LB Academy

LB Academy “Legal Beacon Academy”nin Rəsmi Facebook hesabı

11/12/2024
📍Dəyərli dostlar🤩🥳‼️🔸“TechLaw.az” texnoloji hüquq platforması, "LB Academy" (“The Legal Beacon”) hüquqi təhsil klubu və ...
11/12/2024

📍Dəyərli dostlar🤩🥳‼️

🔸“TechLaw.az” texnoloji hüquq platforması, "LB Academy" (“The Legal Beacon”) hüquqi təhsil klubu və Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyasının (FELAS) birgə təşkilatçılığı ilə Azərbaycanda blokçeyn sistemlərinin tətbiqi və tənzimlənməsi ilə bağlı hüquqi məsələlər ətrafında aparılacaq ilk onlayn müzakirəmiz üzrə qeydiyyatı açıq elan edirik.

🔹"Yeni texnologiyalar və hüquq: blokçeyn sistemləri ilə tanışlıq" mövzusunda nəzərdə tutulan panel müzakirəsi onlayn şəkildə 22 dekabr 2024-cü il tarixində saat 11:00-da baş tutacaq.

🔹Azərbaycanda blokçeynin hüquqi aspektləri ilə bağlı panel müzakirədə "SME Law" hüquq firmasının idarəedici partnyoru, "TechLaw.az" platformasının həmtəsisçisi və baş direktoru Ruslan Muxtarov, Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi, "LB Academy" klubunun həmtəsisçisi Əli Qədimov, Naxçıvan Dövlət Universitetinin Ümumi hüquq kafedrasının müəllimi, "LB Academy" klubunun həmtəsisçisi Yunis Xəlilov və Azərbaycan Respublikası Mərkəzi Bankının Maliyyə bazarlarının hüquqi təminatı departamentinin şöbə rəisi Mehdi Mehdizadə iştirak edəcəkdir.

🔸Nəzərinizə çatdırmaq istərdik ki, bu tip müzakirələrin təşkil edilməsində əsas məqsədimiz sürətli texnoloji inkişaf mühitində müasir texnologiyaların hüquqi tənzimlənməsi, eləcə də hüququn tətbiqi məsələlərinin həlli ilə bağlı fikirlərin öyrənilməsindən və ölkənin hüquq ictimaiyyəti ilə bölüşülməsindən ibarətdir.

🔹Layihədə iştirak etmək üçün aşağıdakı linkdən keçid edərək formu doldura bilərsiniz: https://docs.google.com/forms/d/e/1FAIpQLSfmWYo2aTxkCAonRCkkM092qdy7qgsseWzClE-34_uzl9LqGg/viewform

📍Dünyaca məşhur Nyu York Universitetinin psixologiya və nevrologiya üzrə professoru, "Geometric lntelligence" şirkətinin...
02/12/2024

📍Dünyaca məşhur Nyu York Universitetinin psixologiya və nevrologiya üzrə professoru, "Geometric lntelligence" şirkətinin qurucusu, həmçinin süni intellekt araşdırmaçısı💡 olan Gray Fred Marcus deyir: "Süni intellekt🤖 potensial olaraq insanlara kömək etmək üçün möhtəşəm bir vasitədir, lakin onun inkişafında şəffaflıq və ədalətə⚖️ riayət olunmalıdır".

📍Dünyaca məşhur    Universitetinin biokimya professoru, amerikan yazıçı     deyir: “Süni intellekt bizim ən yaxşı dostum...
29/11/2024

📍Dünyaca məşhur Universitetinin biokimya professoru, amerikan yazıçı deyir: “Süni intellekt bizim ən yaxşı dostumuz da ola bilər, ən p*s düşmənimiz də. Əsas məsələ onu necə istifadə etməyimizdir".

18/11/2024

📍8 Noyabr- Zəfər Günü münasibətilə LB Academy tərəfindən🤩 Ağbulaq İstirahət Mərkəzində "Hüquq Kampı⚖️" təşkil olunmuşdur.

🔷Kampın açılış mərasimində Vətən müharibəsində öz canlarından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, ardınca LB Academy'nin təsisçiləri Əli Qədimov və Yunis Xəlilov "Hüquq Kampı" ilə bağlı məlumat vermişdirlər.

🔶Kamp çərçivəsində iştirakçılar təlimlər, debatlar və diskussiyalarda iştirak edərək yeni biliklər əldə etmiş, asudə vaxtlarını səmərəli istifadə etmişdirlər.


16/11/2024
📍Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının əsas, ən ali və birbaşa hüquqi qüvvəyə malik qanun...
11/11/2024

📍Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının əsas, ən ali və birbaşa hüquqi qüvvəyə malik qanunudur. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşmüşdü. Belə ki, Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdi. Bundan əlavə 1937 və 1978-ci illərdə SSRİ Konstitusiyası əsasında Azərbaycan SSR-in II və III konstitusiyası qəbul olunmuşdu. Lakin, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuş, noyabrın 27-dən isə qüvvəyə minmişdir.

09/11/2024

08/11/2024

06/11/2024

📍3 noyabr tarixində LB Academy tərəfindən “Legal Conventus” platforması çərçivəsində “Hüquqi perspektivdə süni intellekt: Parlament simuliyasiyası” adlı növbəti tədbir keçirilmişdir.

📌Tədbirdə və hüquq məktəblərini təmsil edən fraksiyalar çıxış edərək fraksiyalarının süni intellektlə bağlı hüquqi tənzimlənmələrə qarşı münasibətlərini bildirmiş, fikirlərini bölüşmüşdürlər.

📍Dünyaca məşhur   Universitetinin Rəqəmsal Etika Mərkəzinin direktoru,   Unuversitetinin   departamentinin Mədəniyyət və...
01/11/2024

📍Dünyaca məşhur Universitetinin Rəqəmsal Etika Mərkəzinin direktoru, Unuversitetinin departamentinin Mədəniyyət və Kommunikasiya Sosiologiyası professoru olan italiyan filosof : “Süni intellekt insanlıq tarixində informasiya və biliyin mənbəyi haqqında ən dərin fəlsəfi sualları ortaya çıxarır. Süni intellekt bizə özümüzü yenidən anlamağa, mənəvi və etik çərçivələrimizi yenidən müəyyən qurmağa kömək edir.”

📍8 noyabr-  günü münasibətilə LB Academy🏛️ tərəfindən hüquqşünaslar və hüquqşünas tələbələr üçün Naxçıvanda   İstirahət ...
28/10/2024

📍8 noyabr- günü münasibətilə LB Academy🏛️ tərəfindən hüquqşünaslar və hüquqşünas tələbələr üçün Naxçıvanda İstirahət Mərkəzində “ ⛺️”təşkil olunacaqdır🤩🥳‼️

📅 Saat: 08:00 - 17:00

—-——————————————
📌Hüquq Kampının Proqramı:

🕘08:00-09:00- Gediş saatı
🕙09:00-10:00-Legal Training saatı
Təlimin mövzusu: “Liberalizm və sosializm: İnsan hüquqları və sosial ədalət”
🕛10:00-11:30- Legal Conventus saatı
🕜12:00-13:00- Nahar və çay fasiləsi
🕝13:00-15:30- Oyun saatı
Oyunun adı: “Mafia”
🕟16:00-17:00- Qayıdış saatı
————————————————
🔸Niyə Hüquq Kampında iştirak etməli ?
- Hüququ daha əyləncəli öyrənmək
- ⁠Yeni biliklər əldə etmək
- ⁠Təlim paketindən yararlanmaq
- ⁠Yeni dostluqlar qazanmaq
- ⁠Sosiallaşmaq
————————————————
🔹Hüquq kampına daxil DEYİLDİR:
- Kanat turu
- ⁠Buzda konki
- ⁠Proqramda nəzərdə tutulmamış digər fəaliyyətlər

Sən də qatıl, hüququn müasir yanaşmalarını kəşf et‼️

Qeyd: Kamp yalnız hüquqşünaslara və hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Address

Naxçıvan şəhəri, M. Ə. Sabir Küçəsi
Nakhchivan
AZ7000

Alerts

Be the first to know and let us send you an email when LB Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share