18/06/2026
"Vurğun poeziyasına ehtiram" adlı tədbir keçirilib
İyunun 18-də Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Mərkəzi Kitabxanasında "İlham Çeşməsi" elmi-ədəbi məclisinin üzvlərinin iştirakı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş "Vurğun poeziyasına ehtiram" adlı dəyirmi masa təşkil edilib.Tədbirdə böyük Azərbaycan şairinin zəngin ədəbi irsi və milli ədəbiyyatımızın inkişafındakı xidmətləri geniş şəkildə qeyd edilib. İştirakçılar şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun vətənpərvərlik və humanizm ruhunda qələmə aldığı əsərlərin bu gün də aktuallığını qoruyub saxladığını vurğulayıblar.Tədbir zamanı Səməd Vurğunun şeirlərindən nümunələr səsləndirilib. Çıxış edənlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Səməd Vurğunun xalqımızın mədəni yaddaşında xüsusi yer tutduğunu qeyd edib, onun əsərlərinin gələcək nəsillər üçün də qiymətli mənəvi irs kimi qalacağını bildiriblər.Daha sonra iştirakçılar şairin həyat və yaradıcılığını əks etdirən sərgiyə baxış keçirib, sonda isə xatirə şəkilləri çəkilib.