Estafet Gənclərin İctimai Birliyi

Estafet Gənclərin İctimai Birliyi İctimai Birlik Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib.Forumda təmsil olunan "Esta...
25/11/2025

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu Naxçıvanda davam edib.

Forumda təmsil olunan "Estafet" Gənclərin İctimai Birliyinin nümayəndəsi Abutalıb Ağa Kəngərli "Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının təsis konfransı"nda iştirak edib.

"Estafet" Gənclərin İctimai Birliyinə yeni sədr seçilib.Birliyin 15 sentyabr tarixində keçirilən Ümumi Yığıncağında Əziz...
22/09/2025

"Estafet" Gənclərin İctimai Birliyinə yeni sədr seçilib.

Birliyin 15 sentyabr tarixində keçirilən Ümumi Yığıncağında Əziz İbrahimli birliyin yeni sədri seçilmişdir.

Əziz İbrahimliyə uğurlar arzulayır və birliyin inkişafı üçün atacağı addımlarda müvəffəqiyyətlər diləyirik.

2026-cı il qrant müsabiqələrinə dair infosessiyalara başlanılıb2025-ci il sentyabrın 17-də Bakı Konqres Mərkəzində QHT-l...
17/09/2025

2026-cı il qrant müsabiqələrinə dair infosessiyalara başlanılıb

2025-ci il sentyabrın 17-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya keçirilib.
Toplantıya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun müdafiəsi, ərazi bütövlüyünün və dövlət suverenliyinin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
200-ə yaxın QHT-dən təmsilçilərin qatıldığı görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli və digər məsul şəxslər iştirak edib.
İnfosessiyada qrant müsabiqələrinə dair suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.
İnfosessiya sabah QHT-lərin növbəti hissəsi ilə davam edəcək.

“İntellekt dalğası regionlarda” layihəsinin uğurla həyata keçirilməsində əvəzsiz rolu olan Gənc Könüllülərimizə xüsusi t...
09/08/2025

“İntellekt dalğası regionlarda” layihəsinin uğurla həyata keçirilməsində əvəzsiz rolu olan Gənc Könüllülərimizə xüsusi təşəkkürnamələr təqdim etdik! 💙

Onlar yalnız tədbirlərə dəstək olmadılar – öz enerjiləri, gülərüz xidmətləri ilə hər bir məkanı canlandırdılar.✨

“İntellekt dalğası regionlarda” layihəsi başa çatıb.9 avqust tarixdə Naxçıvan şəhərindəki “Saat meydanı” istirahət mərkə...
09/08/2025

“İntellekt dalğası regionlarda” layihəsi başa çatıb.

9 avqust tarixdə Naxçıvan şəhərindəki “Saat meydanı” istirahət mərkəzində “İntellekt Çempionatı”nın böyük finalı keçirilib və “İntellekt dalğası regionlarda” layihəsinə yekun vurulub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin sədri Ülkər Bayramovanın çıxışları dinlənilib.

Sonra region birinciləri olan 7 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın böyük finalı keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumidünyagörüşünü əhatə edən 36 sual səsləndirilib.

Yarışın nəticələrinə əsasən 1-ci yeri Şahbuz rayonunu təmsil edən "Xarıbülbül" komandası, 2-ci yeri Ordubad rayonunu təmsil edən "Turan" komandası, 3-cü yeri isə Babək rayonunu təmsil edən "Ulduz" komandası tutub. Qaliblərə diplom, kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Sonda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində sonuncu yarış Şahbuz rayonu...
29/07/2025

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində sonuncu yarış Şahbuz rayonunda baş tutub.

29 iyul tarixdə Şahbuz Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Şahbuz rayon seçimi təşkil olunub.
İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihənin əhəmiyyətindən danışıb, iştirak edən komandalara yarışda uğurlar arzu edib.

Sonra 6 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Şahbuz rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Xarıbülbül” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Babək rayonun...
25/07/2025

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Babək rayonunda baş tutub.

25 iyul tarixdə Babək Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Babək rayon seçimi təşkil olunub.

İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihənin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu cür layihələr yalnız fərdi bilik və bacarıqların təkmilləşdirilməsinə deyil, həm də gənclər arasında dostluq, əməkdaşlıq və komanda ruhunun gücləndirilməsinə xidmət edir.

Sonra 9 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Babək rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Ulduz” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Ordubad rayon...
22/07/2025

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Ordubad rayonunda baş tutub.

22 iyul tarixdə Ordubad şəhərində “İntellekt Çempionatı”nın Ordubad rayon seçimi təşkil olunub.

İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək bu cür layihələrin əhəmiyyətinə toxunub, yarışda iştirak edən gənclərə uğurlar arzu edib.

Sonra 9 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Ordubad rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Turan” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Culfa rayonun...
17/07/2025

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Culfa rayonunda baş tutub.

16 iyul tarixdə Culfa Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Culfa rayon seçimi təşkil olunub.

İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb, iştirakçı komandalara uğurlar arzu edib.

Sonra 5 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Culfa rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Şəfalı cavablar” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

“İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış   rayonunda baş tutub.11 iyul tarixdə Kəngərli Rayon...
12/07/2025

“İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış rayonunda baş tutub.

11 iyul tarixdə Kəngərli Rayon Şahmat Məktəbində 6 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Kəngərli rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Zəngəzur” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin təşkilatçısı “Estafet” Gənclərin İctimai Birliyi, donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

“Estafet” Gənclərin İctimai Birliyi “İntellekt dalğası regionlarda” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsi...
09/07/2025

“Estafet” Gənclərin İctimai Birliyi “İntellekt dalğası regionlarda” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində 8 iyul tarixdə Sədərək Rayon Mədəniyyət Sarayında “İntellekt Çempionatı”nın Sədərək rayon seçimi təşkil olunub.

6 komandanın iştirakı ilə keçirilən yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Xarıbülbül” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

Naxçıvanda “İntellekt dalğası regionlarda” adlı layihəyə start verilib 🤩4 iyul tarixdə Şərur şəhərində “Estafet” Gənclər...
04/07/2025

Naxçıvanda “İntellekt dalğası regionlarda” adlı layihəyə start verilib 🤩

4 iyul tarixdə Şərur şəhərində “Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsinin açılış tədbiri keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə layihə rəhbəri, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Pərvin Nəcəfsoyun və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılovun çıxışları dinlənilib.

Sonra 10 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Şərur rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumidünyagörüşünü əhatə edən 24 sual səsləndirilib.

Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Victory” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

İntellektual yarışda ümumilikdə 60 nəfər şərurlu gənc iştirak edib.

Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, tərəfdaşı Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialıdır.

Address

Nakhchivan
AZ7000

Website

Alerts

Be the first to know and let us send you an email when Estafet Gənclərin İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share