Ərkivan Xeyriyyə Cəmiyyəti

Ərkivan Xeyriyyə Cəmiyyəti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ərkivan Xeyriyyə Cəmiyyəti, Charitable organisation, Masallı.

Ərkivan Xeyriyyə Cəmiyyəti qəsəbədə yaşayan aztəminatlı ailələrin maddi ehtiyaclarının, onların sosial durumlarının yaxşılaşdırılması, əhali arasında mədəni, ictimai işlərin təşkili üçün yaradılan bir qurumdur.

Bu gün Ərkivan Xeyriyyə Cəmiyyətinin Rəyasət heyətinin üzvləri ağır gedişli aplastik anemiya xəstəliyindən dünyasını dəy...
17/04/2026

Bu gün Ərkivan Xeyriyyə Cəmiyyətinin Rəyasət heyətinin üzvləri ağır gedişli aplastik anemiya xəstəliyindən dünyasını dəyişən 7 yaşlı Pərviz Mirzəyevin vəfatının üçüncü günü münasibətilə keçirilən mərasimdə iştirak ediblər. Onlar mərhumun əziz xatirəsini yad edərək ruhuna dualar oxuyub, Uca Allahdan ailəsinə səbr və dözüm diləyiblər.

16/04/2026

Hacı Mirkərim Ağa Sankt-Peterburqda anıldı

Ərkivan Xeyriyyə Cəmiyyətinin Sankt-Peterburq nümayəndəliyi tərəfindən tanınmış din xadimi, öz adını daşıyan “Hacı Mirkərim Ağa” məscidinin imamı Mirkərim Əliyevin vəfatı ilə əlaqədar anım mərasimi keçirilib.
Mərasimdə cəmiyyət üzvləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Sankt-Peterburq və Leninqrad vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyət Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri, texnika elmləri doktoru, professor Qasıməli Qasımov, Ərkivan Xeyriyyə Cəmiyyətinin Sankt-Peterburq nümayəndəliyinin sədri Ələkbər Məmmədov və digər natiqlər Hacı Mirkərim Ağa ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən, insanlara göstərdiyi xidmətlərdən və İslam dünyasındakı nüfuzundan bəhs ediblər.
Mərasim zamanı din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr tilavət olunub, mərhumun ruhuna dualar oxunub.
Anım tədbiri ehsan süfrəsi ilə yekunlaşıb.

Ərkivan Xeyriyyə Cəmiyyətinin rəhbərliyi və könüllüləri tanınmış din xadimi, “Hacı Mirkərim Ağa” məscidinin imamı Hacı M...
08/04/2026

Ərkivan Xeyriyyə Cəmiyyətinin rəhbərliyi və könüllüləri tanınmış din xadimi, “Hacı Mirkərim Ağa” məscidinin imamı Hacı Mirkərim Əliyevin dəfn mərasimində iştirak edərək, onun əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Hacı Mirkərim Ağa ömrü boyu xeyirxah əməlləri, insanlara olan qayğısı və cəmiyyətdə hər zaman barışdırıcı mövqe tutması ilə seçilən nüfuzlu şəxsiyyət olub.

Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, Ərkivan Xeyriyyə Cəmiyyətinin fəxri prezidenti Məşkur Qasımovun da başsağlığını ailəyə çatdırıb.
Allah rəhmət eləsin.

24/03/2026

Beynəlxalq dərəcəli idman ustası, xeyriyyəçi Elgiz Məmmədov “Ərkivan Masallı” futbol klubunun uşaq futbolçuları ilə görüş keçirib.
Görüşdə Ərkivan Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov, Lənkəran-Astara Regional İdman İdarəsinin Masallı sektorunun müdiri Sabiq Cahangirov, veteran müəllim Mehman Məmmədov iştirak ediblər.
Səmimi atmosferdə keçən görüş zamanı Elgiz Məmmədov Ərkivan Mərkəzi Stadionunda keçən uşaqlıq illərini xatırlayıb, gənc futbolçularla öz xatirələrini bölüşərək onlara dəyərli tövsiyələr verib.
Futbol klubunun baş məşqçisi Ramil Həsənov təşkil olunan görüşə görə minnətdarlığını ifadə edib.
Sonda Elgiz Məmmədov uşaq futbolçulara idman dəstləri və toplar hədiyyə edib.

22/03/2026

Ərkivanlı tələbələrlə görüş

“Bir illik nəticə istəyirsənsə, buğda ək; on illik nəticə istəyirsənsə, ağac ək; yüz illik nəticə istəyirsənsə, insan yetişdir.”

22/03/2026

Ərkivanlı tələbələrin mükafatlandırılmasına kimlər dəstək oldu?

Ərkivanda tələbələrin mükafatlandırılması mərasimi keçirildiƏrkivanda elmə, biliyə və gənclərin gələcəyinə verilən dəyər...
22/03/2026

Ərkivanda tələbələrin mükafatlandırılması mərasimi keçirildi

Ərkivanda elmə, biliyə və gənclərin gələcəyinə verilən dəyərin daha bir gözəl nümunəsi yaşandı. Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı və maddi dəstəyi ilə ərkivanlı tələbələrlə görüş keçirildi, onların əməyi və zəhməti yüksək qiymətləndirildi.

Elm xadimləri, ziyalılar, tələbələr və şagirdlərin iştirak etdiy tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Xeyriyyə Cəmiyyətinin sədri Cəfər Cəfərov çıxış edərək qeyd etdi ki, gənclərin təhsili və inkişafı hər zaman diqqət mərkəzindədir. O vurğuladı ki, ilk dəfə olaraq tələbələrin semestr göstəricilərinə əsasən mükafatlandırılması təşəbbüsü onların daha böyük uğurlara ruhlandırılması məqsədi daşıyır.

Sonra Xeyriyyə Cəmiyyətinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu və görülən işlər iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Nümayişdən sonra çıxış edən fəxri qonaqlar – tarix elmləri doktoru, professor Əsədulla Cəfərov, əməkdar jurnalist və tərcüməçi Zakir Abbas, filologiya elmləri doktoru, professor, Respublikanın Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli, iqtisad elmləri doktoru, professor, şair Rəsmiyyə Sabir, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə veteranlar arasında dünya çempionatının medalçısı Elgiz Məmmədov və müəllim Şəfa Məmmədova gənclərə dəyərli tövsiyələr verərək onların uğurlarını yüksək qiymətləndirdilər. Çıxış edənlərin sözləri tələbələr üçün həm motivasiya, həm də gələcəyə inam oldu.

Tələbələr adından çıxış edən, orta məktəbi qızıl medalla bitirən və hazırda Bakı Dövlət Universitetində təhsil alan istedadlı gənc Zəhra Əliyeva bu təşəbbüsə görə dərin təşəkkürünü ifadə etdi. Onun çıxışı gənclərin iç dünyasını, arzularını və minnətdarlığını əks etdirən səmimi anlarla yadda qaldı.

Tədbirin ən həyəcanlı və yaddaqalan məqamı isə mükafatlandırma mərasimi oldu. Əzmlə çalışan, gecəsini-gündüzünə qatan tələbələrin zəhməti layiqincə dəyərləndirildi. 13 nəfər əlaçı tələbənin hər birinə 300 manat, 18 nəfər zərbəçinin hər birinə 150 manat, respublika səviyyəli tədbirlərdə uğur qazanan 7 şagirdin hər birinə 150 manat və onların müəllimlərinin hər birinə 100 manat pul mükafatı və hədiyyələr təqdim olundu.

Bu tədbir bir daha göstərdi ki, elmə qoyulan sərmayə gələcəyə qoyulan ən dəyərli sərmayədir. Ərkivanda yanan bu işıq, şübhəsiz ki, sabahın uğurlu və savadlı nəslinin formalaşmasına xidmət edir.

21/03/2026
Ramazan ayının mənəvi paklığı ilə Novruz bayramının yenilənmə ruhunun qovuşduğu bu əlamətdar gündə Ərkivan Xeyriyyə Cəmi...
20/03/2026

Ramazan ayının mənəvi paklığı ilə Novruz bayramının yenilənmə ruhunun qovuşduğu bu əlamətdar gündə Ərkivan Xeyriyyə Cəmiyyəti olaraq hər bir soydaşımızı ürəkdən təbrik edirik! 🌙🌸
Bayramınız mübarək! 🤲✨

15/03/2026

“Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası

Ərkivanda “Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası keçirilibMüqəddəs Ramazan və Novruz bayramları münasibətilə Mas...
15/03/2026

Ərkivanda “Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası keçirilib

Müqəddəs Ramazan və Novruz bayramları münasibətilə Masallı rayonunun Ərkivan qəsəbəsində aztəminatlı ailələr üçün “Ramazan ətirli Novruz” adlı xeyriyyə aksiyası təşkil olunub.

Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya qəsəbədə yerləşən “Həsənəküçə” Mərasim evində baş tutub.

Bayram əhval-ruhiyyəsində keçən tədbirdə xeyriyyəçilər və ictimai fəallar iştirak ediblər.

Tədbirdə çıxış edənlər belə aksiyaların cəmiyyətdə həmrəylik və paylaşma dəyərlərinin möhkəmlənməsinə töhfə verdiyini qeyd edərək, aksiyanın təşkilinə və sovqatların hazırlanmasına dəstək göstərən xeyirxah insanlara minnətdarlıqlarını bildiriblər.

Humanitar aksiya çərçivəsində hər birinin dəyəri 60 manat olan 136 ədəd bayram sovqatı könüllülər tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

Qeyd edək ki, Ərkivan Xeyriyyə Cəmiyyətinin təşkil etdiyi xeyriyyə aksiyalarında etik səbəblərə görə sovqat aparılan ailələrin kimliyi açıqlanmır.

Bayramınız mübarək olsun!

15/03/2026

🌙RAMAZAN ƏTİRLİ NOVRUZ AKSİYASINA İANƏ EDƏNLƏRİN SİYAHISI

20 pay Sankt-Peterburqlu ərkivanlılar
20 pay Qasımov qardaşları (Həsənəküçə)
17 pay Əliniyaz Əsgərov (Miyondi-Bakı)
10 pay Qərib Dadaşov (İsoba-Sumqayıt)
10 pay Amid İbadov (İsoba)
5 pay Süleyman Həsənov (Həsənəküçə-Kazan)
5 pay Mehdi Mehdiyev (Həsənəküçə-Moskva) və Rasim Məmmədov (Miyondi-Moskva)
5 pay Yasər Mehdiyev (Həsənəküçə-Moskva)
5 pay Elşən Əsgərov (Miyondi-Bakı)
5 pay Xətai Abdullayev (Pələngküçtə)
4 pay Ziya Əliyev (Abbaslı-Bakı)
3 pay Elgiz Məmmədov (Həsənəküçə-Kalininqrad)
3 pay Yaşar Məmmədov (Həsənəküçə)
3 pay Mehman və Kamran Əliyevlər
2 pay İlqar Əliyev (Bədirli-Bakı)
2 pay Cavid Əliyev (Bədirli)
2 pay Rəşad Mirzəyev (Bədirli)
1 pay Rövşən Məmmədov (Ramazanlı)
1 pay Mübariz Cəbiyev (Cəbili)
1 pay Fərid Cəbrayılov (İsoba-Bakı)
1 Mehrəli Atakişiyev (Qızlaküçə)
1 pay Qadir İsmayılov (İsoba-Polşa)
1 pay Nazim Tağıyev (İsoba)
1 pay Minhun Bağırov (İsoba-Moskva)
1 pay Arzuman Əzimov (İsoba-Ufa)
1 pay Lazım Əzimov (İsoba)
1 pay Nicat Ramazanlı (İsoba
1 pay Rahim Sadıqov (İsoba)
1 pay Cavid Əliyev (Həsənəküçə-Narınski)
1 pay Aba Ağayev (Həsənəküçə)
1 pay Cəfər Cəfərov (Abbaslı)
1 pay Ramin Cəbrayılov (İsoba)

Cəmi 136 pay

QEYD:
Allahyarlı, Göllü və Təzə məhəllədən heç kim Xeyriyyə aksiyasına ianə etməyib.

Address

Masallı
AZ4415

Website

Alerts

Be the first to know and let us send you an email when Ərkivan Xeyriyyə Cəmiyyəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share