AEGEE-Sumqayıt (European Students' Forum)

AEGEE-Sumqayıt (European Students' Forum) AEGEE dünyəvi, gəlir güdməyən, heç bir siyasi partiyaya aid olmayan bir təşkilatdır.

Azərbaycanı Avropanın bir hissəsi hesab edən Aegee-Sumqayıt Avropa və Azərbaycan gəncləri arasında olan əməkdaşlığı, münasibətləri və inteqrasiyanın genişlənməsinin tərəfdarıdır. AEGEE (Association des Etats Generaux des Etudiants de l'Europe), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır; təşkilat Avropanın 43 ölkəsinin 240 şəhərindən olan 15.000-dək müxtəlif füsunkar m

ədəniyyətlərə malik tələbəni özündə birləşdirir. Onun həyata keçirdiyi bütün layihə və fəaliyyətləri təşkilat üzvlərinin könüllülük prinsipləri əsasındadır. AEGEE-Sumqayıt – Avropa Tələbələr Forumu Sumqayıt İctimai Birliyi AEGEE-Avropa şəbəkəsinin ən gənc üzvlərindən biridir. AEGEE- Sumqayıt qeyri-siyasi, qeyri-hökumət və dünyəvilik prinsipləri əsasında yaradılmış gənclər qurumudur. Təşkilatın üzvləri Sumqayıtın müxtəlif universitetlərində təhsil alan tələbələr və artıq təhsilini bitirmiş şəxslər, yeniyetmələr və gənclər ola bilər. Məqsədlər:
• Vahid Avropa məkanı ideyasını təşviq etmək
• Bu gün və gələcəyin tolerant cəmiyyətini formalaşdırmağa töhvə vermək
• Demokratiya, insan hüquqları, tolerantlıq, təhsildə sərhədlər arası əməkdaşlıq, mobillik və Avropaya İnteqrasiyanı dəstəkləmək

Fəaliyyət sahələri
• Mədəni mübadilə
• Aktiv Vətəndaşlıq
• Ali təhsil
• Sülh və Stabillik

Address

Sumqayıt
AZ5000

Alerts

Be the first to know and let us send you an email when AEGEE-Sumqayıt (European Students' Forum) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to AEGEE-Sumqayıt (European Students' Forum):

Share