ADMO Union

ADMO Union Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) dünyada gənc oftalmoloqlar tərəfindən yaradılmış ilk və yeganə təşkilatdır.

Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik. Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın ink

işafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.

19/04/2026
T.e.d. Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunmuş XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı...
22/02/2025

T.e.d. Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunmuş XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu çox maraqlı, elmi və peşəkar müzakirələrlə dolu bir tədbir oldu!
Bu möhtəşəm tədbirin təşkilində əməyi keçən hər kəsə – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinə, AOC Gənc Oftalmoloqlar Komitəsinə, təşkilatçılara, məruzəçilərə və bütün iştirakçılara dərin minnətdarlığımızı bildiririk!
Konfranslar hər zaman gənc oftalmoloqlar üçün yeni biliklər qazanmaq, təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq baxımından böyük imkanlar yaratdır. Bütün gənc oftalmoloqlara gələcək fəaliyyətlərində uğurlar, yeni elmi nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq!

Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu oftalmologiyanın müxtəlif sahələrini əhatə edən maraqlı müzakirələrlə yadda qaldı. Forum çərçivəsində oftalmologiyanın müxtəlif sub-ixtisaslarını əhatə edən debatlar keçirildi, tibbi etika məsələləri müzakirə olundu. Həmçinin, oftalmologiya ilə incəsənət arasındakı bağlılıq barədə məruzə təqdim edildi.
Forum gənc oftalmoloqlar üçün elmi və peşəkar inkişaf baxımından vacib platforma oldu, onların bilik və təcrübə mübadiləsinə mühüm töhfə verdi.

📅 Tarix: 21 fevral 2025📍 Məkan: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, BakıGOK-2025. XVI Azərbaycan ...
20/02/2025

📅 Tarix: 21 fevral 2025
📍 Məkan: Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı
GOK-2025. XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu.
Azərbaycan oftalmologiyasının gələcəyini formalaşdıran gənc mütəxəssislər üçün mühüm bir platforma olan XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu 21 fevral 2025-ci il tarixində Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutacaq.
Bu ilki konfrans görkəmli alim, tibb elmləri doktoru Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunub. Konfrans AOC Gənc Oftalmoloqlar Komitəsi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə təşkil edilir.
Konfransda oftalmologiyanın müasir problemləri, innovativ cərrahi və diaqnostik metodlar, süni intellektin göz xəstəliklərinin diaqnostikasında tətbiqi, genetik tədqiqatlar və digər aktual mövzular müzakirə olunacaq. Tədbirə yerli və xarici oftalmoloqlar, alimlər və rezidentlər qatılacaq.
Konfransın ən mühüm xüsusiyyətlərindən biri onun gənc mütəxəssislər tərəfindən təşkil olunmasıdır. Bu, gənclərin yalnız elmi tədqiqatlarda deyil, həmçinin beynəlxalq standartlara uyğun tədbirlərin təşkili və idarə olunmasında da aktiv rol oynadıqlarını göstərir.
AOC Gənc Oftalmoloqlar Komitəsi və konfransın təşkilatçıları qeydiyyatdan keçmiş bütün oftalmoloqları və bu sahəyə maraq göstərən mütəxəssisləri tədbirdə iştirak etməyə dəvət edirlər.

10-16 mart 2024-cü il Dünya Qlaukoma Həftəsi kimi qeyd edilir. Bu münasibətlə Beynəlxalq Oftalmologiya Şurasının “Qlauko...
12/03/2024

10-16 mart 2024-cü il Dünya Qlaukoma Həftəsi kimi qeyd edilir. Bu münasibətlə Beynəlxalq Oftalmologiya Şurasının “Qlaukomanın Diaqnostikası və Müalicəsi üzrə Təlimatlar”ını Azərbaycan dilinə tərcümə edib, diqqətinizə təqdim edirik. Təlimatlar indiyədək dünyanın müxtəlif dillərinə tərcümə edilib. Təlimatların ingilis dilindən ana dilimizə tərcüməsi bu sahədə yüksək peşəkarlığa və qabiliyyətə sahib gənc oftalmoloqumuz, Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Qlaukoma şöbəsinin mütəxəssisi Dr. Pərvin Ağayeva tərəfindən həyata keçirilib.
Pərvin xanımı daha bir maraqlı layihə münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik!
https://drive.google.com/file/d/1-rqtQCnYVWoGtN6jITH4JU_pOqVIoiz_/view?usp=sharing

Hörmətli Məsləkdaşlar,15 mart 2024-cü il tarixdə Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Qlauko...
18/02/2024

Hörmətli Məsləkdaşlar,
15 mart 2024-cü il tarixdə Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Qlaukomatoloqlarının V Konfransı keçiriləcək. Konfrans barədə əlavə məlumat üçün PDF faylı yükləyə bilərsiz.
Konfransda qeydiyyat üçün son tarix: 01 mart 2024. Qeydiyyat forması: https://forms.gle/6JYdKtPzo4HiAqQY7

https://drive.google.com/file/d/1gkzBhdDBUsLVhrX2eYUzhF5h3LQZtb21/view?fbclid=IwAR2JIhSxDBEN9ypkRIr8ZY5x7EQiJLpqzgAc3WrKqMHhkSStXrC6KYbOcc4

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş illik toplantısı. 12 yanvar 2024-cü il tarix...
13/01/2024

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş illik toplantısı.

12 yanvar 2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü ilin yekunlarına həsr olunmuş növbəti illik toplantısı keçirildi.
Toplantıya rəhbərliyi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri Prof. Elmar Qasımov edirdi.

Toplantıda 2023-cü ildə keçirilən tədbirlər, konfranslar haqqında illik hesabat verildi və 2024-cü ildə nəzərdə tutulan tədbirlər planı iştirakçıların diqqətinə çatdırıldı və bu il keçirilməsi nəzərdə tutulan konfrans, seminar, toplantılar, həmçinin milli oftalmologiyanın bir sıra məsələləri müzakirə edildi.

Toplantıda AOC-un sədr müavini t.ü.f.d. Yazgül xanım Abdıyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 2023-cü il üzrə illik fəaliyyət proqramı və 2024-cü ilin illik proqramı”, AOC-un Gənc Oftalmoloqlar komitəsinin koordinatoru və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “AOC Gənc Oftalmoloqlar Komitəsi. 2023-cü ilin yekunları. 2024-cü il üçün nəzərdə tutulan planlar”, t.e.d. Tural Qəlbinur “Etik komitə”, t.ü.f.d. Cəmil Həsənov “Buynuz qışa keratoplastikasının keçmişi və gələcəyi”, t.ü.f.d. Mətanət Əfəndiyeva “WET-LAB kurslarının 2023-cü il üzrə fəaliyyəti və 2024-cü il üçün planları” və Dr. Sona İbrahimova “Cərrahi müdaxilədən sonra baş verən fəsadlar” mövzuları üzrə məruzələr tədbir iştirakçılarının nəzərinə çatdırıldı, iştirakçılar tərəfindən maraqlı suallar və təkliflər səsləndi.

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Retinoloqlarının VIII Konfransı.16 dekabr 2023-cü il tar...
17/12/2023

Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Retinoloqlarının VIII Konfransı.

16 dekabr 2023-cü il tarixdə Bakıda, Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının VIII Konfransı keçirildi. Konfransda tor qişa xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahiyyəsində dünyada tətbiq edilən son yeniliklərdən və həkimlərin gündəlik praktik fəaliyyətlərində qarşılaşdığı maraqlı klinik hallardan ibarət məruzələr dinlənildi, həmçinin tor qişada həyata keçirilən bir sıra maraqlı cərrahi əməliyyatların videoları nümayiş etdirildi.
T.e.d. Müşfiq Kərimov “Fakovitrektomiya cərrahiyyəsi. Klinik aspektlər” mövzusunda mühazirə ilə çıxış edərək, kombinə katarakta və vitrektomiya cərrahiyyəsi barədə konfrans iştirakçılarına geniş məlumat verdi.
T.ü.f.d. Lalə Axundova “Mürəkkəb diabetik retinopatiyalarda müalicə taktikası” mövzusunda dəyirmi masa tipli diskussiya təşkil etdi. Diskussiyada Azərbaycanda tibbi və cərrahi retina üzrə tanınmış mütəxəssislər – t.e.d. Müşfiq Kərimov, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, Dr. Anar Rəhimov, Dr. Ruslan Məmmədov, Dr. Şahin Novruzov iştirak etdilər. Dəyirmi masa həm dinamizmi, həm də yüksək informativliyi ilə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.
Zəngin elmi proqramı ilə yanaşı bu ilki konfrans həm də maraqlı müsabiqələrin keçirilməsi ilə yadda qaldı. Beləki, bu ilki konfransda iki nominasiya üzrə müsabiqə keçirildi. Maraqlı klinik hallardan ibarət 12 müəllifin təqdim etdiyi və 23 fotodan ibarət foto müsabiqənin qalibi konfrans iştirakçıları tərəfindən on-line səsvermə ilə, “Ən maraqlı klinik hal” nominasiyası üzrə müsabiqənin qalibi isə münsiflər heyətinin üzvlərinin iştirakı ilə on-line səsvermə ilə həyata keçirildi.
Səsvermə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinə (MOİYB) məxsus on-line səsvermə sisteminin tətbiqi ilə baş tutdu. Səsvermə saat 17:00-da yekunlaşdı və MOİYB-nin sədri Dr. Emin Əlihüseynli nəticələri konfrans iştirakçılarının diqqətinə təqdim etdi.
Münsiflər heyəti tərəfindən seçilən “Ən maraqlı klinik hal” nominasiyasının qalibi Akad. Z. Əliyeva adına MOM-dan Dr. Cəmilə Axundova, foto müsabiqənin qalibi isə ATU Oftalmologiya kafedrasından Dr. Gülnar Əliyevanın olduğu elan olundu və qaliblərə xüsusi hədiyyələr təqdim edildi.
Oftalmoloji təhsilin artırılması hər bir oftalmoloqun yalnız özü üçün əldə edəcəyi fayda deyil, eyni zamanda görmənin qorunması və geri dönməz görmə itkisi ilə mübarizədə əsas amildir və bu işdə konfransların əvəzsiz rolu var.
Konfransın sonunda MOİYB-nin sədri Dr. Emin Əlihüseynli daha bir faydalı və yadda qalan konfrans münasibətiylə Azərbaycan Retinoloqlarının VIII Konfransının təşkilat komitəsinin üzvlərini təbrik edib, təşkilat komitəsinin sədri t.e.d. Dr. Müşfiq Kərimova xatirə kristalı təqdim etdi.
Konfransın sonunda xatirə fotosu çəkdirildi.

Amerika Oftalmologiya Akademiyasının aylıq dərgisi olan EyeNet jurnalının avqust 2023 nömrəsindən maraqlı kliniki halı d...
05/09/2023

Amerika Oftalmologiya Akademiyasının aylıq dərgisi olan EyeNet jurnalının avqust 2023 nömrəsindən maraqlı kliniki halı diqqətinizə təqdim edirik.

Gözəl tərcüməyə, sərf etdiyi əməyə və zamana görə Dr. Pervin Aghayevaya təşəkkür edirik.
https://admounion.org.az/klinik/piyogen-qranuloma/

Address

Sumqayıt
AZ5009

Alerts

Be the first to know and let us send you an email when ADMO Union posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ADMO Union:

Share