01/06/2026
ETİHİ Sabirabad rayon Komitəsinin təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
---
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Tədbirlər zamanı şagirdlərə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi və əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin uşaqlara xüsusi münasibətindən, onların gələcəyin qurucuları kimi yetişməsinə verdiyi önəmdən danışıblar. Həmçinin qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqların təhsilinin, sağlamlığının və sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atılır, onların hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılır.
Bayram tədbirləri şagirdlərin təqdim etdikləri maraqlı bədii proqramlarla davam edib. Onlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar səsləndirib, müxtəlif rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.