22/04/2024
Ötən ay qadınların nailiyyətlərini qeyd etmək üçün Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil etdik.
İştirakçılar qadınların təhsil almaq imkanı və iqtisadi müstəqilliyin önəmindən, eləcə də onlara sərmayə qoymaqla tərəqqini sürətləndirməyin yollarından danışıblar. Tədbir zamanı qadın sahibkarlara dəstək və resurslar, mentorluq, təlim proqramları, bazarlara çıxış və bu günə qədər Mərkəz vasitəsilə təqdim olunmuş sahibkarlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, sözügedən tədbir “Qadınların rəhbərlik etdiyi icma əsaslı təşəbbüslərə dəstək” layihəsi çərçivəsində təşkil olunub.