Ecoreview

Ecoreview MDU - Ekologiya dərnəyi

.az , .gov.az maliyyə dəstəyi ilə “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verir. Layihənin məqsədi: D...
19/07/2025

.az , .gov.az maliyyə dəstəyi ilə “Yaşıl yollarla gələcəyə sağlam addımlar” layihəsinə start verir. Layihənin məqsədi: Dayanıqlı nəqliyyat vasitəsi olan velosipedlərdən istifadənin təşviqi ilə ekoloji maarifləndirməni artırmaq, vətəndaşların sağlam həyat tərzinə keçidini dəstəkləmək və karbon emissiyasını azaltmaqdır.

Müraciət üçün son tarix:
25 iyul 2025-ci il saat 18:00

Əfraflı: https://avpu.az/project/

MDU Ecoreview Ekoloqlar Klubuna könüllü qeydiyyatı yenidən aktivdir! 🌱✨Təbiəti qorumaq, ekoloji tarazlığa töhfə vermək v...
28/04/2025

MDU Ecoreview Ekoloqlar Klubuna könüllü qeydiyyatı yenidən aktivdir! 🌱✨

Təbiəti qorumaq, ekoloji tarazlığa töhfə vermək və dayanıqlı gələcək üçün fəaliyyət göstərən Mingəçevir Dövlət Universitetinin Ecoreview Ekoloqlar Klubuna səni də gözləyirik! 🌍💚

➡️Kimlər qoşula bilər?
✅ Təbiətə qarşı məsuliyyət hiss edən,
✅ Təmiz və yaşıl dünya üçün layihələrə, təlimlərə, seminarlara, tədqiqatlara və ekoloji təşəbbüslərə qoşulmaq istəyən hər kəs!

Nə təklif edirik?
✅ Layihələrdə aktiv iştirak, tədqiqatlar, bootkamplar və praktik təlimlər.
✅ Eyni dəyərləri paylaşan yeni insanlarla tanışlıq və peşəkar əlaqələr.
✅ Gələcək karyeranız üçün əvəzsiz bacarıq və təcrübə əldə edin.
✅ Liderlik, komanda işi və ekoloji innovasiyalar sahəsində özünüzü inkişaf etdirin.

➡️ Niyə Ecoreview?
Biz ekosistemin qorunması üçün elmi yanaşma ilə praktik həllər yaradan, tələbə təşəbbüskarlarından ibarət dinamik bir komandayıq. Hər bir könüllümüz — dəyişikliyin təməl daşıdır!

📌 Qeydiyyat və əlaqə:
📝 Könüllü olmaq üçün "https://forms.gle/MrA4e3a3VRB5ueaQ6" vasitəsilə qeydiyyatdan keçin.
📩 Suallarınız üçün: [email protected]
Könüllü ol, təbiətə nəfəs ol! 💫

✅♻️ Mingəçevir Dövlət Universiteti “UI GreenMetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Mingəçev...
13/12/2024

✅♻️ Mingəçevir Dövlət Universiteti “UI GreenMetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Mingəçevir Dövlət Universiteti, “UI GreenMetric 2024” reytinqində ilk müraciətində Azərbaycan universitetləri arasında 6-cı sıraya yüksəlmiş və dünya universitetləri sırasında 928-ci yeri tutmuşdur. Bu, universitetin dayanıqlılıq sahəsindəki fəaliyyətinin yüksək səviyyədə olduğunu göstərir.

📌 Qeyd edək ki, “dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI GreenMetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini...
09/07/2024

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yaşıl Könüllülər” adlı yeni layihə icra edəcək.

Layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, gəncləri ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, onları ətraf mühitin qayğısına qalmağa təşviq etməklə asudə vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaqdan ibarətdir. Eyni zamanda, layihə 2024-cü ildə Azərbaycanda elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 kimi əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtda ətraf mühitin mühafizəsinə xidmət etməklə keçiriləcək tədbirlərə dəstək vermək məqsədi daşıyır.

Layihə çərçivəsində dörd gün ərzində Bakıda 50-yə yaxın iştirakçıya “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması”, “Gənclərin plastik tullantılara qarşı mübarizədə rolu” və digər istiqamətlərdə gənclər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa zərərli təsiri ilə bağlı maarifləndirmə işlərinin aparılması, həmçinin könüllülərin iştirakının stimullaşdırılması mövzularında görüşlər və praktiki məşğələlər təşkil ediləcək. Həmin mövzularda keçiriləcək seminarlarda ixtisaslaşmış ekspertlərlə görüşlər təşkil olunacaq. Layihə müddətində, eyni zamanda, “Gəlin, şəhərimizi təmiz saxlayaq” devizi altında təmizlik kampaniyası və infotur keçiriləcək.

Layihədə iştirak etmək üçün aşağıda qeyd olunan link vasitəsilə ərizə formasını dolduraraq elektron şəkildə müraciət etmək mümkündür. Müraciət edənlər e-mail və ya telefon vasitəsilə seçimlərin nəticələri haqqında məlumat əldə edəcəklər. Müraciətlər iyulun 18-də saat 18:00-dək qəbul olunacaq.
Ərizə forması: https://forms.gle/g1FnJNhzEDTnUoeZ9.
Əlaqə vasitəsi: [email protected]

 🏆 MDU-nun tələbələrindən ibarət "Blue fuses" komandası "GreenTech" Startap və Yaşıl Texnologiyalar müsabiqəsində I yeri...
01/05/2024


🏆 MDU-nun tələbələrindən ibarət "Blue fuses" komandası "GreenTech" Startap və Yaşıl Texnologiyalar müsabiqəsində I yeri, "Ecoreview" komandası II yeri və "Gantlet" komandası isə həvəsləndirici yeri tutublar.
✅ Tələbələrimizi təbrik edir, uğurlarının davamını arzulayırıq!




   🔴 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin feysbuk və instaqram səhifələrind...
24/04/2024


🔴 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin feysbuk və instaqram səhifələrində "Alternativ enerji. Bərpa olunan enerji mənbələri" adlı canlı yayımlar keçiriləcək.
📆 25.04.2024
⏰ 15:00



17/04/2024


Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilirBalıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür...
03/04/2024

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında 1 aprel 2024-cü il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, sənaye məqsədli balıq və digər su bioresurslarının ovuna qadağa sentyabrın 1-dək davam edəcək.

Xidmət rəisinin sözlərinə görə, idman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün balıqovlama biletinin alınması tələb olunmur, onlar qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər.

“Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər İnzibati Xətalar və Cinayət Məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.

F.Əliyev qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi ilə birgə ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyini də qeyd edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidməti və Su Nəqliyyatında Polis İdarəsi balıq ovu ilə məşğul olan vətəndaşları qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə və balıq ehtiyatlarını qorumağa çağırır.

©️

   🔴 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin feysbuk və instaqram səhifələrind...
28/03/2024


🔴 "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Mingəçevir Dövlət Universitetinin feysbuk və instaqram səhifələrində "Bizimlə Yaşıl Dünya" adlı canlı yayımlar keçiriləcək.
📆 29.03.2024
⏰ 14:00



“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davaml...
01/03/2024

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində Yaşıl Dünya: Dayanıqlı inkişaf, Davamlılıq və Ətraf mühit" şüarı ilə qısametrajlı video müsabiqəsi elan edilir.
Müsabiqənin şərtləri:
1. Müsabiqəyə MDU-nun bakalavr və magistr tələbələri qatıla bilər.
2. Video müddəti minimum 30 saniyə, maksimum 2 dəqiqə ola bilər.
3. Video ilə bərabər ad, soyad, qrup və əlaqə nömrəsi qeyd edilərək 20.04.2024-cü il tarixinə kimi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Uğurlar!

🔰 Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (MDU TGT) nəzdində yeni "Yaşıl könüllülər" dərnəyi fəaliyyə...
22/02/2024

🔰 Mingəçevir Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (MDU TGT) nəzdində yeni "Yaşıl könüllülər" dərnəyi fəaliyyətə başlayır. 🌱

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” və 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini əsas götürərək MDU TGT nəzdində "Yaşıl Könüllülər" dərnəyinin fəaliyyətinə start veririk. Yaşıl Könüllülər ətraf mühitin təmiz və ağıllı inkişafına töhfə vermək istəyənlərin dərnəyidir.

Dərnək Yaşıl Dünya naminə bütün fəaliyyətləri özündə birləşdirir 😊

Qeydiyyat linki: https://bit.ly/3I8cW2o

Address

D. Əliyeva Küçəsi, 21
Mingechaur

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+994709447534

Alerts

Be the first to know and let us send you an email when Ecoreview posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Ecoreview:

Share