26/07/2024
Siz də öz icmanızda müsbət dəyişikliklər etmək istəyirsinizmi?
Öz icmanızda ən fəal və məlumatlı sizsiz və ətrafda hamıya müxtəlif sosial xidmətlərə çıxış əldə etməyə kömək edirsinizsə bunu daha peşəkar formada edə bilərsiniz.
Bunun üçün sizə 20 günlük təlimdə iştirak etməyi təklif edirik:
• 10 gün əyani təlimlər (5 günlük təlim 2 dəfə)
• 10 gün online təlimlər
• Müntəzəm görüşlər vasitəsilə yerli dəstək şəbəkəsinin
gücləndirilməsi
• Bilik və bacarıqların artırılması
Təlimlərdə ünsiyyət, müsahibə, məsləhət və təmsilçilik bacarıqlarının inkişafı, rəsmi məktub, iddia ərizəsi və hesabatların hazırlanmasının tədris olunması nəzərdə tutulur.
Təlim keçmiş şəxslərə hüquqi məsələlər ilə bağlı müraciətlərin hazırlanması, sosial-psixoloji dəstəyin alınması, aztəminatlı ailələrə sosial müavinat, işsizlik müavinatı, əlilliyə görə müavinatın ayrılmasına dair səlahiyyətli dövlət orqanlarına müraciət və s. sahələrdə əhaliyə xidmət göstərilməsi öyrədiləcək.
Əsas məqsəd yerli icmaların daxili imkanlarının və məsləhət xidmətlərinə əlçatımlıqlarının gücləndirilməsidir. Eyni zamanda təlimdə iştirak edənlərin maarifləndirilməsi nəticəsində icma nümayəndələrinin məlumatlığının artırılması, ictimai xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması və inklüziv iştirakın təşviqi nəzərdə tutulur.
Tələblər:
• Yaş: 18 – 45 yaş arası Azərbaycan Respublikasının vətəndaşı olan
qızlar və oğlanlar, qadınlar və kişilər. Əlilliyi olan şəxslərə üstünlük
verilir.
• Təhsil: Peşə məktəbi və ya bakalavr pilləsini bitirmiş və ya hazırda
təhsil alan şəxslər.
• İxtisas: - Hüquqşünas və humanitar elmlər sahəsində ixtisasa malik
olan (tarixçi, müəllim, jurnalist və s.) şəxslərə üstünlük verilir.
• Sosial aktivlik: Qadın Resurs Mərkəzlərinin fəaliyyətində, yerli
icmalarda aktiv olan, liderlik qabiliyyəti və təlimi bitirdikdən sonra
əhaliyə daha keyfiyyətli xidmət göstərmək həvəsi və planı olan
şəxslərə üstünlük verilir.
• Dil bacarıqları: Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və
yazmaq mütləqdir. İngilis dilini bilmək arzuolunandır.
• Kompüter bacarıqları: MS Office proqramlarını (Word və Excel),
xüsusilə Word-də sərbəst işləmək bacarığı olmalıdır. İnternetdən
istifadə, o cümlədən axtarış bacarığının olması arzuolunandır.
Əlaqə nömrəsi: 051-517-21-85 Tamella Mirzəyeva
Ünvan: Zaqatala şəhəri, Heydər Əliyev Mərkəzi II mərtəbə.
Zaqatala Qadın Resurs Mərkəzi