Qaradağ Gənclər Evi

Qaradağ Gənclər Evi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qaradağ Gənclər Evi, Youth Organization, Qaradağ rayonu, Sahil qəsəbəsi, M. Seyidov küçəsi 32K, Qaradag.

Əməkdaşımız Aysel Yusifova “Xoş Sabah” verilişində qonaq qismində iştirak edib. Veriliş zamanı ona əl işləri, yaradıcılı...
22/06/2026

Əməkdaşımız Aysel Yusifova “Xoş Sabah” verilişində qonaq qismində iştirak edib. Veriliş zamanı ona əl işləri, yaradıcılıq fəaliyyətinə başlama səbəbləri və bu sahədə keçdiyi yol haqqında suallar ünvanlanıb.

Aysel Yusifova yaradıcılıq yoluna necə gəldiyindən, sənətə olan marağından və əldə etdiyi təcrübələrdən bəhs edib. Eyni zamanda, yeni fəaliyyətə başlayan rəssam və dizaynerlərə öz tövsiyələrini verərək, uğur qazanmaq üçün davamlı inkişafın, səbrin və yaradıcılığın vacibliyini vurğulayıb.

Veriliş zamanı onun hazırladığı əl işləri və moda eskizləri tamaşaçılara təqdim olunub, əsərlərinin ərsəyə gəlmə prosesi və ilham mənbələri haqqında maraqlı məlumatlar paylaşılıb.

Ayşən Cavadova ilə yoga təlimimizi uğurla başa vurduq!Dərs boyunca həm bədənimizi hərəkət etdirdik, həm də zehni rahatla...
22/06/2026

Ayşən Cavadova ilə yoga təlimimizi uğurla başa vurduq!

Dərs boyunca həm bədənimizi hərəkət etdirdik, həm də zehni rahatlama imkanı əldə etdik. İştirak edən bütün gənclərə təşəkkür edirik.

Yoga bizə balansı, səbirli olmağı və daxili rahatlığı qorumağı öyrədir. Ümid edirik ki, bugünkü təlim hər bir iştirakçı üçün faydalı və xoş keçdi.

Növbəti görüşlərdə yenidən bir araya gəlmək ümidi ilə!

Bu gün Qaradağ Gənclər evində “Qayğını anla, özünü kəşf et” mövzusunda psixoloji seans keçirildi.Seans zamanı gənclərimi...
22/06/2026

Bu gün Qaradağ Gənclər evində “Qayğını anla, özünü kəşf et” mövzusunda psixoloji seans keçirildi.

Seans zamanı gənclərimiz qayğının səbəbləri, onun gündəlik həyata təsiri və emosiyaların idarə olunması haqqında məlumat əldə etdilər. Eyni zamanda, özünü daha yaxşı tanımaq, daxili resursları kəşf etmək və psixoloji rifahı gücləndirmək istiqamətində faydalı müzakirələr aparıldı.

Gənclər, 22.06.2026-cı il tarixində Qaradağ Gənclər evində yoga dərsi baş tutacaq. 🤩Dərs peşəkar təlimçi Ayşən Cavadova ...
21/06/2026

Gənclər, 22.06.2026-cı il tarixində Qaradağ Gənclər evində yoga dərsi baş tutacaq. 🤩

Dərs peşəkar təlimçi Ayşən Cavadova tərəfindən aparılacaq.

Bu görüş:
🔹Fiziki aktivliyinizi artırmaq,
🔹Gündəlik yorğunluq və stressdən uzaqlaşmaq üçün əla fürsət olacaq.

📍 Məkan: Qaradağ Gənclər evi
🕛 Saat: 12:00
🧘 Təlimçi: Ayşən Cavadova
📲 Qeydiyyat və ətraflı məlumat üçün: +994 55 530 89 80 nömrəsinim WhatsApp bölməsinə yaza bilərsiniz.

✅ Qeyd: Rahat geyimdə gəlməyiniz tövsiyə olunur.

GƏNCLƏR📢Qaradağ Gənclər evinin həftəlik fəaliyyət planı ilə tanış olun! 📝Vaxtınızı səmərəli keçirmək, yeni biliklər əldə...
21/06/2026

GƏNCLƏR📢

Qaradağ Gənclər evinin həftəlik fəaliyyət planı ilə tanış olun! 📝
Vaxtınızı səmərəli keçirmək, yeni biliklər əldə etmək və yeni dostlar qazanmaq istəyirsinizsə, mərkəzimizə yaxınlaşaraq qeydiyyatdan keçin və bizə qoşulun. 🤩

Sizi nələr gözləyir?

🔸 Maraqlı təlimlər;
🔸 Əyləncəli oyunlar;
🔸 Yaradıcı master-klasslar;
🔸 Film gecələri;
🔸 Debatlar və intellektual yarışlar.

Hər kəsi Qaradağ Gənclər evində gözləyirik! 🤗

📍Ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küç., 32K
☎️ Telefon: (012) 565 89 80
📞 Mobil: (055) 530 89 80

Gəl, iştirak et, inkişaf et!

Qaradağ rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında “İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir ke...
17/06/2026

Qaradağ rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialında “İnsan Hüquqları Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qaradağ Gənclər evinin əməkdaşları da iştirak etdilər.

Tədbir çərçivəsində insan hüquqlarının qorunması, bərabərlik prinsipləri, eləcə də hüquq və azadlıqların təşviqi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məlumat verildi.

Çıxış zamanı Qaradağ Gənclər evinin əməkdaşı Səbinə Qasımova Konstitusiyanın gənclər tərəfindən erkən yaşlardan öyrənilməsinin vacibliyini vurğuladı. O qeyd etdi ki, Konstitusiyanın bilinməsi hər bir şəxsin öz hüquqlarını daha yaxşı dərk etməsinə və qanunlara uyğun davranmasına şərait yaradır.

17/06/2026

🎥 Qaradağ Gənclər evində ictimai blogger Nail Kəmərli ilə keçirilən “Sağlam Gənclik, Sağlam Cəmiyyət” adlı maarifləndirici görüşdən hazırlanmış video reeli sizə təqdim edirik.

Görüşdə sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları və gənclərin cəmiyyətin inkişafındakı rolu ətrafında səmərəli müzakirələr aparılıb.

Qaradağ Gənclər evində ictimai blogger Nail Kəmərli (Nail Babayev) ilə “Sağlam Gənclik, Sağlam Cəmiyyət” adlı maariflənd...
16/06/2026

Qaradağ Gənclər evində ictimai blogger Nail Kəmərli (Nail Babayev) ilə “Sağlam Gənclik, Sağlam Cəmiyyət” adlı maarifləndirici görüş keçirildi.

Görüş zamanı gənclərlə sağlam həyat tərzinin əhəmiyyəti, zərərli vərdişlərin yaratdığı risklər, narkomaniyanın fərdi və ictimai təsirləri, eləcə də gənclərin sağlam və fəal həyat tərzi seçiminin cəmiyyətin inkişafındakı rolu barədə müzakirələr aparıldı.

İnteraktiv formatda keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırıldı, mövzu ətrafında fikir mübadiləsi aparıldı və gənclərə faydalı tövsiyələr verildi.

Qaradağ Gənclər evinin könüllüləri Süleymanzadə Göyçək və Babazadə Atilla İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İ...
16/06/2026

Qaradağ Gənclər evinin könüllüləri Süleymanzadə Göyçək və Babazadə Atilla İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında iştirak ediblər.

Tədbir çərçivəsində gənclər beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf mövzularında faydalı təcrübə qazanıblar.

15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən möhtəşəm bayram konsertində Qaradağ Gənclər evi kollektivi olaraq işt...
16/06/2026

15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən möhtəşəm bayram konsertində Qaradağ Gənclər evi kollektivi olaraq iştirak etdik. 🤩

Musiqi dolu anlar, bayram əhval-ruhiyyəsi və vətən sevgisinin hiss olunduğu bu konsert gənclər üçün unudulmaz xatirələrlə yadda qaldı.

Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿

Address

Qaradağ Rayonu, Sahil Qəsəbəsi, M. Seyidov Küçəsi 32K
Qaradag

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125658980

Website

Alerts

Be the first to know and let us send you an email when Qaradağ Gənclər Evi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Qaradağ Gənclər Evi:

Share