Cəbrayıl rayon 17 saylı kitabxana filialı

Cəbrayıl rayon 17 saylı kitabxana filialı Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsi Cəbrayıl rayon MKS-nin 17 saylı kitabxana filialı

01/04/2025
"Möhtəşəm  "Beşlik"-həyat cizgiləri,
21/02/2025

"Möhtəşəm "Beşlik"-həyat cizgiləri,

21/02/2025

2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.

Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim
mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2025-ci il

19/02/2025
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2025-ci il "Konstitusiya və suverenlik ili" elan olunub.
13/02/2025

Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə 2025-ci il "Konstitusiya və suverenlik ili" elan olunub.

11/02/2025

Fevralın 11-i vergi xidməti əməkdaşlarının peşə bayramı günüdür

Address

Cəbrayıl Rayon 17 Saylı Kitabxana Filialı
Bilyasuvar
AZ1400

Telephone

+994504100125

Website

Alerts

Be the first to know and let us send you an email when Cəbrayıl rayon 17 saylı kitabxana filialı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cəbrayıl rayon 17 saylı kitabxana filialı:

Share