Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəb

Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli  tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəb, Community Service, Kamal Cabbarov 5, Barda.

🔔Məktəbimizdə "Son zəng" Tədbiri Keçirildi💫🎉___________________________________________Bərdə şəhər Alı Mustafayev adına ...
13/06/2026

🔔Məktəbimizdə "Son zəng" Tədbiri Keçirildi💫🎉

___________________________________________
Bərdə şəhər Alı Mustafayev adına 5 nömrəli tam orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin başa çatması və 13 iyun — "Son zəng" münasibətilə təntənəli tədbir keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak edərək məzunlarımızı təbrik etmiş, onlara müstəqil həyatda və qarşıdan gələn imtahanlarda uğurlar arzulamışlar. Şagirdlərin hazırladığı rəngarəng proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Məzunlarımıza parlaq gələcək və sonsuz uğurlar arzulayırıq. Yolunuz açıq olsun, Məzun 2026! 🇦🇿


10/06/2026

📢 Ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri iyunun 13-də keçiriləcək

ℹ️ “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb.

🤝 Bütün tədbir iştirakçılarını müəyyən edilmiş qaydalara və təlimat tələblərinə əməl etməyə çağırırıq.

🔗Təlimatla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: edu.gov.az/uploads/mutda/2026/Son%20z%C9%99ng-%20t%C9%99limat.pdf

Məktəbimizdə BSQ-2 imtahanları davam edir! 🏫📚_____________________________________________Məktəbdaxili qiymətləndirmənin...
08/06/2026

Məktəbimizdə BSQ-2 imtahanları davam edir! 🏫📚

_____________________________________________
Məktəbdaxili qiymətləndirmənin bir növu olan Böyük Summativ Qiymətləndirmə keçirilir. BSQ-nin keçirilməsində məqsəd şagirdlərimizin tədris ili boyu qazandığı bilik və bacarıqları obyektiv qiymətləndirmək, onların növbəti zirvələrə doğru addımlamasını təmin etməkdir.

Zəhməti keçən bütün müəllimlərimizə təşəkkür edir, şagirdlərimizə isə yüksək ballar arzulayırıq! 🎯✨"

08/06/2026
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir.
2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın enerji siyasətinin, beynəlxalq tərəfdaşlıq münasibətlərinin və gələcək inkişaf prioritetlərinin təqdim olunduğu mühüm platformaya çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək ölkənin enerji sahəsində keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və qarşıda duran strateji hədəflərdən geniş bəhs etdi. Bakı Enerji Həftəsi çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və 31-ci “Baku Energy Forum” təşkil olunmuşdu. Dövlət başçısı çıxışında qeyd etdi ki, bu tədbirlər artıq uzun illərdir ki, dünyanın enerji sənayesinin aparıcı nümayəndələrini Bakıda bir araya gətirir və qlobal enerji gündəliyinin formalaşmasına töhfə verir. Prezident İlham Əliyev vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoyan mühüm hadisələrdən biri olub. Onun sözlərinə görə, illər keçdikcə bu layihə daha da genişlənərək Bakı Enerji Həftəsi formatına çevrilib və hazırda beynəlxalq enerji əməkdaşlığının ən nüfuzlu platformalarından biri hesab olunur. Dövlət başçısı xüsusi olaraq diqqətə çatdırdı ki, “Şahdəniz-1” müqaviləsinin imzalanmasından 30 il ötür. Bu müqavilə Azərbaycanın müasir qaz sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olmuş, ölkənin beynəlxalq enerji bazarlarında mövqelərini əhəmiyyətli dərəcədə gücləndirmişdir. Sonrakı dövrlərdə həyata keçirilən iri enerji layihələri Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi nüfuzunun formalaşmasında mühüm rol oynayıb. Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş olduğunu vurğuladı. Son illərdə dünyada baş verən geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşdığını qeyd edən dövlət başçısı Azərbaycanın bu istiqamətdə üzərinə düşən vəzifələri uğurla yerinə yetirdiyini bildirdi. Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi, yeni bazarlara çıxış imkanlarının yaranması və beynəlxalq enerji marşrutlarının inkişafı ölkənin strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi təqdim edildi. Prezident qeyd etdi ki, Azərbaycanın enerji resursları bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Prezident çıxışında Bakı Enerji Həftəsinin beynəlxalq əhəmiyyətini xüsusi vurğuladı. O bildirdi ki, tədbirə müxtəlif dövlətlərin rəhbərləri və yüksək vəzifəli şəxsləri tərəfindən göndərilən məktublar bu platformanın nüfuzunu nümayiş etdirir. Dövlət başçısı ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Keir Starmer tərəfindən tədbirə ünvanlanan müraciətlərə görə təşəkkürünü ifadə etdi. Bu, Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirdi. Prezident vurğuladı ki, enerji sahəsində əldə olunan uğurların əsasında qarşılıqlı etimad, sabitlik və uzunmüddətli əməkdaşlıq dayanır. Azərbaycan bu prinsiplərə sadiq qalaraq həm regional, həm də qlobal miqyasda tərəfdaşları ilə münasibətlərini daha da genişləndirir. Çıxışın mühüm hissələrindən biri də Azərbaycanın yaşıl enerji strategiyasına həsr olunmuşdu. Prezident İlham Əliyev bildirdi ki, ölkə ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına da böyük diqqət yetirir. Xüsusilə günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr Azərbaycanın enerji sektorunda yeni mərhələnin başlanğıcını təşkil edir. Azərbaycanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu qeyd edən dövlət başçısı bu sahəyə xarici investisiyaların cəlb edilməsinin davam etdiyini bildirdi. Yaşıl enerji layihələrinin həyata keçirilməsi həm enerji balansının şaxələndirilməsinə, həm də ekoloji dayanıqlığın gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin çıxışında enerji sektorunun ölkə iqtisadiyyatının inkişafında oynadığı rol da xüsusi yer tutdu. O qeyd etdi ki, enerji layihələrindən əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin rifahının yüksəldilməsinə yönəldilib. Məhz düzgün iqtisadi siyasət nəticəsində Azərbaycan enerji gəlirlərini səmərəli şəkildə idarə edərək dayanıqlı inkişaf modelini formalaşdırmağa nail olub. Bu gün ölkədə həyata keçirilən iri infrastruktur layihələri, sənayeləşmə proqramları və sosial təşəbbüslər enerji sektorunda əldə edilən uğurların nəticəsi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin 2026-cı il iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərini və gələcək hədəflərini bir daha ortaya qoydu. Bakı Enerji Həftəsi bir daha göstərdi ki, Azərbaycan təkcə enerji resurslarının sahibi deyil, həm də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkənin gələcək dövrdə də enerji sektorunda lider mövqeyini qorumaq, yeni texnologiyalara və yaşıl enerjiyə keçidi sürətləndirmək əzmində olduğunu nümayiş etdirdi.

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin ...
28/05/2026

Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifələrindən biri olan 28 May – Müstəqillik Günü xalqımızın milli birliyinin və suverenliyinin rəmzidir.

Müstəqilliyimiz daim möhkəm, dövlətimiz güclü olsun!

Müstəqillik Gününüz mübarək!

27/05/2026

2025-2026-cı tədris ilinin növbəti uğuru!
________________________________________

2025-2026-cı tədris ilində DİM tərəfindən keçirilən IX sinif buraxılış imtahanlarında 17 şagirdimiz 200+ yüksək bal toplayaraq bizləri qürurlandırdı! 🎉

Yüksək nəticə göstərən şagirdlərimizi təqdim edirik:

1 Abdullazadə Toğrul Ruslan – 291 bal
2 Məmmədli Nuray Anar – 259 bal
3 Sadıqzadə Sadıq İlqar – 253 bal
4 Musalı Xəyal Cavid – 241 bal
5 Həsənov Hüseyn Səbuhi – 240 bal
6 Qarazadə İsa Bəxtiyar – 239 bal
7 Məmmədli Ağaxan Yasin – 238 bal
8 İsmayılov Nuray Valeh – 233 bal
9 Sarızadə Tunar Rüstəm – 227 bal
10 Hüseynzadə Fidan Məhəmmədəli – 225 bal
11 Ağazadə Zəhra Şamxal – 222 bal
12 Əlizadə Leyla Ruslan – 211 bal
13 Əliyeva Çinarə Samir – 210 bal
14 Nəcəfli Hüseyn Namiq – 204 bal
15 Şükürzadə Məhərrəm Bəxtiyar – 202 bal
16 Məmmədzadə Yusif Orxan – 201 bal
17 Nəbiyeva Aysel Cəsarət – 201 bal

Başda şagirdlərimiz olmaqla, bu uğurda əməyi keçən bütün müəllimlərimizi və valideynlərimizi ürəkdən təbrik edirik! Uğurlarınız daimi olsun! 📚✨

🌍 Məktəbimizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində təqdimat dərsi keçirildi! ⚖️_______________________________________...
25/05/2026

🌍 Məktəbimizdə "İnsan Hüquqları Aylığı" çərçivəsində təqdimat dərsi keçirildi! ⚖️

__________________________________________

"18 May - 18 İyun İnsan Hüquqları Aylığı" çərçivəsində məktəbimizdə şagirdlərin maarifləndirilməsi məqsədilə xüsusi təqdimat dərsi təşkil olundu. 📚✨

Dərs zamanı şagirdlərimizə:
🔹 İnsan hüquq və azadlıqlarının mahiyyəti,
🔹 BMT-nin "Uşaq Hüquqları Konvensiyası",
🔹 Hər bir vətəndaşın həm hüquqları, həm də cəmiyyət qarşısındakı vəzifələri haqqında ətraflı məlumat verildi.

💡 "Hamı bərabər hüquqlara malikdir!" şüarı altında keçirilən dərsdə şagirdlər fəal iştirak edərək öz fikirlərini bölüşdülər, mövzu ilə bağlı hazırladıqları təqdimatları nümayiş etdirdilər və sual-cavab sessiyasında hüquqi biliklərini daha da zənginləşdirdilər.

Gələcəyimiz olan uşaqların öz hüquqlarını bilməsi və başqalarının hüquqlarına hörmətlə yanaşması güclü cəmiyyətin təməlidir! 🤝❤️

Bərdə rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə ...
24/05/2026

Bərdə rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında “28 May – Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçirilib.

Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı və Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəbin dəstəyi ilə baş tutub.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Orxan Fəxrəddinov, məktəbimizin direktoru Teymur Həmidov və Uşaq Səfirlər Məclisinin Bərdə rayonu üzrə nümayəndəsi, məktəbimizin şagirdi Kənan Əlizadə çıxış edərək müstəqilliyimizin əhəmiyyəti, gənclərin inkişafı və intellektual yarışların rolundan bəhs ediblər.

Yarışın əsas məqsədi şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, onların Azərbaycan dövlətçiliyi və müstəqillik tarixi barədə biliklərinin artırılması olub.

Yarışda rayonun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən 9 komanda iştirak edib.

Yekun nəticələrə əsasən:
🥇 I yer — Bərdə rayon N.Nərimanov adına 3 nömrəli tam orta məktəb
🥈 II yer — Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-lisey
🥉 III yer — Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəb

Sonda qalib komandalar Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Address

Kamal Cabbarov 5
Barda

Telephone

+994202053698

Website

Alerts

Be the first to know and let us send you an email when Bərdə şəhər Şəhid Alı adına 5 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share