Qusar Qadın Resurs Mərkəzi

Qusar Qadın Resurs Mərkəzi Qusar QRM 2018-ci ildə BMTİP, AQUPDK və İsveçrə Əməkdaşlıq Ofisi tərəfindən yaradılıb.

11/01/2025
Dəyərli izləyicilərimiz!Qusar Qadın Resurs Mərkəzi adından sizi təbrik edirik. Sizə sevgi dolu anlar arzulayırıq. Bu yen...
31/12/2024

Dəyərli izləyicilərimiz!

Qusar Qadın Resurs Mərkəzi adından sizi təbrik edirik. Sizə sevgi dolu anlar arzulayırıq. Bu yeni il sizə xoş xatirələr, uğurlu başlanğıclar gətirsin.

Həmrəylik günümüz və Yeni ilimiz mübarək!
Qusar Qadın Resurs Mərkəzi

Dünənki təyyarə qəzasında Qusar Qadın Resurs Mərkəzinin 19 yaşlı üzvü Əlimirzəyeva Xədicənin olması bizi daha da çox üzd...
26/12/2024

Dünənki təyyarə qəzasında Qusar Qadın Resurs Mərkəzinin 19 yaşlı üzvü Əlimirzəyeva Xədicənin olması bizi daha da çox üzdü.

Gənc, arzularla yaşayan, ata-anası dünyasını dəyişdiyi üçün evin yükü çiyinlərində olan Xədicə xanım dünən qardaşı ilə birgə dünyasını dəyişdi.

Qusar Qadın Resurs Mərkəzi adından gənc üzvümüz Xədicə xanımın və bütün həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu faciəli hadisədən zərər çəkmiş bütün insanların tez bir zamanda tam sağalmalarını arzulayırıq.

Qeyd edək ki, Əlimirzəyeva Xədicə 2022-ci ildə “Sahibkarlığa və Məşğulluğa İqtisadi Dəstək” layihəsinin “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma dəstəyi” komponenti çərçivəsində həyata keçirilən “Dırnaq qaynağı” təliminin iştirakçısı olub. Mərkəzdə həyata keçirilən tədbirlərdə fəal iştirak edib.
Qusar Qadın Resurs Mərkəzi

Bu ilin sonuncu görüşünü Sahibkar qadınlarla keçirdik.Görüş zamanı qadınlara il boyu həyata keçirilən tədbir və təlimlər...
24/12/2024

Bu ilin sonuncu görüşünü Sahibkar qadınlarla keçirdik.

Görüş zamanı qadınlara il boyu həyata keçirilən tədbir və təlimlər, qarşıda duran vəzifə və öhdəliklər haqqında QRM koordinatoru Kamilə Nəcəfova tərəfindən geniş məlumat verildi.

Həmçinin Sahibkar qadınlar da öz növbələrində fəaliyyətləri və gələcəkdə həyata keçirmək istədikləri iş və planları haqqında açıqlama verdi.

Yeni fəaliyyətə başlayan qadınların uğur hekayələrini dinləmək isə tədbirin ən maraqlı hissəsi oldu.

Qeyd edək ki, Qusar Qadın Resurs Mərkəzinin 70 Sahibkarlıq fəaliyyəti ilə məşğul olan üzvü var. Və hər birinin qurduğu biznes həyat qapılarının açarıdır.

Sizin uğurunuz bizim uğurumuzdur əziz xanımlar!

Uğurlarınız hər zaman bol olsun. Yeni il sizə daha bol şans və müvəffəqiyyət gətirsin!
Qusar Qadın Resurs Mərkəzi

Bilirdinmi ki, 10 dekabr “Ümumdünya İnsan Hüquqları Günü”dür?Bu günün keçirilməsində əsas məqsəd diqqəti hər bir insanın...
10/12/2024

Bilirdinmi ki, 10 dekabr “Ümumdünya İnsan Hüquqları Günü”dür?

Bu günün keçirilməsində əsas məqsəd diqqəti hər bir insanın onun malik olduğu irqdən, cinsdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin edilmiş insan hüquqlarına malik olmasına yönəltməkdir.

Qeyd etmək yerinə düşər ki, Qusar Qadın Resurs Mərkəzi bu günə kimi müxtəlif layihələr çərçivəsində 599 insana ödənişsiz hüquqi dəstək göstərmişdir.

Ailələrə problemlərin həll olunmasında, maarifləndirilməsində göstərdiyimiz peşəkar dəstək bizi qürurlandırır.

Diqqət!
Təkcə Qusar deyil, Xaçmaz, Quba rayon sakinlərinə də hüquqi dəstəyin göstərilməsi üçün əlimizdən gələni etməyə hazırıq. Yetər ki, bizə müraciət edin.
Qusar Qadın Resurs Mərkəzi

“Mən Vəlibəyova Ritayam. 3 uşaq anasıyam və bu uşaqları tək böyüdürəm.Hər zaman dərzi xanımlara həsəd aparmışam. Eşidənd...
03/12/2024

“Mən Vəlibəyova Ritayam. 3 uşaq anasıyam və bu uşaqları tək böyüdürəm.

Hər zaman dərzi xanımlara həsəd aparmışam. Eşidəndə ki, Qusar Qadın Resurs Mərkəzində təlimlər keçirilir, o an gedib müraciət etdim. Nə yaxşı ki, də müraciət etdim. Təlimlərə qoşulub qalib gəldim. Lazımi avadanlıqla təmin olunub, özümə kirayə yer götürərək fəaliyyətə başladım.

Bu sənəti çox sevirəm. Sənətimə bağlıyam. Müştərilərin geyimlərini sevə-sevə tikirəm. İşimdə yeniliklər etməyə həvəsli olduğum üçün daim axtarışdayam.

Gələcəkdə bu sənətin xırdalıqlarını gənc qızlara öyrətmək arzusundayam” – deyən Rita xanıma bol-bol uğur arzu edirik.
Qusar Qadın Resurs Mərkəzi

Qusar Qadın Resurs Mərkəzinin üzvləri “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəal...
26/11/2024

Qusar Qadın Resurs Mərkəzinin üzvləri “Qadınlara və Qızlara Qarşı Gender əsaslı Zorakılıqla Mübarizə üzrə 16 Günlük Fəallıq Kampaniyası” ilə bağlı maarifləndirmə tədbirinin iştirakçısı olub.

Tədbir iştirakçıları ilə gender əsaslı zorakılıq haqqında danışılıb, cəmiyyətdə mövcud gender stereotiplərinin aradan qaldırılması ilə bağlı müzakirələr aparılıb.

Həyata keçirilən tədbirin əsas məqsədi məişətzorakılığı haqqında məlumatlandırma, zorakılığın doğurduğu mənfi nəticələrin müzakirə olunması və qurbanların müdafiəsinə dair mövcud müdafiə mexanizmləri haqqında məlumatlılığın artırılmasına töhfə vermək idi.

Tədbirdə Qusar Qadın Resurs Mərkəzinin üzvləri ilə bərabər, rayonun müxtəlif müəssisələrində fəaliyyət göstərən qadınlarda müzakirələrdə fəal iştirak edərək zorakılıq hallarının qarşısının alınması istiqamətində fikirlərini bildiriblər.
Qusar Qadın Resurs Mərkəzi

Səhifəmizin dəyərli izləyiciləri!25 noyabr 2024-cü il tarixindən etibarən  Mərkəzimizdə 25 noyabr -10 dekabr - tarixləri...
25/11/2024

Səhifəmizin dəyərli izləyiciləri!

25 noyabr 2024-cü il tarixindən etibarən Mərkəzimizdə 25 noyabr -10 dekabr - tarixlərini əhatə edəcək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start veririk. Kampaniyaya qoşularaq bizə dəstək olmaq istəyən hər bir kəs üçün Mərkəzimizin qapısı açıqdır.

Təcrübə və fikirlərinizi bizimlə paylaşın ki, Zorakılığa birlikdə yox deyək.
Qusar Qadın Resurs Mərkəzi

Mərkəzimizin dərzilik fəaliyyəti ilə məşğul olan xanımlarının sayı günü-gündən artmaqdadır.Bu bacarıqlı xanımlardan biri...
22/11/2024

Mərkəzimizin dərzilik fəaliyyəti ilə məşğul olan xanımlarının sayı günü-gündən artmaqdadır.

Bu bacarıqlı xanımlardan biri də Qusar şəhər sakini Rəna xanımdır.

Əvvəllər dərzilik fəaliyyəti ilə məşğul olan, lakin müəyyən səbəblər üzündən fəaliyyətini dayandıran Rəna xanıma dəstək olduq.

Mərkəzimizə üzv olaraq təlimlərə qatılan və uğurlu biznes plan yazaraq qalib gələn Rəna xanım yenidən dərzilik fəaliyyətinə başlayıb.

“Çox sevinirəm ki, yenidən sevdiyim peşəmə qayıtdım”-deyən Rəna xanıma fəaliyyətində bol-bol uğur və şans arzu edirik.
Qusar Qadın Resurs Mərkəzi

Mən Orduxanova Emma Əlisman qızı 1989 – cu  il təvəllüdlüyəm. Ailəliyəm və iki övladım var. İşsiz olduğum üçün Qusar Qad...
15/11/2024

Mən Orduxanova Emma Əlisman qızı 1989 – cu il təvəllüdlüyəm. Ailəliyəm və iki övladım var.

İşsiz olduğum üçün Qusar Qadın Resurs Mərkəzinə müraciət etmişəm. Qeyd edim ki, Mərkəzlə tanış olana kimi heç bir yerdə işləmirdim. Anamın mənə verdiyi köhnə tikiş maşını ilə kənd camaatı üçün müxtəlif geyimlər tikirdim. Kəndimizdə məndən başqa dərzi yoxdur.

Hal – hazırda Qusar Qadın Resurs Mərkəzindən mənə verilən dərzilik avadanlıqları ilə öz evimdə fəaliyyət göstərirəm.
Yeni avadanlıqla həm işim asanlaşıb, həm də müştərilərimin sayı artıb.

Gələcəkdə fəaliyyətimi genişləndirməyi düşünürəm. Rayonun özündə dərzi sexi açmağı planlaşdırıram. Tanınmış dərzi olmaq ən böyük arzumdur.” – deyən Emma xanıma inanırıq və bu yolda ona Mərkəzimiz adından bol-bol uğur arzu edirik.
Qusar Qadın Resurs Mərkəzi

Hər zaman biznesinin inkişafı üçün çalışan, yeniliklərə açıq olan Maisə xanım “Yumşaq mebellərin yuyulub qurudulması” fə...
08/11/2024

Hər zaman biznesinin inkişafı üçün çalışan, yeniliklərə açıq olan Maisə xanım “Yumşaq mebellərin yuyulub qurudulması” fəaliyyəti ilə bərabər, qış geyimlərinin yuyulub təmizlənməsi ilə də məşğuldur.

Dəyərli izləyicilərimiz!

Əgər siz yumşaq mebellərin, xalçaların, maşın oturacaqlarının və həmçinin qış geyimlərinizin yerindəcə yuyulub qurudulmasını istəyirsinizsə Maisə xanıma (070-893-95-24) müraciət edə bilərsiniz.

İlk addımlarına dəstək olduğumuz Maisə xanıma Qusar Qadın Resurs Mərkəzi adından bol-bol uğur arzu edirik.
Qusar Qadın Resurs Mərkəzi

Address

Qusar şəhəri M. Vəliyev Küçəsi
Qusar

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Qusar Qadın Resurs Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share