20/04/2026
Azərbaycan Skautlar Assosiasiyasının Xaçmaz skautlarından olan Nicat Mustafayevin uğurunu sizinlə bölüşürük.
Nicat Mustafayev, Ceyhun oğlu, Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin Aqronomluq ixtisası üzrə 3-cü kurs bakalavr tələbəsidir. O, elmi fəaliyyətə olan marağı və təşəbbüskarlığı ilə seçilən gənclərimizdəndir.
Nicatın “Pomidor bitkisinin fitoftoroz xəstəliyi və onlarla mübarizə tədbirləri” adlı tezisi Azərbaycan Elm Mərkəzinin nəzdində fəaliyyət göstərən “Nature & Science” beynəlxalq elmi jurnalının təşkil etdiyi Aqrar elmlər üzrə I Beynəlxalq Elmi Konfrans materiallarında dərc olunub.
Tədqiqat işində pomidor bitkisində geniş yayılmış fitoftoroz xəstəliyinin törədicisi, yayılma şəraiti və bitkiyə vurduğu zərər ətraflı şəkildə izah edilmişdir. Xəstəliyin xüsusilə rütubətli hava və uyğun temperatur şəraitində daha sürətlə inkişaf etdiyi vurğulanmışdır. Eyni zamanda, xəstəliyə qarşı aqrotexniki tədbirlər, kimyəvi preparatların tətbiqi və bioloji mübarizə üsulları haqqında da ətraflı məlumat təqdim olunmuşdur.
Gənclərimizin elmə olan marağı və bu kimi nailiyyətləri bizi qürurlandırır. Nicata gələcək fəaliyyətində uğurlar arzulayırıq!
📌 Link şərh bölməsində yerləşdirilib.