
📞 Əlaqə məlumatları

📧 E-mail: [email protected]

📱 Telefon: +995 557 73 28 55

📍 Ünvan: Bolnisi, Sulxan-Saba Orbeliani küç. 105 (Liberty Bankın yanı)

Address

Georgia, Bolnisi Orbelian №105
Bolnisi
1101

Telephone

+995571242487

Website

Alerts

Be the first to know and let us send you an email when Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi•კავკასიის იურიდიული ინტეგრაციის ცენტრი posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi•კავკასიის იურიდიული ინტეგრაციის ცენტრი:

Share