Göyçay İcma İnkişaf Mərkəzi

Göyçay İcma İnkişaf Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay İcma İnkişaf Mərkəzi, Community Organization, Göyçay.

Yerli problemlərin həlli təşəbbüsləri,vətəndaşların idarə etmədə iştirakçılığının artırılması,yerli hökümət və dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı ünsiyyətin genişləndirilməsi bizim əsas proitetlərimizdəndir. Göyçay İcma İnkişaf Mərkəzi rayon ərazisində ekoloji problemlərin aradan qaldırılması və vətəndaşların hüquqi maarifləndirilməsi yönündə ictimai vəkillik kampaniyaları aparır.

17/02/2026

Yerə zibil atdın? 300 AZN cərimə gözləyir! 🚯

Küçələri, parkları, yol kənarlarını zibilləməmək həm mədəni davranış, həm də inzibati cərimədən qorunmaq deməkdir.

Şəhərimizin təmizliyini qorumaq hamımızın ortaq məsuliyyətidir!

🌸 11 Oktyabr – Beynəlxalq Qızlar Günü 🌸Bu gün bütün dünyada qızların hüquqları, təhsil imkanları və gələcək lider kimi r...
10/10/2025

🌸 11 Oktyabr – Beynəlxalq Qızlar Günü 🌸

Bu gün bütün dünyada qızların hüquqları, təhsil imkanları və gələcək lider kimi rolunu qeyd edirik! 💪✨

BMT, Türkiyənin təşəbbüsü ilə, 193 ölkənin səsverməsi nəticəsində 11 oktyabrı Beynəlxalq Qızlar Günü elan edib. Qərar, qız uşaqlarının qərar vermə proseslərində iştirakını dəstəkləməyi və iqtisadi inkişafda rolunu önə çıxarmağı məqsəd qoyur. 🌍💖

Gəlin bu gün yalnız qız uşaqlarını deyil, onların səsini, istedadını və arzularını da qeyd edək! 💫

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.Onların Vətənə və xalqa olan sev...
26/09/2025

Vətən uğrunda canından keçən əbədi və unudulmaz qəhrəmanlarımızı dərin ehtiramla anırıq.
Onların Vətənə və xalqa olan sevgi və sədaqətlərinin bütün şərtlərdə sarsılmazlığı qarşısında şərəf, qürur və fəxarət hissi ilə baş əyirik!

🕊️ Ruhunuz şad olsun!

Göyçay Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Ə.Kərim küçəsi, H.Əliyev prospekti və Şəhriyar küçəsində yerləşən çoxmərtəbə...
18/09/2025

Göyçay Şəhər Bələdiyyəsi tərəfindən şəhərin Ə.Kərim küçəsi, H.Əliyev prospekti və Şəhriyar küçəsində yerləşən çoxmərtəbəli binaların həyətlərinə 50 ədəd tullantı qutusu yerləşdirib. Qeyd edək ki, bir müddət əvvəl Göyçay İcma İnkişaf Mərkəzi tərəfindən ‘Göyçay - Təmiz Şəhər ’ kampaniyası çərçivəsində əhali arasında maarifləndirici tədbirlər təşkil olunmuşdur.
Sakinlərimizi şəhərimizi təmiz saxlamağa və tullantıları yalnız qutulara atmağa çağırırıq.

Bu gün - 12 avqust Beynəlxalq Gənclər Günüdür.Əziz gənclərimiz, hər birinizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik...
11/08/2025

Bu gün - 12 avqust Beynəlxalq Gənclər Günüdür.

Əziz gənclərimiz, hər birinizi Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edir, gələcək fəaliyyətlərinizdə uğur və müvəffəqiyyətlər arzu edirik. Hər zaman gənc ruhlu qalmağınız diləyi ilə!

30/07/2025

Göyçay İcma İnkişaf Mərkəzinin komandası olaraq, Alpout kəndində yaşayan 3-cü qrup əlilliyi olan Fatimə və Zəhra əkiz bacılarının ad günündə yanlarında olduq.🎂
Onları sevincli görmək bizim üçün ən böyük hədiyyə oldu.
Keçən il bu günlərdə ailənin evi uçmaq təhlükəsində idi. Göyçay Rayon İcra Hakimiyyətinin və xeyirxah insanların dəstəyi ilə yeni evin tikintisi davam edir.
🙏 Dəstək göstərən hər kəsə təşəkkür edirik!

“Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandası II yerə...
28/06/2025

“Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandası II yerə layiq görülüb.
Göyçay İcma İnkişaf Mərkəzi olaraq komandamızın üzvlərini təbrik edir, daha böyük uğurlara imza atmalarını arzu edirik!

Dəyərli Göyçaylılar!Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Be...
27/06/2025

Dəyərli Göyçaylılar!
Sizi 28 iyun saat 17:00-da Bakı Dənizkənarı Bulvarda keçiriləcək “Gimnastika hamı üçün” 3-cü Bakı Beynəlxalq “Challenge” Proqramında Göyçay Olimpiya İdman Kompleksinin komandasına dəstək olmağa dəvət edirik!
Bu möhtəşəm tədbirdə birgə iştirak edək, idmançılarımıza ruh verək!
📅 Tarix: 28 və 29 iyun
📍 Məkan: Dənizkənarı Bulvar, Bakı
🎟 Giriş sərbəstdir!
Join us at the 3rd Baku “Gym for All” International Challenge!
Come support the Goychay Olympic Sports Complex team on June 28 at 17:00 at Baku Boulevard.
📅 Date: June 28 & 29
📍 Venue: Baku Boulevard
🎟 Entrance is FREE!

18 iyun Azərbaycanda “Milli İnsan hüquqları günü” kimi qeyd olunur.
18/06/2025

18 iyun Azərbaycanda “Milli İnsan hüquqları günü” kimi qeyd olunur.

17/06/2025

Göyçay İcma İnkişaf Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən “ Göyçayın Tarixi Salnaməsi layihəsi çərçivəsində bu nadir görüntülər, bəlkə də Göyçayda videokamera ilə çəkilmiş ilk kadrlar hesab oluna bilər.
🕯️ Bu video 1989-cu ildə Göyçayda keçirilmiş Novruz bayramını əks etdirir. Kadrlarda o dövrün atmosferi, o vaxtkı Göyçayın geniş və sakit yolları , yol boyu sovet avtomobilləri, at faytonu və s. öz əksini tapıb.
🎥 Çəkiliş: Göyçaya ilk videokameranı gətirmiş şəxs - Vaqif Məhərrəmov
✂️ Montaj: Murad Qasimov – layihənin həmtəsisçisi
📂 Mənbə: Zemfira Əliyevanın şəxsi arxivi
🕰️ “Göyçayın Tarixi Salnaməsi” layihəsi olaraq sizi şəhərimizin köhnə küçələrində virtual bir səyahətə çıxarırıq. Bəlkə bu kadrların birində özünüzü və ya keçmişinizi də tapacaqsınız...
© Göyçay İcma İnkişaf Mərkəzi, 2025 – All rights reserved.
Bu materiallar müəllif hüquqları ilə qorunur. İcazəsiz istifadə, paylaşım və yayım qadağandır.
All content is protected under copyright law. Reproduction or distribution is not permitted without written permission from Goychay Community Development Centre.
Proper credit must be given when using any part of this content.



̇rs




7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür🗓 Birləşmiş Millətlər Təşkilatı 2018-ci il dekabrın 20-də qida məhsulların...
07/06/2025

7 iyun - Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

🗓 Birləşmiş Millətlər Təşkilatı 2018-ci il dekabrın 20-də qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə Ümumdünya Qida Təhlükəsizliyi Günü təsis edilməsi barədə qərar verib.

📢 Qeyd edək ki, qida ilə yoluxan parazitar xəstəliklər kəskin və xroniki sağlamlıq problemləri ilə nəticələnə bilər. Təhlükəsiz qida istehsalı isə qida itkisini və tullantılarını azaldaraq planetə, eyni zamanda dünya iqtisadiyyatına fayda verir, səhiyyə sisteminin yükünü azaldır.

Address

Göyçay
AZ2300

Alerts

Be the first to know and let us send you an email when Göyçay İcma İnkişaf Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share