18/06/2026
📢 Şəmkirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində Şəmkir Gənclər evi və Şəmkir rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “İnsan hüquqları: Hüquqlarımızı bilirikmi?” mövzusunda konfrans keçirilib.
📚 Tədbirin məqsədi gənclərin hüquqi biliklərinin artırılması, insan hüquq və azadlıqlarının təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.
🎤 Çıxışlarda insan hüquqlarının əhəmiyyəti, vətəndaşların hüquq və vəzifələri, eləcə də gənclərin təhsil, sağlamlıq və təhlükəsizlik hüquqları barədə məlumat verilib.
❓💬 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
👥 Konfransda 80 nəfər iştirak edib.