Naxcivanlilar

Naxcivanlilar Naxcıvanı ve onun en tanınmış şexsiyyetlerini tanımaq ve daha da tanıtmaq

Naxcıvan duzu bitib?Dadlı və faydalı duzu niye marketlərdə tapmaq olmur? Qiyməti də qalxıb!
12/09/2025

Naxcıvan duzu bitib?
Dadlı və faydalı duzu niye marketlərdə tapmaq olmur? Qiyməti də qalxıb!

06/07/2025

Hörmətli dostlar, əziz təhsil işçiləri, dəyərli müəllimlər!

Təhsilimizdə, xüsusən də son dövrlərdə keçirilən imtahanlarla bağlı ortaya çıxan ciddi problemlərlə əlaqədar olaraq, Elm və Təhsil naziri cənab Emin Əmrullayevə öz təklif və iradlarımı çatdırmaq istəyirəm. Sizlərdən xahişim odur ki, bu paylaşımı bəyənib müxtəlif qruplarda paylaşasınız. Haqq səsimizi birlikdə lazımi ünvanlara çatdırmağımız vacibdir.

Cənab Nazir,

Məlumdur ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev 1980-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olub. Ulu Öndər Heydər Əliyev də hər zaman müəllimlərin əməyini yüksək qiymətləndirib. Cənab Prezident sizi bu mühüm vəzifəyə təyin etdikdə biz, təhsil işçilərində böyük ümidlər yarandı ki, təhsilimizdə ciddi və müsbət dəyişikliklər olacaq.

Lakin bu gün gəldiyimiz vəziyyət heç də ürəkaçan deyil. Təhsil sistemində, xüsusilə də imtahan prosesi ilə bağlı ciddi narahatlıq doğuran problemlər mövcuddur. Bir daha vurğuluyuram ki,ölkənin ən ali təbəqəsi üsyan edirsə,deməli,ciddi problemlər var.Bu problemlərin aradan qaldırılması üçün aşağıdakı təkliflərlə Sizə müraciət edirəm:

1. Müəllimlərin İşə Qəbul (MİQ) imtahanları DİM-ə həvalə olunmalıdır.

Bu imtahanlarda əsas problem sualların məzmunundadır. Suallar çox zaman əzbərə əsaslanır, manipulyativ xarakter daşıyır və real bilik və bacarıqları yoxlamaqdan uzaqdır. Metodika sualları isə xüsusi narahatlıq doğurur. Bu formatda imtahan verən müəllimin inkişafından söhbət gedə bilməz.

Əgər imtahanlar DİM-ə verilməyəcəksə, aşağıdakı tədbirlər görülməlidir:

1.1. Suallar müasir meyarlara uyğun olaraq asan, orta və çətin səviyyədə hazırlanmalı, mübahisəli və qeyri-müəyyən məqamlar aradan qaldırılmalıdır.
1.2. İmtahandan sonra suallar və cavablar müəllimlərin şəxsi kabinetlərinə göndərilməlidir ki, onlar rahat şəkildə apellyasiya müraciəti edə bilsinlər.
1.3. İmtahan şəraiti daha rahat və psixoloji baxımdan sabit mühitdə təşkil olunmalıdır. Mövcud sıxlıq və gərginlik nəticəyə mənfi təsir göstərir.
1.4. Sualları hazırlayan ekspertlər xüsusi imtahandan keçirilməli və onların kimliyi ictimaiyyətə açıqlanmalıdır.Həmin şəxlər heç bir şəxsi imtahan prosesinə hazırlamamalıdır.Bunlar pozularsa caydırıcı cəzalar tətbiq olunmalıdır.
1.5. Metodika üzrə rəsmi dövlət vəsaitləri çap olunmalı, imtahan sualları yalnız həmin vəsaitə əsaslanmalıdır. Əks halda müəllimlər sualın cavabını deyil, sualı hazırlayan şəxsin fikrini tapmağa məcbur qalırlar.

2. Vakansiyalar dərs ilinin sonunda elan olunmalıdır.

Hansı şəhər, rayon və kənd məktəblərində boş yerlərin olduğu şəffaf şəkildə ictimaiyyətə açıqlanmalıdır.

3. İmtahanlar ödənişli əsaslarla keçirilməlidir.

Hazırda bəzi şəxslər yalnız suallarla tanış olmaq və ya başqa məqsədlərlə imtahanda iştirak edirlər.

4. Əmsal sistemi ləğv olunmalıdır.

Əvəzində ucqar bölgələrdə işləyən müəllimlərin maaşı artırılmalı, onların sosial təminatları yaxşılaşdırılmalıdır. Təhsildə heç kimə güzəşt olmamalıdır – bərabərlik və ədalət prinsipləri təmin edilməlidir.

5. Dərsliklərdəki ziddiyyətlər aradan qaldırılmalıdır.

Xüsusilə tarix dərsliklərindəki uyğunsuzluqlar çoxlu çaşqınlıq yaradır. Dərsliklərin hər il dəyişməsi böyük problemlərə səbəb olur. Tarix dərslikləri ən azı 3 ildən bir dəyişdirilməlidir.

6. Müəllimlərlə mütəmadi görüşlər keçirilməlidir.

Tədris ili ərzində ən azı iki dəfə müəllimlərlə görüşlər təşkil olunmalı, problemlər dinlənilməli, birgə müzakirələr aparılmalıdır. Müəllimlərin səsi eşidilməlidir.

Cənab Nazir,
Ümid edirəm ki, bu təklifləri diqqətlə nəzərdən keçirəcək və problemin həlli istiqamətində konkret addımlar atacaqsınız. Çünki dəfələrlə çıxışlarınızda müəllimlərin yanında olduğunuzu bildirmisiniz.

Dəyərli dostlar,
Əgər sizlərin də əlavə təklif və iradlarınız varsa, zəhmət olmasa bu yazının altına qeyd edin. Hər bir fikri toplayıb, rəsmi qaydada cənab nazirə məktub şəklində göndərəcəyəm.

Address

Nakhchivan

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00
Sunday 10:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Naxcivanlilar posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share