VASW e. V.

VASW e. V. VASW e.V. | Deutschland 🇩🇪🇦🇿
Almaniyada Azərbaycanlı Tələbə və Elm İşçiləri Birliyi
🎓 Təhsil • Elm • İnteqrasiya • Əlaqələrin qurulması

NRW-də yaşayan azərbaycanlı gəncləri, Ausbildung edənləri və universitet tələbələrini səmimi çay süfrəsi ətrafında bir a...
16/08/2026

NRW-də yaşayan azərbaycanlı gəncləri, Ausbildung edənləri və universitet tələbələrini səmimi çay süfrəsi ətrafında bir araya gətiririk. ☕️🇦🇿🇩🇪

Məqsədimiz tanış olmaq, yeni əlaqələr qurmaq, söhbət etmək və birlikdə xoş vaxt keçirməkdir.

📅 5 sentyabr
🕐 13:00
📍 Köln

Gəlin bir fincan çay ətrafında tanış olaq və gözəl xatirələr yaradaq. 🌿

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Mədinə Səmədova — İdarə Heyətinin sədriMədinə Səmədova 7 iyul 1995-ci ildə Sumqay...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Mədinə Səmədova — İdarə Heyətinin sədri

Mədinə Səmədova 7 iyul 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Mühasibatlıq ixtisası üzrə təhsil alıb. Hazırda Almaniyada yaşayır və Zahnmedizinische Fachangestellte (ZFA) ixtisası üzrə peşə təhsilini davam etdirir.

Mədinə Səmədova VASW e.V. İdarə Heyətinin sədri olmaqla yanaşı, Almaniyada fəaliyyət göstərən AZD e.V. təşkilatında koordinator kimi də fəaliyyət göstərir. Təşkilatçılıq, layihələrin koordinasiyası və ictimai fəaliyyət istiqamətlərində təcrübəyə malikdir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətinin sədri kimi əsas məqsədi təşkilatın fəaliyyətini daha sistemli şəkildə inkişaf etdirmək, üzvlər arasında əməkdaşlığı gücləndirmək, xüsusilə gənclərin təhsil, sosial həyat və Almaniyaya inteqrasiya prosesində dəstəklənməsinə töhfə verməkdir.

Eyni zamanda yeni layihə və təşəbbüslərin həyata keçirilməsi, VASW-nin fəaliyyət dairəsinin genişləndirilməsi və Almaniyada yaşayan azərbaycanlı tələbə və mütəxəssislər arasında daha güclü əlaqələrin qurulması fəaliyyətinin əsas istiqamətlərindəndir.

Mədinə Səmədovaya yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Suvara Babayeva — Xarici əlaqələr üzrə koordinatorSuvara Babayeva Bakı Dövlət Uni...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Suvara Babayeva — Xarici əlaqələr üzrə koordinator

Suvara Babayeva Bakı Dövlət Universitetində hüquq üzrə təhsil alıb. Təhsil müddətində hüquq sahəsində akademik biliklərini inkişaf etdirməklə yanaşı, müxtəlif hüquqi və peşəkar fəaliyyətlərdə iştirak edib.

Hazırda təhsilini Almaniyada Johann Wolfgang Goethe-Universität Frankfurt am Main universitetində davam etdirir. Hüquq, biznes və beynəlxalq akademik mühit üzrə bilik və təcrübəsini genişləndirən Suvara Babayevanın əsas maraq istiqamətləri hüquq və biznesin kəsişməsi, beynəlxalq hüquq və peşəkar inkişafdır.

Gənclərin akademik və peşəkar inkişafını, müxtəlif ölkələrdən olan tələbə və mütəxəssislər arasında əlaqələrin qurulmasını və beynəlxalq təcrübə mübadiləsini önəmli hesab edir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətində xarici əlaqələr üzrə koordinator kimi əsas məqsədi təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsinə, universitetlər, tələbə və elm birlikləri, eləcə də digər təşkilatlarla yeni əməkdaşlıqların qurulmasına töhfə verməkdir. Eyni zamanda gənclərin beynəlxalq akademik və peşəkar imkanlara çıxışının dəstəklənməsi və VASW-nin yeni tərəfdaşlıqlarda təmsil olunması fəaliyyətinin əsas istiqamətlərindəndir.

VASW olaraq Suvara Babayevaya yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

VASW e.V.

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Tural Xudiyev — Media və informasiya texnologiyaları üzrə koordinatorTural Xudiye...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Tural Xudiyev — Media və informasiya texnologiyaları üzrə koordinator

Tural Xudiyev 20 aprel 2005-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Almaniyada yaşayır və University of Europe for Applied Sciences universitetində ali təhsil alır. İnformasiya texnologiyaları və Software Engineering sahəsində təhsilini və peşəkar inkişafını davam etdirir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətində media və informasiya texnologiyaları üzrə koordinator kimi fəaliyyət göstərəcək.

VASW-də əsas məqsədi rəqəmsal həllər və müasir texnologiyalardan istifadə etməklə təşkilatın fəaliyyətinin inkişafına töhfə vermək, media və rəqəmsal platformalarda fəaliyyətin gücləndirilməsində iştirak etmək, üzvlər arasında əməkdaşlığı dəstəkləmək və yeni layihələrin həyata keçirilməsində aktiv rol almaqdır.

Gənclərlə işə və ictimai təşəbbüslərə xüsusi maraq göstərən Tural Xudiyevə yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Qurban Quliyev — İdarə Heyəti sədrinin müaviniQurban Quliyev Bakı şəhərində anada...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Qurban Quliyev — İdarə Heyəti sədrinin müavini

Qurban Quliyev Bakı şəhərində anadan olub. İxtisasca mühasib olsa da, yeni peşəyə yiyələnmək və peşəkar inkişafını davam etdirmək məqsədilə hazırda Almaniyada Ausbildung təhsili alır.

Gənclərlə işləmək onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Tələbəlik illərindən etibarən təhsil aldığı universitetlə yanaşı, müxtəlif gənclər təşkilatlarında koordinator kimi fəaliyyət göstərib, ölkədaxili və beynəlxalq layihələrdə aktiv iştirak edib. O, həmçinin Azərbaycan Gənclər Fondunun gənclər üçün təşkil etdiyi X Qrant Müsabiqəsinin qaliblərindən biri olub.

Hazırda Almaniyaya gəlməyə hazırlaşan və artıq burada yaşayan gənclərin məlumatlandırılması, istiqamətləndirilməsi və dəstəklənməsi məqsədilə müxtəlif qruplarda aktiv fəaliyyət göstərir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətində sədr müavini kimi əsas məqsədi gənclərlə iş sahəsində qazandığı təcrübəni təşkilatın fəaliyyətinə töhfə olaraq vermək, gənclərin sosial və ictimai həyatda fəallığını təşviq etmək, onların Almaniyaya inteqrasiyasına, asudə vaxtlarının səmərəli təşkilinə və karyera planlamasına dəstək olmaqdır.

Qurban Quliyevə yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Gülsüm Possen — Elmi işlər üzrə koordinatorGülsüm Possen 22 iyul 1985-ci ildə Sal...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Gülsüm Possen — Elmi işlər üzrə koordinator

Gülsüm Possen 22 iyul 1985-ci ildə Salyan şəhərində anadan olub. 2011-ci ildən etibarən Almaniyada yaşayır və peşəkar fəaliyyətini burada davam etdirir.

Nevrologiya üzrə ixtisaslaşmış, hazırda isə psixiatriya üzrə ixtisaslaşmasını davam etdirir. 2022-ci ildən **“Neurologische Praxis Possen”**in təsisçisidir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətində elmi işlər üzrə koordinator kimi fəaliyyət göstərəcək. Bu vəzifədə əsas məqsədi gənclərin elmi və peşəkar inkişafına dəstək olmaq, onların təcrübəli mütəxəssislərlə əlaqələrinin qurulmasına töhfə vermək, elmi görüş, seminar və müzakirələrin təşkilində iştirak etməkdir.

VASW olaraq Gülsüm Possenə yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪Nurlan Rəhimli — Maliyyə üzrə koordinatorNurlan Rəhimli 1988-ci ildə Sumqayıt şəh...
12/08/2026

VASW e.V. İdarə Heyəti | 2026–2028 🇦🇿🇩🇪

Nurlan Rəhimli — Maliyyə üzrə koordinator

Nurlan Rəhimli 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasında Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra Almaniyanın Kassel Universitetində və Qahirə Universitetində alternativ enerji sahəsi üzrə magistratura təhsili keçib. Peşəkar fəaliyyətini uzun illərdir Almaniyada enerji sektorunda davam etdirir.

2026–2028-ci illər üzrə VASW e.V. İdarə Heyətində maliyyə üzrə koordinator kimi təşkilatın maliyyə planlaşdırılması, büdcənin idarə olunması, gəlir və xərclərin sistemli şəkildə izlənilməsi, layihə və tədbirlərin maliyyə məsələlərinin koordinasiyasına cavabdeh olacaq.

Nurlan Rəhimliyə yeni fəaliyyət dövründə uğurlar arzulayırıq! 🇦🇿🤝🇩🇪

17/07/2026

Hörmətli VASW e.V. üzvləri,

VASW e.V.-nin Nizamnaməsinə əsasən, İdarə Heyəti hər iki ildən bir Üzvlərin Ümumi Yığıncağında seçilməlidir.

19–21 iyun 2026-cı il tarixlərində keçirilmiş illik görüş çərçivəsində yeni İdarə Heyətinin seçilməsi nəzərdə tutulmuşdu. Lakin iclasda iştirak edən üzvlərin sayı nizamnamədə tələb olunan yetərsay həddinə çatmadığından seçkinin keçirilməsi mümkün olmamışdır.

Bu səbəbdən sizi 18.07.2026 saat 19:00 (Almaniya vaxtı) tarixində keçiriləcək VASW e.V. Üzvlərinin Ümumi Online Yığıncağına dəvət edirik. Yığıncağın əsas gündəliyi yeni İdarə Heyətinin seçilməsidir.

Onlayn görüşün keçid linki və qoşulma ilə bağlı ətraflı məlumat üçün bizə yazin : [email protected]

20/06/2026
📢 12:45 – Elvin Cəbrayılın çıxışı!🇩🇪 Almaniyada Ausbildung və hüquqi imkanlar haqqında vacib məlumatları öyrənmək istəyi...
20/06/2026

📢 12:45 – Elvin Cəbrayılın çıxışı!

🇩🇪 Almaniyada Ausbildung və hüquqi imkanlar haqqında vacib məlumatları öyrənmək istəyirsiniz?

🎙️ Elvin Cəbrayıl
🕒 Hazırda canlı olaraq çıxış edir!

📌 Müzakirə mövzuları:

✅ Xaricdən viza prosesi keçərək Ausbildung oturumu almaq

✅ Almaniyanı tərk etmədən Ausbildung oturumuna keçid imkanları

✅ Ausbildung oturumu üçün əsas hüquqi şərtlər

✅ Ausbildungun vaxtından əvvəl dayandırılması zamanı yaranan əsas problemlər

✅ Başqa məqsədli oturum növlərinə keçid imkanları

✅ Ausbildung bitirdikdən sonra hüquqi və karyera perspektivləri

💡 Almaniyada təhsil, oturum və gələcək planlarınızı daha düzgün qurmaq üçün bu sessiyanı qaçırmayın!

Adresse

Bremen
06406

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von VASW e. V. erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Die Organisation Kontaktieren

Nachricht an VASW e. V. senden:

Verknüpfungen

Teilen