31/05/2026
Okeanın O Tayında Parlayan Zəkamız: Qalib Əzəmət oğlu Rüstəmov
Müasir dünyada elmin və texnologiyanın sərhədləri coğrafi hüdudları çoxdan aşıb. Bu gün qlobal elm mühitində, xüsusən də ABŞ-ın ən nüfuzlu mərkəzlərində öz zəkası ilə fərqlənən azərbaycanlı alimlərin fəaliyyəti hər birimiz üçün qürur mənbəyidir.Belə parlaq simalardan biri də Qalib Əzəmət oğlu Rüstəmovdur.
Əslən Gorus rayonunun Şurnuxu kəndindən olan Qalib Əzəmət oğlu Rüstəmov iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD), tətbiqi mikroiqtisadiyyat, davranış
iqtisadiyyatı və enerji iqtisadiyyatı sahələrində çalışan tədqiqatçı və data alimdir. O, 18 mart 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi Sumqa yıt şəhərində bitirdikdən sonra bakalavr təhsilini California State University , San Bernardino universitetində iqtisadiyyat üzrə tamamlamışdır. Daha sonra Claremont Graudate universitetində (CGU) iqtisadiyyat üzrə magistr və PhD dərəcələrini almışdır. ABŞ - da 20 ildən artıq yaşayan Qalib Rüstəmov akademik və tətbiqi fəaliyyətini paralel şəkildə davam etdirir.
Onun elmi maraqları davranış iqtisadiyyatı, enerji istehlakı, istehlakçı davranışı və tətbiqi iqtisadi analizlərin kəsişməsində yerləşir. Xüsusilə enerji bazarlarında istehlakçı qərarları, diqqətsizlik (inattention), dinamik qiymətləndirmə və davranış müdaxilələrinin təsiri kimi mövzular üzərində çalışır. Onun elmi işləri nüfuzlu jurnallarda dərc olunmuşdur və enerji istehlakı üzrə eksperimental və kvazi-eksperimental metodlara əsaslanan tədqiqatları ilə tanınır. Eyni zamanda bir ne- çə işçi məqalə üzərində işləyir və beynəlxalq konfranslarda müntəzəm olaraq öz elmi tədqiqatlarını təqdim edir. Onun çıxışları əsasən peer- reviewed araşdırma -lara əsaslanır və davranış iqtisadiyyatı, enerji istehlakı və tətbiqi mikroiqtisadiy- yat sahələrində yeni nəticələri əhatə edir. O, Stanford University, RAND Corporation və New York University kimi nüfuzlu qurumların ev sahibliyi etdiyi konfrans və workshoplarda araşdırmalarını təqdim etmiş, həmçinin akademik və tətbiqi auditoriyalar qarşısında çıxış etmişdir. Bundan əlavə , Harvard University universitetində keçiriləcək konfransda da onu elmi işinin təqdimatı (research presentation) planlaşdırılır.
Qalib Əzəmət oğlu Rüstəmov hazırda University of California, Riverside universitetində mühazirəçi (lecturer) kimi fəaliyyət göstərir və biznes analitikası, menecerial iqtisadiyyat, proqnozlaşdırma və karston kurslarını tədris edir. Bundan əlavə Claremont Graduate University və digər ali təhsil müəssisələrində də dərs demişdir. Onun tədris yanaşması nəzəri biliklərlə real dünya tətbiqlərini birləşdirərək tələbələrə həm analitik, həm də praktik bacarıqlar qazandırmağa yönəlib.
Peşəkar fəaliyyətində isə o, Southern California Edison şirkətində Data Science və Müştəri Analitikası üzrə məsləhətçi (Advisor) kimi çalışır. Burada böyük həcm li məlumatlar üzərində maşın öyrənməsi modelləri qurur, müştəri davranışını analiz edir və proqramların effektivliyini ölçmək üçün eksperimental dizaynlar tətbiq edir. Onun işi həm akademik tədqiqatı, həm də enerji sektorunda praktik qərarverməni birləşdirərək mühüm təsir yaradır.
Kökləri Qərbi Azərbaycanın Gorus elinə, tanınmış Filologiya elmləri doktoru, dosent Əzəmət Rüstəmlinin ocağına bağlı olan bir ailənin övladının ABŞ-da elm zirvələrini fəth etməsi sadəcə fərdi uğur deyil, milli intellektin qlobal təntənəsi dir.
Kaliforniya Universitetinin kürsülərindən tələbələrə mühazirə oxuyan Qalib Rüstəmov, dünya azərbaycanlılarının elmi potensialını ən yüksəək səviyyədə nümayiş etdirir. Dünya miqyaslı azərbaycanlı alimlərin cərgəsində addımlayan həmyerlimizin gələcək tədqiqatları, şübhəsi ki, iqtisadiyyat və data elmi sahəsində yeni töhfələr verməyə davam edəcəkdir.
Mənbə: Məlumatlar Qalib Rüstəmovun atası Əzəmət Murtuza oğlu Rüstəmovdan alınmışdır.
✍️Müəllif : Gorus Rayon İcmasının üzvü İnarə Şahsuvar qızı Musayeva