14/04/2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 6 iyun 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçiriləcək. Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçiriləcək Forumda “Ağıllı Şəhər Texnologiyaları və Prosesləri” (“Smart City Technology and Processes”) mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur. III Forumun təşkili Almaniyada, eləcə də Avropanın müxtəlif ölkələrində mühəndislik sahələrində çalışan, elmi fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin və gənc alimlərin bir araya gəlməsi, onlar arasında şəbəkələşmənin gücləndirilməsi, həmçinin ölkəmizin müvafiq qurumları ilə elmi-praktik əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Avropada yaşayan və forumda iştirak etmək istəyən azərbaycanlı mühəndislər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://www.cognitoforms.com/Diasporgovaz/AvropadaYa%C5%9FayanAz%C9%99rbaycanl%C4%B1M%C3%BCh%C9%99ndisl%C9%99rinIIIForumu
Ətraflı:
https://diaspor.gov.az/az/news-detail/avropada-yasayan-azerbaycanli-muhendislerin-iii-forumu-kecirilecek-6897