Sumqayıt Qadın Resurs Mərkəzi

Sumqayıt Qadın Resurs Mərkəzi Sumqayıt Qadın Resurs Mərkəzi 2022-ci ildə AQUPDK, BMTİP və USAID tərəfindən yaradılmışdır.

12/01/2025
26/12/2024
“Bu təlimlər mənə yalnız bacarıq deyil, həmçinin özgüvən verdi. Erkən yaşda ailə həyatı qurdum. Ailə həyatı qurduqdan so...
09/12/2024

“Bu təlimlər mənə yalnız bacarıq deyil, həmçinin özgüvən verdi. Erkən yaşda ailə həyatı qurdum. Ailə həyatı qurduqdan sonra ailəm tərəfindən təhsilimə və işləmək imkanlarına sərhədlər qoyuldu. Uzun müddət ərzində özümü yalnız övladlarıma həsr etdim. İçimdə isə işləmək və əl işlərimi yaratmaq arzusu vardı. Uzun müddət idi ki, özümü sanki sosial mühitdən təcrid olunmuş hiss edirdim.

Mərkəzin hətaya keçirtiyi 3 aylıq dərzilik təlimlərinə qoşuldum. Bu təlimlər zamanı həm öyrəndim həm də psixoloji olaraq özüməinam qazandım.

Dərzilik üzrə iş tapmağımda Mərkəz tərəfindən dəstək göstərilməsi məni çox sevindirdi. Mənim bacarığımı və bu işdən necə ilham aldığımı görən ailəm sərhədləri aradan qaldırıb, işləməyimə icazə verdi.

İndi isə həm işləyirəm həm də özümü inkişaf etdirirəm”

Dərzilik üzrə təlimlərimizi uğurla bitirən Şahanə Qurbanova (ad şərtidir) artıq dərzi köməkçisi olaraq fəaliyyət göstərməyə başlayıb.

Üzvlərimizin uğurları bizi çox sevindirir 🥰


📌 Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Kampaniya çərçivəsində Sumqayıt şəhər T.İsmayılov adına 29 nömrəli tam orta m...
05/12/2024

📌 Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Kampaniya çərçivəsində Sumqayıt şəhər T.İsmayılov adına 29 nömrəli tam orta məktəbdə tədbir keçirildi.

Tədbirin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərini gender əsaslı zorakılığı barədə məlumatlandırmaqdır.

Mərkəzin koordinatoru Günel Ələkbərova gender zorakılığının növləri, səbəbləri, müdafiə və onunla mübarizə mexanizmləri barədə şagirdlərə ətraflı məlumat verdi.

Əziz izləyicilər, Mərkəzimiz tərəfindən mütamadi olaraq maarifləndirici tədbir və təlimlər həyata keçirilir. Bu tədbirlər barədə məlumatlı olmaq üçün bizi izləməyə davam edin 🥰

“Salon işini öyrənmək və bu sahədə işləmək həmişə arzum olub. Mərkəzin sayəsində arzumu reallaşdıra bildiyim üçün  özümü...
28/11/2024

“Salon işini öyrənmək və bu sahədə işləmək həmişə arzum olub. Mərkəzin sayəsində arzumu reallaşdıra bildiyim üçün özümü xöşbəxt hiss edirəm”

Mərkəzimiz tərəfindən keçirilən “Gözəllik salonu işi” üzrə təlimlərimizi uğurla bitirən Aytən Məmmədova (ad şərtidir) artıq bu sahədə fəaliyyət göstərməyə başlayıb.

Aytən xanımı bu münasibətlə təbrik edir və ona işində uğurlar arzulayırıq!

Təlimlər məhsuldar və faydalı keçdiyi üçün biz də çox məmnunuq.


Saç kəsimlərini etmək  üçün nələri bilmək lazımdır?  Mərkəzimizin üzvləri bütün bu bilikləri 3 aylıq saç ustası dərsləri...
23/11/2024

Saç kəsimlərini etmək üçün nələri bilmək lazımdır?

Mərkəzimizin üzvləri bütün bu bilikləri 3 aylıq saç ustası dərslərində əldə edə bildilər.

Praktiki və nəzəri tərzdə keçirilən dərslər sayəsində üzvlərimiz müxtəlif növ saç kəsimləri və saç yığımlarını tətbiq etməyi bacarır.

Əziz izləyicilər, Mərkəzimizdə həyata keçirilən fəaliyyətlərdən yararlanmaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.

Əlaqə nömrəsi: 051 230 44 48
Ünvan: Sumqayıt şəhəri, 5-ci mkr, Gənclər Evi

Əziz izləyicilər,  ödənişsiz hüquqi və psixoloji xidmətlərimiz davam edir.Bu ay həyata keçirtdiyimiz səyyar səfərimiz H....
05/11/2024

Əziz izləyicilər, ödənişsiz hüquqi və psixoloji xidmətlərimiz davam edir.

Bu ay həyata keçirtdiyimiz səyyar səfərimiz H.Z.Tağıyev qəsəbəsində oldu.

Səfər zamanı qəsəbə sakinlərinə hüquqi və psixoloji xidmətlər göstərildi.

Qeyd edək ki, xidmətlər “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" (SABİY) layihəsi çərçivəsində təşkil olunur. Layihə BMTİP tərəfindən Böyük Britaniya Hökumətinin maliyyə dəstəyilə həyata keçirilir.

25/10/2024

Address

5-ci Mikr, Gənclər Evi
Sumgait
5004

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994512304448

Website

Alerts

Be the first to know and let us send you an email when Sumqayıt Qadın Resurs Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sumqayıt Qadın Resurs Mərkəzi:

Share