Qubadli

Qubadli Qubadli Rayonu

16/06/2026

Təbiətlə iç-içə, səmimi bir görüş:
Qundanlı kəndinin zəhmətkeş
arıçısı.🐝🌼

Qubadlının hər guşəsi bir cənnət, hər kəndi bir xəzinədir. Bu dəfə yolum təbiətin bütün gözəlliklərini qoynunda saxlayan, havası dərman, suyu şirin Qundanlı kəndinə düşdü. Burada ruhu dincəldən səmimi bir görüşün, doğma yurda sevgiylə bağlı olan bir ömrün şahidi oldum.
Qunadanlı kənd sakini, tanınmış arıçı Elxan Bayramovla həmsöhbət oldum.
Elxan bəy arıçılıq təsərrüfatına addım atan kimi insan özünü təbiətin təmiz ritmində hiss edir. Onun işinə olan sevgisi, hər pətəyə, hər arıya göstərdiyi xüsusi qayğı sadəcə bir peşə deyil, əsl könül işidir.
Saatlarla çəkən söhbətimizdə Elxan bəyin zəhmətkeşliyi, doğma Qubadlı torpağına olan sonsuz bağlılığı bizə çox təsir etdi. O, bu dağların, bu yamacların min bir çiçəyindən süzülən təmiz, şəfalı Qubadlı balını ərsəyə gətirmək üçün gecəsini gündüzünə qatır. Onun dilindən süzülən hər kəlmədə yurd sevgisi, torpaq ətri var idi.
Biz də bu gözəl insana, zəhmətkeş həmyerlimizə işində bərəkət, cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!
Qubadlının torpağı qızıl, insanı isə bax belə qızıl kimi dəyərlidir.🇦🇿

15/06/2026
Başsağlığı və Mərasim elanı !   Əziz  Qubadlılar, 13 iyun 2026-cı il tarixdə, rayonumuzun  Mahmudlu  kənd  sakini  mərhu...
08/06/2026

Başsağlığı və Mərasim elanı !
Əziz Qubadlılar, 13 iyun 2026-cı il tarixdə, rayonumuzun Mahmudlu kənd sakini mərhumə Sarıyeva Nazilə Soltan qızının 40 mərasimi olacaq.
Mərasim Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Arzu" mərasim evinin 2-ci mərtəbəsində keçiriləcək.
Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Başsağlığı və Mərasim Elanı!Əziz Qubadlılar!Qubadlı şəhər sakini, İngilis dili müəllimi Babayev Mehbalının oğlu, Kamil B...
06/06/2026

Başsağlığı və Mərasim Elanı!

Əziz Qubadlılar!
Qubadlı şəhər sakini, İngilis dili müəllimi Babayev Mehbalının oğlu, Kamil Babayev dünyasını dəyişib!
Mərhumun 3/7 mərasimi
11 iyun 2026-cı il tarixdə, Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən "Arzu" mərasim evinin 2-ci mərtəbəsində keçiriləcək.
Allah rəhmət eləsin, ailəsinə və yaxın əzizlərinə dərin hüznlə başsağlığı verərək səbr diləyirik.

Başsağlığı və Mərasim Elanı!Əziz Qubadlılar, rayonumuzun Balahəsənli kənd sakini Həbibov Məhəmməd Dadaş oğlu dünyasını d...
06/06/2026

Başsağlığı və Mərasim Elanı!

Əziz Qubadlılar, rayonumuzun Balahəsənli kənd sakini Həbibov Məhəmməd Dadaş oğlu dünyasını dəyişib!
Mərhumun 3/7 mərasimi 7 iyun 2026-cı il tarixdə Sumqayıt şəhərində, Aviakassanın arxasındakı həyət mağarında olacaq.
Allah rəhmət eləsin, əzizlərinə və yaxınlarına səbr diləyirik!

Başsağlığı və Mərasim Elanı!Əziz Qubadlılar, rayonumuzun Dondarlı kənd sakini Həsənquliyev Şirvanın həyat yoldaşı ( Pola...
05/06/2026

Başsağlığı və Mərasim Elanı!

Əziz Qubadlılar, rayonumuzun Dondarlı kənd sakini Həsənquliyev Şirvanın həyat yoldaşı ( Poladlı kəndindən Mədət kişinin qızı, Rasimin, Həsənin, Maqsudun, Mahirin bacısı) İsmayılova Fatma Mədət qızı dünyasını dəyişib!
Mərhumənin 3/7 mərasimi 11 iyun 2026-cı il tarixdə Sumqayıt şəhərində yerləşən " Şəfa" mərasim evində təşkil ediləcək.
Allah rəhmət eləsin, əzizlərinə və yaxınlarına səbr diləyirik!

Address

Sumqayit
Sumqayıt

Website

Alerts

Be the first to know and let us send you an email when Qubadli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share