Nərdivan Gənclər Klubu

Nərdivan Gənclər Klubu "Nərdivan" Gənclər Klubu Hər cür zor və iğtişaşdan uzaq fəaliyyətimizlə elmin və düşüncənin aydınlatdığı daha işıqlı sabahlara çıxacağımıza inanırıq.
(1)

Biz Müstəqil Azərbaycanın üçüncü böyük şəhəri olub sənayeyə, təhsilə, ölkənin bir çox sahələrinə öz xidmətlərini etmiş Sumqayıt şəhərinin bir qrup gənci olaraq Sumqayıt gənclərinin təhsilin, maarifin, kitabın və bu qəbildən bir çox mədəni-ictimai fəaliyyətlərin ətrafında sıx birləşməsi üçün bu gənclər klubunu yaratdıq. Hər cür irqi, ideoloji, siyasi ayrı seçkilikdən uzaq olaraq bilavasitə Sumqayıt

gənclərinin daha da maarifpərvər, intellektual, öz hüquq və azadlıqlarını bilən işıqlı gənclər olmağına xidmət etməyi qarşımıza məqsəd qoymuşuq. Edəcəyimiz tədbirlər, reallaşdıracağımız layihələr Sumqayıt gəncinin ölkə və dünya səviyyəsində məhz beyninin, düşüncəsinin, bacarıq və əzminin gücü ilə daha da irəli getməsinə xidmət edəcəkdir. Biz gənclər düşünürük ki, Azərbaycan gənci və onun simasında Sumqayıt gənci fəaliyyətsiz qalmamalıdır, dövlətin ayırdığı resurslardan əlavə özünün mənəvi və zehni boşluğunu özü də bütövləşdirməyə çalışmalıdır. Biz qəliz və anlanılması çətin heç nə demirik, düşünməyi və düşüncə ilə hərəkət etməyi təklif edirik. Bir gəncin edə biləcəyi ən önəmli iki şey bunlardır. Bu şəhər hər kəsdən öncə bizimdir, onu elmin və intellektin zəmin olduğu fəaliyyətimizlə daha irəli aparmaq, ölkə və dünya səviyyəsində imicini müsbət anlamda dəyişmək bizim borcumuzdur. Bizlər bu şəhərin düşünən, gənc və təmiz beyinləriyik. Ciddi və məqsədyönlü fəaliyyətimizlə Sumqayıtın gənclər şəhəri olduğunu bird aha sübut edə bilərik. Bizlər Sumqayıtın yetişən və yetişməkdə olan gəncliyinə səslənirik, ağlına, bacarığına, intellektinə, kitaba və maarifə sevgisinə güvənən hər bir gənc sıralarımıza qatıla bilər. Əmin olun ki, edəcəyimiz layihlər sizin bu yolda daha da inamla irəliləməyinizə xidmət edəcəkdir. Elmin və maarifin gücü sizi eynən bir Nərdivan kimi istədiyiniz zirvələrə qaldırmağa yetəcək, yetər ki, buna öz istəyiniz olsun.

Address

Sumqayıt
AZ5000

Alerts

Be the first to know and let us send you an email when Nərdivan Gənclər Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share