King Sejong Institute Xirdalan

King Sejong Institute Xirdalan Education

2026-cı il Xüsusi Semestr~ TOPİK II Yazı Dərsləri!👥 Müraciət edə bilər: Topik II imtahanına hazırlaşan şəxslər və 3A səv...
23/05/2026

2026-cı il Xüsusi Semestr~ TOPİK II Yazı Dərsləri!

👥 Müraciət edə bilər: Topik II imtahanına hazırlaşan şəxslər və 3A səviyyəsindən yuxarı şəxslər.

📆 Qeydiyyat tarixi: 23-30 may.

⏳ Dərs günləri: 1️⃣ və 4️⃣.

📍Dərslər Bakı Mühəndislik Universitetində əyani keçiriləcəkdir. Dərs saatları qeydiyyatdan keçən tələbələrlə birlikdə razılıq əsasında qərarlaşdırılacaqdır.

📝 Tədris müddəti: 13 iyul~29 avqust.

#흐르달란세종학딩 #바쿠공과대학교

Dünən keçirilən “Quiz on Korea” yarışmasında tələbəmiz  Kəmalə Kərimova 1-ci yerə layiq görülüb!🏆Tələbəmiz Koreyada Azər...
21/05/2026

Dünən keçirilən “Quiz on Korea” yarışmasında tələbəmiz Kəmalə Kərimova 1-ci yerə layiq görülüb!🏆

Tələbəmiz Koreyada Azərbaycanı təmsil etmək haqqı qazandı. Bu böyük uğur münasibətilə onu ürəkdən təbrik edir, Koreyada keçiriləcək final mərhələsində uğurlar arzulayırıq! 🇰🇷🇦🇿

#

2026년 세종학당 말하기 대회에 함께해 주신 모든 참가자 여러분께 진심으로 감사드립니다!!! 앞으로도 자신 있게 꿈을 펼쳐나가세요!흐르달란 세종학당이 항상 응원합니다! 2026-cı il Seconq İnstitu...
20/05/2026

2026년 세종학당 말하기 대회에 함께해 주신 모든 참가자 여러분께 진심으로 감사드립니다!!!

앞으로도 자신 있게 꿈을 펼쳐나가세요!

흐르달란 세종학당이 항상 응원합니다!

2026-cı il Seconq İnstitutu Nitq Müsabiqəsinin qalibini ürəkdən təbrik edirik! 👏

İştirak edən bütün iştirakçılara səmimi təşəkkürümüzü bildiririk. Sizin göstərdiyiniz maraq, zəhmət və cəsarət müsabiqəni daha da xüsusi etdi.💞

Hər bir çıxış dəyərli və unudulmaz idi.
Gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq!

#흐르달란세종학당 #2026년세종학당말하기쓰기대회 #

Seconq İnstitutu Fondu 2026-cı il Koreya Mədəniyyəti Yarışması~🎉🎉🎉Bu müsabiqə bütün Seconq İnstitutu  tələbələri üzrə ke...
15/05/2026

Seconq İnstitutu Fondu
2026-cı il Koreya Mədəniyyəti Yarışması~🎉🎉🎉

Bu müsabiqə bütün Seconq İnstitutu tələbələri üzrə keçirilir və məqsəd Koreya mədəniyyəti üzrə istedadların aşkar edilməsi və qaliblərin Koreyaya dəvət olunmasıdır.

➡️ Yarışma bölmələri: (yalnız 1-ni seçərək iştirak etmək olar)

1️⃣ K-pop rəqsi – K-pop musiqisi ilə rəqs və performans.

2️⃣ Milli musiqi – pansori, xalq mahnıları, milli alətlərdə ifa və s.

3️⃣ Milli rəqs – yelğək rəqsi, maska rəqsi və s.

🎦 Video tələbləri:

* Təxminən 3 dəqiqə
* Birdəfəlik çəkiliş (həddindən artıq montaj və filtr qadağandır)

📝Qiymətləndirmə meyarları:

* Tamlıq və hazırlıq – 30 bal
* İfadə bacarığı – 20 bal
* Yaradıcılıq – 20 bal
* Bacarıq səviyyəsi – 20 bal
* Koreya mədəniyyətini anlama – 10 bal

📆 Müraciət müddəti:23 may,saat 23.59-a qədər performans videosu və ərizə formunu [email protected] mail adresinə göndərilməlidir. (tövsiyyə məktubu Xırdalan Seconq İnstitutu tərəfindən yazılacaqdır.ərizə formu üçün bizə yazın)

👥 İştirak edə bilər: Seconq İnstitutu tələbələri və məzunları

( final mərhələsinə qədər Seconq İnstututunda təhsil almış olmalıdır)

⏳ Yarışmanın keçirilmə mərhələləri:

1) Müraciət qəbulu:

İştirakçıların sənədlərinin toplanması
(May–İyun)

2) İlkin seçim mərhələsi:

İyun ayında keçiriləcək.

3) Final mərhələsi:

İyul–Avqust aylarında keçiriləcək. (onlayn keçiriləcəkdir)

4) Koreyaya dəvət proqramı:

Oktyabr ayında keçiriləcədir.

*Final iştirakçılarının elan olunması:

26 iyun 2026 tarixində elan ediləcək.
Nəticələr Seconq İnstitutularına,iştirakçılara e-mail vasitəsilə göndəriləcəkdir. Final qalibləri Koreyaya dəvət olunacaqdır.

✒️ Vacib qaydalar:

* Sənədlər birbaşa iştirakçı tərəfindən deyil, Seconq Institutu tərəfindən göndərilməlidir.
* Həddindən artıq montaj edilmiş videolar aşağı qiymətləndirilə bilər.
* Video mütləq yüklənə bilən formatda təqdim olunmalıdır.
* Streaming linkləri qəbul edilmir.

#흐르달란세종학당 #세종학당재단 #아제르바이잔 #2026세종학당한국문화경연대회

2026-cı il Seconq İnstitutu tələbələri üçün kontent müsabiqəsi!Aşağıdakı 3 kateqoriyadan birini seçə bilərsiniz: 1️⃣ Sec...
02/05/2026

2026-cı il Seconq İnstitutu tələbələri üçün kontent müsabiqəsi!

Aşağıdakı 3 kateqoriyadan birini seçə bilərsiniz:

1️⃣ Seconq İnstitutu Fonduna aid logo mahnı.

Mahnı sözləri Koreya dilində olmalıdır, 30–60 saniyəlik orijinal musiqi və video təqdim olunmalıdır.

Təqdim forması:
* Audio fayl (MP3 və ya WAV)
* Video fayl (MP4)
* Koreya dilində sözlər mütləqdir

2️⃣ Seconq İnstitutu Fondu logo hazırlama.

Seconq İnstitutu Fondunu təmsil edən vizual dizayn işi.

Təqdim forması:
* Orijinal fayl (AI) və ya yüksək keyfiyyətli PNG (300 dpi, şəffaf fon)
* Rəng sistemi (CMYK/RGB) göstərilməlidir

3️⃣ Seconq İnstitutu Fondunun maskotu (Mascot)
Fondun kimliyini əks etdirən xarakter dizaynı

Təqdim forması:
* Orijinal fayl (AI) və ya yüksək keyfiyyətli PNG (300 dpi, şəffaf fon)
* Ən azı 1 əsas və 1 tətbiq (poz/hərəkət) daxil olmalıdır.

🎉🎉🎉10 nəfər (digər ölkələrdəki Seconq İnstitutuları daxil) qalib seçilərək ‘2026-cı il Seconq İnstitutu nümunəvi tələbə proqramı’ çərçivəsində Koreyaya dəvət olunacaqdır.

📇 Proses: tələbələrin

🗂️ Təqdim ediləcək sənədlər:
* Müraciət formu (müraciət formu üçün bizə yazın)
* Yaradıcılıq işi
İştirakçılar müraciət formunu doldurduqdan sonra formu yaradıcılıq işləri ilə bərabər [email protected] mail adresinə göndərməlidir.

📆 Son tarix:
6 iyun 2026, saat 23:59

📆 Nəticələrin elan olunması:
2026-cı ilin iyul ayının 2-ci həftəsi (təxmini)

 #2026년봄학기 #한복체험 #흐르달란세종학당
02/05/2026

#2026년봄학기 #한복체험 #흐르달란세종학당

02/05/2026

📢 Əziz izləyicilər,

Koreya Respublikasının Xarici İşlər Nazirliyi sizi

🎬 “The 2nd KOREAZ Content Contest” müsabiqəsinə qoşulmağa dəvət edir!

🌍 Mövzu: Növbəti 10 ili xəyal edin və formalaşdırın!

Sizcə gələcək necə olacaq? Öz baxışınızı paylaşın və gənclərin bu gələcəyi qurmaq üçün hansı real addımları ata biləcəyini göstərin.

📹 Necə iştirak etmək olar?

👉 Video hazırlayın (16:9, Full HD)
👉 Generativ AI istifadəsi mütləqdir (tam və ya qismən)
👉 Videoya ingilis dilində altyazı əlavə edin
👉 Videonu paylaşaraq həştəqini qeyd edin
👉 Orijinal video faylını təqdim edin

🗓 Müraciət dövrü: 1 iyun – 25 oktyabr 2026

🏆 Ən yaxşı işlər Koreya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən mükafatlandırılacaq.

📌 Ətraflı məlumat və iştirak qaydaları üçün posterə baxa bilərsiniz 👇

21/04/2026

Əziz izləyicilər!

🎉2026-cı il Koreya haqqında Viktorinaya qeydiyyatın başladığını elan etməkdən məmnunluq duyuruq!

Viktorinada iştirak etmək üçün siz 18 yaşdan yuxarı, Azərbaycan vətəndaşı olmalı, TOPIK 3 və ya daha yüksək səviyyədə koreyaca bilməli və Koreya haqqında ətraflı biliyə sahib olmalısınız.

🏆✈️🇰🇷 Viktorinanın qalibi, mükafatla yanaşı bu ilin sentyabrında Seulda keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək şansı qazanacaqdır!

📍⏰ Viktorina 20 may 2026-cı il, saat 14:00-da Bakı Dövlət Universiteti, əsas bina, 3-cü mərtəbə, akt zalında keçiriləcəkdir.

Viktorinanın bütün iştirakçılarına hədiyyələr təqdim olunacaqdır.
Yuxarıdakı şərtlərə cavab verən hər kəsi Viktorinaya qoşulmağa və hədiyyələri əldə etməyə dəvət edirik!

Qeydiyyatdan keçmək üçün 30 aprel 2026-cı il tarixinədək aşağıdakı formu doldurun:
https://forms.gle/tovkGksJZVnbTXs47

📩Hər hansı sualınız olarsa, [email protected] ünvanına müraciət edə bilərsiniz.

Viktorinaya hazırlaşmaq üçün KBS World TV YouTube kanalına daxil olub "Quiz on Korea" videolarını izləyin:
https://youtu.be/x-CYKoVcKPE?si=Z1B5NWJ0xVWszdNp

🌐 Ətraflı məlumat üçün Səfirliyin rəsmi saytına daxil olun:
https://az.mofa.go.kr/az-ko/brd/m_8259/view.do?seq=1346795

Müsabiqəmiz var! ‘2026-cı  il Seconq İnstitutu Fondu Danışıq Müsabiqəsi’  üçün seçim mərhələsinə qeydiyyat başlamışdır. ...
21/04/2026

Müsabiqəmiz var!

‘2026-cı il Seconq İnstitutu Fondu Danışıq Müsabiqəsi’ üçün seçim mərhələsinə qeydiyyat başlamışdır.

👥 Müsabiqədə iştirak edə bilər:
Xırdalan Seconq İnstitutunun koreya dili dərslərində azı 2 semestr iştirak etmiş və sertifikatla tamamlamış şəxslər.

(* Qeyd: 1 semestri sertifikatla bitirmiş və 2026-cı ilin Yaz semestrində təhsil alan tələbələrin də müraciəti mümkündür.)

🖋️ Mövzu: (2mövzudan birini seçə bilərsiniz):
1. 나의 생활에서의 한국어
2. 내가 한국어를 배우는 이유

📋 Qeydiyyat üsulu:
Google form anketini tamamlayın və öz danışıq çıxışınızı video qeydə alaraq bizə, [email protected] mail adresinə göndərin. (Video qeyd 1-2 dəqiqə olmalıdır, mail göndərərkən mövzunun adını qeyd etməyi unutmayın)

📌Qeydiyyat linki bioda: ☝🏻
https://forms.gle/k9SdEHUeHAfLf1s97

📆 Son qeydiyyat tarixi: 5may

🗓️ Müsabiqə nəticələri 10 mayda açıqlanacaq. Seçim mərhələsindən keçən tələbələr 16 mayda keçiriləcək yarımfinal mərhələsinə iştirak şansı qazanacaqdır.

#2026년세종학당말하기쓰기대회 #흐르달란세종학당 #아제르바이잔 #바쿠공과대학교

The Korea Times  tərərfindən Koreya dili üzrə 3-cü Danışıq Müsabiqəsini keçirilir. Bu dəfə daha böyük mükafat fondu və T...
12/03/2026

The Korea Times tərərfindən Koreya dili üzrə 3-cü Danışıq Müsabiqəsini keçirilir. Bu dəfə daha böyük mükafat fondu və The Korea Times-da yay təcrübəsi imkanı da var.

✅ Müsabiqə haqqında məlumat:
• Müraciət müddəti: 26 Fevral – 7 May
• Qaliblərin elan olunması: 26 May
• Kimlər iştirak edə bilər: Ana dili koreya dili olmayan xarici vətəndaşlar və xaricdə yaşayan koreyalılar

✅ Necə müraciət etmək olar
1. Videonuzu SNS platformalarına (YouTube, TikTok, Instagram və s.) lazımi hashtag-lərlə ( ) yükləyin.
2. Onlayn müraciət formasını (postdakı QR kod) doldurun və videonuzun linkini müraciət səhifəsinə əlavə edin.

🎁 Mükafatlar
• Ümumi mükafat fondu: 12,000,000 Koreya vonu / 20 qalib
• The Korea Times-da yay təcrübəsi (internship) imkanı (yalnız mükafat qazananlar üçün)
• İstək olarsa iştirak sertifikatı

Daha ətraflı məlumat üçün The Korea Times vebsaytına və ya
https://klsc.koreatimes.co.kr ünvanına baxa bilərsiniz.

Address

Hasan Aliyev Str. 120
Xirdalan
AZ0102

Website

Alerts

Be the first to know and let us send you an email when King Sejong Institute Xirdalan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to King Sejong Institute Xirdalan:

Share