İşıqlı Gələcək GİB / Bright Future YPU

İşıqlı Gələcək GİB / Bright Future YPU İşıqlı Gələcək Gənclər İctimai Birliyinin məqsədi Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafını təmin etməkdi

İşıqlı Gələcək Gənclər İctimai Birliyinin məqsədi Mingəçevir və ölkə gəncliyinin hərtərəfli inkişafını təmin etmək, cəmiyyətin sosial-aktiv üzvünə çevrilmək və eyni zamanda onun vətənpərvər və vətənə sevgi ruhunda tərbiyə etməkdi.

26/04/2026

"Stick in Art" adlı intellektual yarışın videoçarxını təqdim edirik!

Gələcəyini təsadüfə buraxma, onu sən planla! ✨ Səni düzgün istiqamətə aparacaq yol xəritəsini cızmağa hazırsan? "İşıqlı ...
24/04/2026

Gələcəyini təsadüfə buraxma, onu sən planla! ✨

Səni düzgün istiqamətə aparacaq yol xəritəsini cızmağa hazırsan? "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi olaraq səni "Doğru hədəfə doğru" adlı təlimimizə dəvət edirik! 🚀

Karyera qurmaq sadəcə iş tapmaq deyil, bir pilləkəndir. Biz bu təlimdə:
🔍 Özünü tanıma – "Mən kiməm və nə istəyirəm?"
📊 Bazar araşdırması – "İş dünyasında nələr baş verir?"
🎯 Məqsəd və hədəf – "Doğru hədəfi necə təyin etməli?"
suallarına birlikdə cavab tapacağıq.

🗓 Tarix: 25 aprel
⏳ Saat: 14:00
📍 Məkan: Mingəçevir Gənclər Evi

Gələcəyini daha aydın görmək istəyən hər bir gənci gözləyirik! Giriş sərbəstdir. 🤝

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkil etdiyi "Stick in Art" intellektual oyunu uğurla həyata keçirilib! 🎓🌟 ...
24/04/2026

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkil etdiyi "Stick in Art" intellektual oyunu uğurla həyata keçirilib! 🎓🌟

Gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual inkişafı məqsədilə keçirilən yarışmada qalib gələn komandalarımızı elan edirik:

🏆 Moonlight – I yer
🏆 F13 – II yer
🏆 Sound wave – III yer

Qalib komandaları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. İştirakçıların hər birinə maraqlı oyun və yüksək enerji üçün minnətdarıq!

Qeyd edək ki, yarış Mingəçevir Gənclər Evində həyata keçirilib.

Mingəçevir Gənclər evi

Həm əylənmək, həm də intellektual gücünü göstərmək istəyirsən? O zaman bu yarış məhz sənin üçündür! 🤩🏆 "İşıqlı Gələcək" ...
16/04/2026

Həm əylənmək, həm də intellektual gücünü göstərmək istəyirsən? O zaman bu yarış məhz sənin üçündür! 🤩🏆

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi sizi unikal "Stick in Art" intellektual oyununa dəvət edir! 🎭✨

Oyunun qaydası çox sadə, amma maraqlıdır:
Sizə təqdim olunan xüsusi "stick" kartlarına əsasən gizli musiqi, kitab və film adlarını tapmalısınız. Sürətli olan və düzgün cavabları tapan komandalar qalib kürsüsünə yüksələcək! 🥇🥈🥉

Şərtlər:
👥 Komanda: 5 nəfər
🎯 Məqsəd: Ən çox düzgün cavabı tapıb qalib olmaq!

Sən də komandanı topla, bu maraqlı rəqabətin bir hissəsi ol! 🤝

Qeydiyyat üçün:
📱 +99451 434 4854 (WhatsApp vasitəsilə komanda və üzvlərin adlarını göndərməyiniz kifayətdir)

"Gənc Könüllülər" İctimai Birliyinin İdarə Heyətində aparılmış seçkilər nəticəsində Hikmət Qaffarov Birliyin İdarə Heyət...
15/04/2026

"Gənc Könüllülər" İctimai Birliyinin İdarə Heyətində aparılmış seçkilər nəticəsində Hikmət Qaffarov Birliyin İdarə Heyətinin yeni sədri seçilib.

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi adından Hikmət Qaffarovu təbrik edir, işlərində uğurlar arzu edirik!

🌟 Uğurlu bir təlimin daha sonuna gəldik! 🌟 "İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təlimçi Arzu Ş...
12/04/2026

🌟 Uğurlu bir təlimin daha sonuna gəldik! 🌟

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə təlimçi Arzu Şərifli tərəfindən keçirilən "Dil öyrənməyin sirləri" adlı təlimimiz gənclərin böyük marağı və aktiv iştirakı ilə yekunlaşdı! 📝✨

Təlim müddətində iştirakçılarla birlikdə:
✅ Xarici dili daha sürətli mənimsəməyin yollarını kəşf etdik 🌍
✅ Danışıq baryerlərini qırmağın praktik üsullarını öyrəndik 🗣️
✅ Yaddaş texnikaları və effektiv resurslarla tanış olduq 📚

Gənclərin öyrənmək həvəsi və enerjisi bizə gələcək layihələr üçün böyük motivasiya verdi. İştirak edən hər bir gəncə təşəkkür edirik! 🙌🔥

Qeyd edək ki, təlim Mingəçevir Gənclər Evində baş tutub.

Mingəçevir Gənclər evi

🌍 "Dil öyrənməyin sirləri" mövzusunda təlim keçiriləcək. 🚀Yeni bir xarici dil öyrənmək sadəcə sözləri əzbərləmək deyil, ...
08/04/2026

🌍 "Dil öyrənməyin sirləri" mövzusunda təlim keçiriləcək. 🚀
Yeni bir xarici dil öyrənmək sadəcə sözləri əzbərləmək deyil, yeni bir dünyanın qapılarını açmaqdır. 🔑 Əgər sən də dil öyrənmə prosesində çətinlik çəkir və ən effektiv metodları axtarırsansa, bu təlim sənin üçün böyük fürsətdir! 🌟

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi tərəfindən təşkil olunan təlimdə dil öyrənməyin ən praktik yollarını, yaddaş texnikalarını və danışıq komplekslərindən azad olmağın sirlərini öyrənəcəyik. 🗣️💡

Təlimdə toxunulacaq mövzular: 📝
✅ Sürətli və qalıcı dil öyrənmə metodları
✅ Dinləmə və danışıq bacarıqlarının inkişafı 🎧
✅ Doğru resurslardan səmərəli istifadə yolları 📚
✅ Motivasiyanın daim yüksək saxlanılması 💪

Öz potensialını kəşf etmək və xarici dil biliklərini yeni səviyyəyə daşımaq üçün bizə qoşul! ✨

📍Mingəçevir Gənclər Evi
📅 9 aprel
🕔 17:00



Mingəçevir Gənclər evi

🚀 Gənclər öz temperament kodlarını kəşf etməyə çalışdılar!"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə...
15/03/2026

🚀 Gənclər öz temperament kodlarını kəşf etməyə çalışdılar!

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Temperament tipləri" mövzusundakı təlimimiz olduqca dinamik və maraqlı anlarla yadda qaldı! ✨
Maraqlı mövzu üzrə bir araya gələn gənclərlə birlikdə:
• 🤔 Xarakterimizin təməlində dayanan temperament tiplərini analiz etdik;
• ⚡️ Hansı tipin hansı güclü tərəfləri olduğunu müzakirə etdik;
• 🗣️ Ünsiyyət prosesində temperament fərqliliklərini necə üstünlüyə çevirə biləcəyimizi öyrəndik.
Təlim boyu göstərdiyiniz aktivlik və öyrənmə həvəsi üçün hər birinizə təşəkkür edirik! Biz birlikdə daha işıqlı bir gələcəyə addımlayırıq. 💡🌟

Qeyd edək ki, təlim Mingəçevir Gənclər Evində həyata keçirilib.

Mingəçevir Gənclər evi

🌟 Özünü kəşf etməyə hazırsan?Sanki bəzən hamıdan çox enerjili, bəzən isə sadəcə sakitlik axtaran birisən? Yoxsa hər addı...
13/03/2026

🌟 Özünü kəşf etməyə hazırsan?
Sanki bəzən hamıdan çox enerjili, bəzən isə sadəcə sakitlik axtaran birisən? Yoxsa hər addımını incəliyinə qədər planlayan? Bütün bunların sirri sənin temperamentində gizlidir! 🧠✨

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi səni xarakterinin kodlarını sındırmağa dəvət edir! "Temperament tipləri" mövzusunda keçiriləcək təlimimizdə biz:

🔍 Sangvinik, Xolerik, Fleqmatik və Melanxolik tiplərini yaxından tanıyacağıq;

🤝 İnsanlarla ünsiyyət qurmağın ən asan yollarını öyrənəcəyik;

💡 Öz güclü tərəflərimizi necə idarə edəcəyimizi kəşf edəcəyik.

Bu maraqlı səyahətdə sən də bizə qoşul, gələcəyinə daha işıqlı bax! 🚀

🗓 Tarix: 14.03.2026
🕑 Saat: 14:00
📍 Məkan: Mingəçevir Gənclər Evi SXM

Dostlarını etiketləməyi və bu fürsəti onlarla bölüşməyi unutma. 👇

“Gələcəyə   Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində “Fəal Gənc Akademiyası” keçirilib.Layihənin ikinci...
18/08/2025

“Gələcəyə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində “Fəal Gənc Akademiyası” keçirilib.

Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası”nda gənclərlə iş sahəsində fəaliyyət göstərən Hikmət Qafarov, Müşviq Tarıverdiyev və Elnarə Əliyeva tərəfindən sosial fəallıq, liderlik, komanda işi və karyera planlaşdırılması mövzularında məşğələlər aparılıb.

Təlim müddətində iştirakçılar arasında tanışlıq və ünsiyyət qurma oyunları, qarşılıqlı əməkdaşlığı gücləndirən qrup tapşırıqları, ideya mübadiləsini təşviq edən interaktiv fəaliyyətlər və layihə təqdimatları həyata keçirilib. Bu fəaliyyətlər gənclərin bir-birini daha yaxından tanımasına, komanda işini səmərəli qurmasına, yaradıcı düşünmə və qərarvermə bacarıqlarını inkişaf etdirməsinə, həmçinin liderlik və karyera planlaşdırılması üzrə praktiki biliklər qazanmasına şərait yaradıb.

🎯 Mingəçevir Dövlət Universitetində Gənclər Forumu keçirilib! “Gələcəyə   - Sosial Fəallıq və İnkişaf Proqramı” çərçivəs...
17/08/2025

🎯 Mingəçevir Dövlət Universitetində Gənclər Forumu keçirilib!

“Gələcəyə - Sosial Fəallıq və İnkişaf Proqramı” çərçivəsində təşkil olunan Forum iki panel üzrə baş tutdu və gənclərin fəal iştirakı ilə yadda qaldı.
🔹 I Panel:
Rektor Anar Eminov, millət vəkili Aydın Mirzəzadə, Mingəçevir Gənclər Evinin direktoru (v.i.e) Eşqin Məmmədov aktual mövzularda çıxış etdilər, gənclərlə fikir mübadiləsi apardılar.
🔹 II Panel:
Elnarə Əliyeva (NAYORA), Hikmət Qaffarov (Böyük Qayıdış GİB), Müşviq Tarıverdiyev (İşıqlı Gələcək GİB) sosial fəallıq, könüllülük və gənclərin inkişaf imkanları barədə dəyərli fikirlər səsləndirdilər.

📢 Forumda həm moderatorun, həm də auditoriyanın sualları cavablandırıldı, maraqlı diskussiyalar aparıldı.

💬 Gənclərin səsi eşidilirsə, gələcək daha güclüdür!

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilib.

Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
National Assembly of Youth Organizations of the Republic of Azerbaijan
Mingəçevir Dövlət Universiteti

Address

N. Nərimanov 22A
Mingechaur
AZ4500

Telephone

+994709029992

Alerts

Be the first to know and let us send you an email when İşıqlı Gələcək GİB / Bright Future YPU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to İşıqlı Gələcək GİB / Bright Future YPU:

Share