21/08/2024
✅️İSMUBS üzrə l mərhələ PMS imtahanında uğur qazanan müdavimlərimiz!
İyulun 11-də Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın I mərhələsi keçirilib.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə təşkil edilmiş kurslarda cəmi 2,5 ay müddətində iştirak edən müdavimlər 50%-lik nəticə ilə uğur qazanıb.
Uğur qazanan bütün müdavimləri təbrik edir və növbəti mərhələdə onlara uğurlar arzu edirik!