Arvan Fondu/Arvan Foundation

Arvan Fondu/Arvan Foundation Arvan Fondu - qeyri-hökumət xeyriyyə fondudur

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.Onların Vətənə və xalqa olan sev...
26/09/2025

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.
Onların Vətənə və xalqa olan sevgi və sədaqətlərinin bütün şərtlərdə sarsılmazlığı qarşısında şərəf, qürur və fəxarət hissi ilə baş əyirik!

🕊️ Ruhunuz şad olsun!

04/08/2025

OchseMoto startapı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına seçilib!

🎨 Göyçayın tanınmış rəssamı  İctimai Radioda!📻 “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində tanınmış rəssam-pedaqoq...
17/07/2025

🎨 Göyçayın tanınmış rəssamı İctimai Radioda!

📻 “Göyçayın tarixi salnaməsi” layihəsi çərçivəsində tanınmış rəssam-pedaqoq Ehtiram Kərimov 17 iyul 2025-ci il tarixində İctimai Radio 90 FM-də Pərvanə Nadirqızının təqdimatında yayımlanan “Can Azərbaycan” verilişinin qonağı olub. Səmimi və zəngin söhbətə görə verilişin aparıcısı Pərvanə Nadirqızına dərin təşəkkürümüzü bildiririk!

📅 Verilişin efir vaxtını qaçırmayın:
🔊 Əsas yayım: 18 iyul, saat 15:10
🔁 Təkrar: 19 iyul, saat 21:05
📡 İctimai Radio – 90 FM

✨ İdeya və təşəbbüs üçün layihəmizin həmtəsisçisi Mursel Rovshan Oglu xüsusi təşəkkür edirik.

📌 Göyçayın sənət, tarix və mədəni yaddaşına dəyər verənləri dinləməyə dəvət edirik!

İctimai Radio

Kerimov Ehtiram







Dəyərli Göyçaylılar!Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Be...
27/06/2025

Dəyərli Göyçaylılar!
Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandasına dəstək olmağa dəvət edirik!
Bu möhtəşəm tədbirdə birgə iştirak edək, idmançılarımıza ruh verək!
📅 Tarix: 28 və 29 iyun
📍 Məkan: Dənizkənarı Bulvar, Bakı
🎟 Giriş sərbəstdir!
Join us at the 3rd Baku “Gym for All” International Challenge!
Come support the Goychay Olympic Sports Complex team on June 28 at 17:00 at Baku Boulevard.
📅 Date: June 28 & 29
📍 Venue: Baku Boulevard
🎟 Entrance is FREE!

Qurban bayramında sevdiklərimizlə bir araya gəlib bayramı qeyd etmək ənənəsini davam etdirmək, dostluq və ailə bağlarını...
06/06/2025

Qurban bayramında sevdiklərimizlə bir araya gəlib bayramı qeyd etmək ənənəsini davam etdirmək, dostluq və ailə bağlarını möhkəmləndirmək gözəl fürsətdir. Eyni zamanda, Qurban bayramının vacib cəhəti ehtiyacı olanlara yardım əlini uzatmaqdır. Qurbanlarımızı kəsərkən ehtiyacı olanlarla bölüşmək, sevinclərini bölüşmək məqsədi daşıyırıq.

Bayram günlərində sevdiklərinizlə özəl xatirələr toplamağı və bu gözəl günlərdən ən yaxşı şəkildə istifadə etməyi arzu edirik. İnşallah kəsdiyiniz qurbanlar qəbul olar, paylaşaraq sevinciniz artar.

Qurban bayramının bütün İslam dünyasına sevgi, sülh və bərəkət gətirməsini diləyirik. Bayramınızı səmimi arzularımızla təbrik edirik.

Dünya Velosiped Günü hər il iyunun 3-də qeyd olunur 2018-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assam...
02/06/2025

Dünya Velosiped Günü hər il iyunun 3-də qeyd olunur

2018-ci ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təsis edilən bu gün velosipedi sadə, sərfəli, etibarlı, təmiz və ekoloji cəhətdən davamlı nəqliyyat vasitəsi kimi təbliğ edir.
Bu günün qeyd edilməsində məqsəd sağlamlıq, rifah və davamlı inkişaf üçün velosipedden istifadənin təşviq edilməsidir. Velosiped mədəniyyətini təbliğ etmək üçün dünyada ictimai gəzintilər, təhsil proqramları və velosiped yarışları kimi müxtəlif tədbirlər və fəaliyyətlər təşkil olunur.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün uşaqla...
01/06/2025

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.
Uşaqlar gününüz mübarək əziz balalar!

28/05/2025

"Muzeylər Gecəsi" - Göyçay Tarix Diyarşünaslıq Muzeyi ( 2009)
Göyçay İcma İnkişaf Mərkəzi-nin təşəbbüsü ilə yaradılmış “ Göyçayın Tarixi Salnaməsi” layihəsi çərçivəsində sizə təqdim etdiyimiz bu nadir arxiv video materialı Göyçay Tarix-Diyarşünaslıq muzeyinin fonduna məxsusdur.
Kadrlar 2009-cu il mayın 16-da Göyçay Tarix-Diyarşünaslıq Muzeyində keçirilmiş "Muzeylər Gecəsi" aksiyasını əks etdirir. Tədbir zamanı muzeyin eksponat bazası yeni nümunələrlə zənginləşdirilmiş, ziyarətçilərə, məktəblilərə müxtəlif sahələr üzrə maraqlı eksponatlar təqdim olunmuşdur.
Bu video həmin aksiyanın ab-havasını, ziyarətçilərin marağını və muzeyin fəaliyyətini sənədləşdirən qiymətli bir yaddaşdır.
Məqsədimiz bu cür materiallarla Göyçayın tarixi yaddaşını qorumaq və gələcək nəsillərlə bölüşməkdir.
🎥 Maddi və mənəvi irsimizin izlərini birlikdə izləyək.
🕰️ “Göyçayın Tarixi Salnaməsi” — Bir şəhərin yaddaşını səhifələyirik.
🔴 YouTube-da izləyin: https://www.youtube.com/watch?v=8vALCSwU1UY
© Göyçay İcma İnkişaf Mərkəzi, 2025 – All rights reserved.
Bu materiallar müəllif hüquqları ilə qorunur. İcazəsiz istifadə, paylaşım və yayım qadağandır.
All content is protected under copyright law. Reproduction or distribution is not permitted without written permission from Goychay Community Development Centre.
Proper credit must be given when using any part of this content.





28 May - Azərbaycanın Müstəqillik Günüdür. 🇦🇿
28/05/2025

28 May - Azərbaycanın Müstəqillik Günüdür. 🇦🇿

Hər birinizi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, Sizə sevincli və uğur dolu həyat yolu...
02/02/2025

Hər birinizi 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, Sizə sevincli və uğur dolu həyat yolu arzu edirik.

Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.
19/01/2025

Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq.

01/01/2025

Göyçay İcma İnkişaf Mərkəzinin “Dünya Azərbaycanlıların Həmrəylik günü” və Yeni il bayramı münasibəti ilə təşkil etdiyi tədbir

Address

R. Rza Küç
Göyçay
AZ2300

Telephone

+994702218282

Website

Alerts

Be the first to know and let us send you an email when Arvan Fondu/Arvan Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share