18/11/2025
VII hissə
Sezon finalı
Şərhlərdə bəziləri yazır ki, “İlkin Rüstəmzadə ilə nə dərdiniz var?” Onda gəlin, bu gün sizə söhbəti açıb düzünə qoyağ. Axı biz sizdən nəyisə gizləyən deyilik, özümüzünküsüz ))
Biləsiniz ki, biz bu Cındırzadənin qadın-qızla uydurduğu bər-bəzəkli flört nağıllarından da, nə güya başına gələn goplama olaylardan, nə internetdən kopyaladığı, ora-burasını düzəldib Azərbaycan üsuluna saldığı əhvalatlardan, nə də pintilikdən bədənində yetişən, partlayanda iy salan çibanlarından zərrə qədər narahat deyilik.
İmmuniteti güclü qadınlar varsa, buyurub Cındırzadə ilə münasibətə girişsinlər, kofeşoplarda da cükkülləşsinlər, bizə nə?
Mədəsinə hörmət eləməyən püləmə söhbət həvəskarları varsa, buyurub onun gopoloji statuslarını oxusun, layk atsın, bizə nə?
Əsl məqsədimiz başqa idi: söhbətin Mustafasına çatanda siz İlkinin əsl sifətini, xasiyyətinin dibini, iç üzünün pasını daha yaxşı görəsiniz. Ona görə bu vaxta kimi bunun hər nəyi var, hamısını danışdıq. Bir şeyi çıxmaq şərtiylə.
O da Cındırzadənin 6 il kalendar yatdığı sroku ayaq altına alıb, bayıra çıxan kimi “mən 6 il yatmışam” deyib camaatın ömrünü s*kəndən sonra gedib hökümətin qucağına oturmağıdı. Özünü satdığa qoymağıdı.
Cındırzadənin satqınlığının təməli Bəxtiyar Hacıyev tutulandan sonra qoyuldu. Bəxtiyarın Vilayət Eyvazovla düşmənçiliyini hamı yaxşı bilir onsuz da. Xatırlatmağa ehtiyac yoxdu. İlkin də həmin günlərdə Vilayət Eyvazovun maşasına döndü. Bəxtiyarı İlkinin əliylə vurmaq üçün ona dedilər ki, get, Bəxtiyarın əleyhinə video çək. İlkin də güya kadın haqlarını qoruyan olub, bir video gupbuldadıb Bəxtiyarın qabırğasına döşədi. Həmən videonu da Mirfahişə öz efirində yaydı.
O gün türmədə Bəxtiyarı ayrı bir tibb otağına saldılar, televizoru xoddayıb, otaqdan çıxdılar. Həmin saatda efirdə Mirfahişə İlkinin videosunu yayımladı. Bəxtiyara o videonu xüsusi göstərdilər ki, baxıb ürəyi partdasın.
O vaxtdan İlkin tula karyerasına start elədi. Xırda-xuruş yalpayından ötrü hökumətə girənliyə başladı. “Uğurlu siyasətdən” çərənlədi. Amma iddiası götündən yekə olan İlkin yalpayını artıq istəyirdi. Ona görə sabunun köpüyünü artıra-artıra getdi. Müxalifətçilərin üzünə durdu, Tofiq Yaqublu üçün Əliyevin qabağında keçirilən aksiyaya dil uzatdı.
Qiymətlər qalxıb, vergilər boğaza dirənəndə də kasıb-kusubun üstünə atılıb “özünüz günahkarsınız. Hamı çalışsa, tort bişirib pul qazana bilər, ölkədə hər şərait var” dedi.
Bunları eləməsi də təsadüf deyildi: İlkin içəridə 6 il oturub elə sanırdı ki, çıxan kimi qabağına qırmızı xalça səriləcək, qadınlar, qızlar təşəkkür üçün ona bir əl verəcək, müxalifət başına and içəcək, xarici donorlar götündən öpəcək.
Amma Erkin Qədirli demiş, həyat belə deyildir. Heç kim bunun qabağında dombalmağ istəmir. Bunları İlkin müsahibəsində də dolayı yolla boynuna alır:
“O depressiv, maddi, mənəvi çökdüyüm günlərdə özümə söz verdim ki, mən bunlardan heyfimi çıxacağam. Ancaq necə? Düşündüm ki, nə edə bilərəm? Topum yox, topxanam yox, yalnız qələmim var.”
Qələmini götürüb özünü satdığa qoydu. Amma problem də buradaydı: alan olmadı. Ağdamlıdı axı, zay malı baha itələməkdən ötrü sağdan da girdi, soldan da. Yağlı da girdi, yağsız da. Arada peşman oldu ki, kaş elə o vaxt türmədə satılardı. Onda bazar qiyməti indikindən baha olardı. Amma artıq gecdir. Əliyev hökuməti ikinci əl mal üçün pul yox, ancaq yal verir.
Son olaraq da bu şəkli bura qoyuruq. Cındırzadənin özündən soruşarsız, qoy desin bu imzanı hara, niyə çəkib.