12/04/2026
Basqalın tarixi arxitekturası qorunur demək olar. Dövlət Tarix‑Mədəniyyət Qoruğuna aid olan ərazidə çoxsaylı qədim tikililər — məscidlər, hamamlar, küçələr və yaşayış evləri var. Qorunub saxlanılan əsas memarlıq nümunələri olan - Orta əsr küçə planı və məhəllələr, XV–XVII əsr hamamı, XIX əsr yaşayış evləri, tarixi Basqal - Bazar Meydanı, qədim qalalar və məscidlər kimi bu obyektlər qoruq rejimində olduğu üçün memarlıq mühitini demək olar ki ümumilikdə saxlanılıb. Tarixi memarlıq nümunələrindən bəziləri, yəni Basqal hamamı muzey kimi fəaliyyət göstərir.. XVI–XVII əsrə aid olan bir çox abidələr dağılsa da, bəzilərini bərpa etmək mümkün olub.. Bu abidələrdən biri də Qoşabulaq tarixi abidəsidir ki, 1321-ci ildə Haqqızadə tərəfindən təmir olunub və 2014-cü ildə isə təəssüflər olsun ki təmir zamanı daş kitabəsi Təzəkənddi usta Novruz tərəfindən dağıdılıb və yoa çıxıb.. ənənəvi həyat tərzini və sənətkarlığı nümayiş etdirən bu tarixi abidə üzərindəki yazıdan Haqqızadənin də adı olan daş kitabə yerinə bəərpa edilməyib...
Qalabaşı isə Basqalın qədim yaşayış və müdafiə məkanı hesab olunub.. Bu faktlar göstərir ki, tarixi arxitektura yalnız saxlanılmır, həm də turizm və mədəniyyət məqsədilə istifadə olunur.. Partizan Məmməd Bağırovun evində də bugün təmir işləri aparılır amma təəssüflə qeyd edirəm ki, Basqalın tarixi arxitektsına uyğun təmir aparılmır.. Məmməd Bağırov II Dünya müharibəsi və İtaliya müqavimət hərəkatının iştirakçısı olub. İtaliyada milli qəhrəman kimi tanınıb Uluöndər İtaliyaya səfəri zamanı Məmməd Bağırovu da özü ilə aparmış və bir azərbaycanlının şücaətini və qəhrəmanlığın yüksək dəyərləndirmişdi. İndi Məmməd Bağırovun evində Dövlət tərəfindən bərpa və yenidən tərtibat işləri aparılır.. Görək ortaya nəticədə nə çıxarılacaq..
Basqalın tarixi memarlığına uyğunluq və qorunma vacibdir. Basqalın tarixi arxitekturası əsasən tarixi küçə və ev planına uyğun şəkildə qorunmalıdır.. Bu xüsusda Partizan Məmməd Bağırovun evinin bərpasında arxitektorun işi görünməlidir..