Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı

Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı "Uğurlu İnkişafa Əmin Addımlarla...!"
agt.adau.official

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar Gənclər Təşkilatının Xarici Dil Dərnəyinin təşkilatçılığı ilə “İngilis dil...
15/05/2026

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar Gənclər Təşkilatının Xarici Dil Dərnəyinin təşkilatçılığı ilə “İngilis dilini başa düşürük, bəs niyə danışa bilmirik?” adlı seminar keçirilib.

Seminarda tələbələrə ingilis dilinin müasir dövrdə əhəmiyyəti, beynəlxalq təhsil və karyera imkanlarında oynadığı rol barədə ətraflı məlumat verilib. Eyni zamanda dil öyrənərkən yaranan əsas çətinliklər, xüsusilə danışıq bacarıqlarının inkişaf etdirilməsi yolları müzakirə olunub.

Tədbir interaktiv formada davam edib, iştirakçılar fikir mübadiləsi apararaq diskussiya şəraitində seminara aktiv şəkildə qoşulublar. Səmərəli müzakirələrlə yadda qalan seminar tələbələrin böyük marağına səbəb olub.

Sonda seminar iştirakçılarına onlayn sertifikatlar təqdim olunub.

Karyera Sərgisinin Könüllüləri Üçün Hazırlıq Təlimi KeçirildiGələcəyin peşəkarlarının yetişməsində mühüm rol oynayan Kar...
12/05/2026

Karyera Sərgisinin Könüllüləri Üçün Hazırlıq Təlimi Keçirildi

Gələcəyin peşəkarlarının yetişməsində mühüm rol oynayan Karyera Sərgisi öncəsi könüllü heyətin hazırlıq mərhələsinə start verilib.

Karyera Mərkəzi tərəfindən təşkil olunan təlimdə Aqrar Gənclər Təşkilatı (AGT) və Tələbə Gənclər Təşkilatının (TGT) fəal könüllüləri iştirak ediblər. Təlimin əsas məqsədi sərgidə fəaliyyət göstərəcək gənclərə sərgi prosesinin idarə olunması, iştirakçılarla düzgün ünsiyyət qurulması və təşkilati məsələlərdə operativlik vərdişlərinin aşılanmasıdır.

Dahi şəxsiyyət, uzaqgörən lider, Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehti...
10/05/2026

Dahi şəxsiyyət, uzaqgörən lider, Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik!

ADAU-da Seminar: İngilis dilində danışıq baryerini birlikdə qıraq!Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün...
08/05/2026

ADAU-da Seminar: İngilis dilində danışıq baryerini birlikdə qıraq!

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələr üçün xarici dil vərdişlərinin təkmilləşdirilməsi mövzusunda seminar keçiriləcək.

Mövzu: "İngilis dilini başa düşürük, bəs niyə danışa bilmirik?"

Spiker: Davud Sevindikov
Təlimdə dil öyrənməyin effektiv yolları və danışıq komplekslərindən azad olma üsulları müzakirə ediləcək. İştirakçılara sertifikat təqdim olunacaq.

📅 Tarix: 13 may 2026-cı il

🕒 Saat: 15:00

📍 Məkan: Yeni Tədris Binası, 411 nömrəli Oxu Zalı
Giriş sərbəstdir!

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zoomühəndislik fakültəsi və Aqrar Gənclər Təşkilatının birgə təşkilatçılı...
05/05/2026

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Zoomühəndislik fakültəsi və Aqrar Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan intellektual yarış keçirilib.

Yarışdan əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətindən bəhs edib. O, Ulu Öndərin gənc nəslin formalaşmasında, vətənpərvərlik ruhunun aşılanmasında və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynadığını vurğulayıb.

Daha sonra çıxış edən fakültə dekanının müavini Günel Əmiri intellektual yarışların tələbələrin analitik düşüncə tərzinin formalaşmasına, dünyagörüşünün genişlənməsinə və komanda ruhunun inkişafına mühüm töhfə verdiyini qeyd edib, iştirakçılara uğurlar arzulayıb.

Yarışda hər biri 4 nəfərdən ibarət komandalar üzrə ümumilikdə 24 tələbə iştirak edib. Üç mərhələdən ibarət bilik yarışının yekun nəticələrinə əsasən “Zirvə” komandası I yerə layiq görülüb. Qalib komanda sertifikat və kubokla mükafatlandırılıb.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı və Zoomühəndislik fakültəsinin bir...
30/04/2026

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı və Zoomühəndislik fakültəsinin birgə əməkdaşlığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş intellektual yarış keçiriləcək.

Tələbələrin bilik və dünyagörüşünün artırılması, məntiqi düşüncə bacarıqlarının inkişaf etdirilməsi, eyni zamanda gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədilə təşkil olunan yarış 01 may 2026-cı il tarixində saat 14:00-da ADAU-nun yeni binasının kitabxanasında baş tutacaq.

Yarış iştirakçılar üçün həm biliklərini sınamaq, həm də komanda ruhunu nümayiş etdirmək baxımından əhəmiyyətli platforma olacaq. Sizləri fəal iştiraka dəvət edirik.

ADAU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konfrans keçirildiAzərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər T...
29/04/2026

ADAU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konfrans keçirildi

Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı və Əczaçılıq kafedrasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tələbə elmi konfransının I mərhələsi keçirilib.

Tədbirin əsas məqsədi tələbələrin elmi fəaliyyətə marağının artırılması, onların araşdırma bacarıqlarının inkişaf etdirilməsi və innovativ düşüncə tərzinin təşviq olunması olub. Konfransda universitetin müxtəlif fakültə və ixtisaslarında təhsil alan 8 tələbə iştirak edərək öz elmi məruzələri və tədqiqat işləri ilə çıxış ediblər.

Təqdim olunan mövzular iştirakçılar və münsiflər heyəti tərəfindən maraqla qarşılanıb.
Münsiflər heyətinin qərarına əsasən, I yerə Baytarlıq fakültəsinin Əczaçılıq ixtisası üzrə təhsil alan tələbəsi Kamal Mənsimov layiq görülüb.

Konfransda çıxış edən digər tələbələr də fəal iştiraklarına görə sertifikatlarla təltif olunublar. Tədbirin sonunda iştirakçılarla birgə xatirə şəkli çəkdirilib.

Tələbələrin iştirakı ilə praktik tədqiqat işi həyata keçirilibAzərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Gənclər Təşkil...
24/04/2026

Tələbələrin iştirakı ilə praktik tədqiqat işi həyata keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Gənclər Təşkilatı və Bağçılıq kafedrasının birgə təşkilatçılığı ilə tələbələrin iştirakı ilə praktik tədqiqat işi həyata keçirilib.
Tədqiqat çərçivəsində üzüm, əncir və digər bitkilərin kökləndirici məhlul vasitəsilə çoxaldılması prosesi aparılıb. Praktik məşğələ zamanı tələbələr bitki budaqlarının kökləndirici məhlula batırılması, həmçinin məhlulun hazırlanması mərhələlərində fəal iştirak ediblər.

Qeyd edək ki, həyata keçirilən tədqiqat işi tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsinə xidmət edir. Hazırda proses davam edir və yaxın müddətdə əldə olunan nəticələrin təhlili aparılacaqdır.

ADAU-da tələbələr arasında voleybol turniri keçirilibAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Gənclər Təşkil...
22/04/2026

ADAU-da tələbələr arasında voleybol turniri keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında voleybol turniri keçirilib.

Yarışda hər komandada 6 nəfər olmaqla, ümumilikdə 12 tələbə iştirak edib.
Yarış 5 oyundan ibarət olub turnirin finalında “Qartal” komandası rəqibini 2:1 hesabı ilə məğlub edərək qalib gəlib.Qalib komandanın hər bir üzvünə sertifikatlar təqdim olunub və komanda kubokla təltif edilib.
Sonda tələbələrlə birlikdə xatirə şəkli çəkdirilib.

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı və Enactus ADAU komandası arasında əməkdaşlıq imkanl...
20/04/2026

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatı və Enactus ADAU komandası arasında əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.

Görüş zamanı hər iki təşkilatın idarə heyəti bir-biri ilə tanış olub, tələbələrin inkişafına yönəlmiş layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Aqrar sahədə innovativ yanaşmalar və sosial sahibkarlıq layihələri haqqında fikir mübadiləsi aparılıb.

Bu görüş gələcəkdə birgə tədbirlərin təşkili və əməkdaşlığın gücləndirilməsi üçün atılmış ilk addım olub. Həmçinin, bu tip görüşlərin davamlı keçirilməsi və daha genişmiqyaslı birgə layihələrin həyata keçirilməsi qərara alınıb.

Sonda hər iki təşkilatın idarə heyətləri birgə xatirə fotosu çəkdirib.

🏐 ADAU-da Voleybol Həyəcanı: Sizi də Azarkeşlik Etməyə Səsləyirik!Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin as...
15/04/2026

🏐 ADAU-da Voleybol Həyəcanı: Sizi də Azarkeşlik Etməyə Səsləyirik!

Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili və idmana olan marağın artırılması məqsədilə növbəti voleybol qarşılaşması keçiriləcək.

Aqrar Gənclər Təşkilatının (AGT) təşkilatçılığı ilə baş tutacaq bu gərgin və maraqlı mübarizədə komandalarımıza dəstək olmaq üçün hər birinizi idman zalına dəvət edirik.

📅 Tədbirin Detalları:
Tarix: 16 aprel 2026-cı il
Saat: 15:00
Məkan: ADAU, Mexanizasiya korpusunun idman zalı
Yarışda iştirak edəcək hər iki komandaya uğurlar arzulayırıq!
Gəlin, komandalarımızı birlikdə ruhlandıraq!
Əlavə məlumat üçün:
📧 [email protected]

Address

Ozan 102
G***a
AZ2000

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00

Telephone

+994558586150

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Azərbaycan Dövlət Aqrar Universiteti Aqrar Gənclər Təşkilatı:

Share