16/04/2026
Qəbələ regional “ASAN xidmət” mərkəzində 21 aprel – Ümumdünya Yaradıcılıq və İnnovasiya Günü münasibətilə İntellektual İnkişaf Naminə İctimai Birliyinin əməkdaşı Ayaz Məmmədov tərəfindən müxtəlif innovativ qurğu və ixtiraların təqdimatı keçirilib.
Təqdimat zamanı əməkdaşlar və könüllülər nümayiş olunan layihələrlə yaxından tanış olub, onları maraqlandıran suallara ətraflı cavablar əldə ediblər. Eyni zamanda texnika və texnologiya sahəsindəki son yeniliklər, eləcə də ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərin gələcək planları barədə məlumat verilib.
Bu cür təşəbbüslər gənclərin innovativ düşüncəsinin inkişafına töhfə verməklə yanaşı, yaradıcılıq mühitinin genişlənməsinə dəstək olur