17/10/2025
16 oktyabr 2025-ci il tarixində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şabran rayon komitəsi, Şabran rayon Heydər Əliyev Mərkəzində “M.Ə.Rəsulzadə küçəsi 37” (Mədəniyyət şöbəsi) və “Zərifə Əliyeva küçəsi 1” (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) Ərazi Partiya Təşkilatlarının birgə təşkilatçılığı ilə "Müstəqilliyin Bərpası Günü"-nə həsr olunmuş tədbir kecirilib.
Tədbirdə Şabran rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Çıraqqala Şabran Dövlət Tarixi Mədəniyyət Qoruğunun kollektivləri iştirak etmişdir.
YAP Şabran rayon təşkilatı “M.Ə.Rəsulzadə küçəsi 37” (Mədəniyyət şöbəsi) Ərazi Partiya Təşkilatının sədri Təvəkgül Əliyev tədbiri açıq elan edərək mövzu ətrafında qonaqlara ətraflı məlumat vermiş və daha sonra çıxış edən natiqlər qeyd etmişlər ki, ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Azərbaycanı müstəqilliyə aparan yolda qəbul olunan ilk rəsmi sənəd 1991-ci il avqustun 30-na təsadüf edir ki, məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannamə qəbul olunmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edilməklə Azərbaycan yenidən müstəqilliyinə qovuşmuşdur.