31/10/2025
“Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib
22 oktyabr tarixində Gənclər və İdman Nazirliyində Nazirliyin əməkdaşları üçün “Dinamik mühitdə koqnitiv çeviklik və qərarların optimizasiyası” mövzusunda təlim keçirilib.
Təlim Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun məsləhətçisi Sara Payızova tərəfindən aparılıb. Sessiya zamanı iştirakçılara dəyişən şəraitdə effektiv qərarvermə, adaptiv davranış və strateji çeviklik bacarıqları aşılanıb.
Təlim çərçivəsində dinamik mühitin xüsusiyyətləri, VUCA modeli (volatility, uncertainty, complexity, ambiguity) və onun fərdi qərarverməyə təsiri, həmçinin qərarların optimizasiyası üçün istifadə olunan analitik və strukturlaşdırılmış düşüncə metodları — Pros & Cons, SWOT, OODA loop kimi yanaşmalar barədə ətraflı məlumat verilib.
İştirakçılar praktik tapşırıqlar vasitəsilə real situasiyalarda çeviklik və optimizasiya bacarıqlarını sınaqdan keçiriblər. Sessiyanın sonunda sual-cavab və müzakirə bölməsi keçirilib, fərqli davranış strategiyaları və qərarvermə modelləri üzərində fikir mübadiləsi aparılıb.
Təlimdə Bakı Gənclər Mərkəzinin metodistləri Arzu Qarazadə və Kənan Şərifov da iştirak ediblər.
📅 Tarix: 22 oktyabr
📍 Məkan: Gənclər və İdman Nazirliyi
̇dmannazirliyi