Tovuz Gənclər Evi

Tovuz Gənclər Evi "Tovuz Gənclər Evi"ndə gənclərin asudə vaxtalarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır.

📘 Tovuzda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilibİyunun 9-da Tovuz şəhəri A.Puşkin adına ...
09/06/2026

📘 Tovuzda “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

İyunun 9-da Tovuz şəhəri A.Puşkin adına tam orta məktəbdə Tovuz rayonu üzrə gənclər və idman sektoru, Tovuz rayonu üzrə təhsil sektoru və “Tovuz Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları: Hüquqlarımızı bilirikmi?” mövzusunda konfrans keçirilib.
🎯Tədbirin məqsədi insan hüquq və azadlıqlarının təbliği, şagirdlərin hüquqi biliklərinin artırılması və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.
🕯️Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
❇️ Çıxışlarda insan hüquqlarının cəmiyyətdəki rolu, vətəndaşların hüquq və vəzifələri, həmçinin uşaqların təhsil, sağlamlıq və təhlükəsizlik hüquqları barədə məlumat verilib.
❓Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
✅ Konfransda 147 nəfər iştirak edib.

✅ Tovuzda “Bəşəriyyətin bəlası olan narkomaniyaya YOX deyək!”mövzusunda konfrans keçirilib.🔹 İyunun 5-də Tovuz şəhəri E....
06/06/2026

✅ Tovuzda “Bəşəriyyətin bəlası olan narkomaniyaya YOX deyək!”mövzusunda konfrans keçirilib.

🔹 İyunun 5-də Tovuz şəhəri E.Məmmədov adına tam orta ümumtəhsil məktəbində Tovuz rayonu üzrə gənclər və idman sektorunun, Tovuz rayonu üzrə təhsil sektorunun, Tovuz Rayon Polis Şöbəsinin, Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və “Tovuz Gənclər evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Bəşəriyyətin bəlası olan narkomaniyaya YOX deyək!” mövzusunda konfrans keçirilib.
🕯️Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
🎯 Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, gənclərin təhsilə, elmə, idmana olan marağının artırılmasıdır.
🎙️ Çıxış edən natiqlər narkomaniyanın insan sağlamlığına, psixoloji durumuna və sosial həyatına vurduğu ciddi zərərlərdən və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizə tədbirlərindən danışıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə 54 nəfər iştirak edib.

📱 Texnoloji asılılıqlara qarşı maarifləndirici təlim keçirilibAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin t...
05/06/2026

📱 Texnoloji asılılıqlara qarşı maarifləndirici təlim keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə həyata keçirilən “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nda iştirak edən Tovuz Gənclər Evi nin psixoloqu Nigar Rüstəmova tərəfindən,əldə etdiyi bilik və təcrübələri gənclərlə bölüşmək məqsədilə maarifləndirici təlim təşkil edilib.
✅Bu çərçivədə 05.06.2026-cı il tarixdə Tovuz Gənclər evində “Texnoloji asılılıqlar” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara texnologiyadan düzgün istifadə, sosial şəbəkə və oyun asılılığının yaratdığı risklər, asılılığın qarşısının alınması yolları, eləcə də sağlam və balanslı həyat tərzinin əhəmiyyəti barədə məlumat verilib. Gənclərin maarifləndirilməsi və sağlam inkişafının dəstəklənməsi istiqamətində keçirilən bu cür tədbirlər gələcəkdə də davam etdiriləcək.

Maarifləndirmə

05/06/2026

2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.

Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.

🇦🇿Yaşasın Azərbaycan!

05/06/2026
Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-də təntənəli Məzun Günü tədbiri keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının...
03/06/2026

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-də təntənəli Məzun Günü tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Açılış nitqi ilə çıxış edən kollecin direktoru Nigar Səfxanova məzunları bu əlamətdar gün münasibətilə təbrik etmiş, onlara gələcək həyat və fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra Yeni Azərbaycan Partiyası Tovuz Rayon Təşkilatının sədri Nihad Pənahov, Tovuz Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Rauf Rüstəmov və digər qonaqlar çıxış edərək məzunlara xoş arzularını çatdırmış, onların gələcək təhsil və peşə fəaliyyətlərində nailiyyətlər qazanacaqlarına əminliklərini ifadə etmişlər.
Tovuz Gənclər Evi nin məzun olan könüllülərinin Gənclər evində fəaliyyətləri xüsusilə vurğulandı və uğurlar arzulandi.
Tədbirdə həmçinin məzun tələbələrin təəssüratları dinlənilmiş, onların kollecdə keçirdikləri illərlə bağlı xatirələri bölüşülmüşdür.
Sonda tədbir musiqi və rəqs nömrələri ilə davam etmiş, məzunların sevinc və coşqusu unudulmaz anlarla müşayiət olunmuşdur.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, ...
28/05/2026

Mayın 22–25-də Bakı şəhərində, “Arena Plaza”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Türkiyə Yeşilay Cəmiyyətinin tərəfdaşlığı ilə “Asılılıqlara qarşı mübarizə: tətbiqedici təlim proqramı”nın I mərhələsi keçirilib.

Təlim proqramında Gənclər Evləri sosial xidmət müəssisələrinin psixoloqları və gənclərlə iş sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Proqram çərçivəsində Türkiyə Yeşilay Cəmiyyətinin mütəxəssisləri tərəfindən “A” və “B” qruplarına bölünən iştirakçılar üçün ümumilikdə 19 saatlıq təlim təşkil olunub. Təlimlərdə “Sağlam həyat və önləyici tədbirlərə yanaşmalar”, “TBM (Türkiyə Asılılıqlarla Mübarizə) təhsil tətbiqi nümunəsi”, “Asılılıqlara qarşı mübarizənin nəzəri və praktik aspektləri”, “Tütün asılılığı”, “Texnologiya asılılığı”, “Maddə asılılığı”, “Qumar asılılığı”, “Təqdimat texnikaları və interaktiv təlim metodları” mövzuları əhatə edilib.

Təlim proqramının sonunda iştirakçıların əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə imtahan keçirilib. İmtahanda bütün iştirakçılar yüksək nəticə göstəriblər.

Mayın 25-də Bakı Gənclər Mərkəzində təşkil olunan bağlanış mərasimində iştirakçılara Gənclər və İdman Nazirliyi və Türkiyə Yeşilay Cəmiyyəti tərəfindən sertifikatlar təqdim edilib.

Təlim proqramında Ağstafa Gənclər evinin psixoloqu Nigar Rüstəmova da iştirak edib.

27/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Address

TOVUZ
Qovlar
AZ6035

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 06:00

Telephone

+994502995799

Alerts

Be the first to know and let us send you an email when Tovuz Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tovuz Gənclər Evi:

Share