Balakən rayon Heydər Əliyev Mərkəzi

Balakən rayon Heydər Əliyev Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balakən rayon Heydər Əliyev Mərkəzi, Səttar Gözəlov 1, Balakon.

Balakən Heydər Əliyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində gənclərin hüquqi maarifləndirilməsi məqsədilə müh...
17/06/2026

Balakən Heydər Əliyev Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində gənclərin hüquqi maarifləndirilməsi məqsədilə mühazirə keçirilib. İştirakçılara milli qanunvericilik və insan hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Müttəfiqliyin Şuşa ZirvəsiŞuşa Azərbaycan xalqının milli mənliyinin, əyilməz ruhunun, tarixi ədalətinin uca zirvəsidir. ...
14/06/2026

Müttəfiqliyin Şuşa Zirvəsi

Şuşa Azərbaycan xalqının milli mənliyinin, əyilməz ruhunun, tarixi ədalətinin uca zirvəsidir. Təqvimlər 15 iyun 2021-ci ili göstərəndə bu müqəddəs ucalıqda dünyanın hərbi-siyasi tarixinə daha bir silinməz səhifə yazıldı. Həmin gün Qarabağın baş tacında ucalan üçrəngli bayrağımızın fonunda Şuşa Bəyannaməsinin imzalanması ilə Bakı və Ankaranın çoxəsrlik qardaşlıq bağları rəsmən beynəlxalq hüququn ən uca nöqtəsinə - strateji müttəfiqlik zirvəsinə qaldırıldı.
Bu tarixi hadisənin Azərbaycan xalqının Qurtuluş Gününə təsadüf etməsi isə sözün həqiqi mənasında tarixin qanunauyğun ssenarisi idi. 1993-cü ilin o böhranlı iyun günlərində Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı dövlətimizi xaosdan necə xilas etdisə, düz 28 il sonra onun vəsiyyəti olan "Bir millət, iki dövlət" fəlsəfəsi də Şuşada imzalanan Bəyannamə ilə gələcək nəsillərin sarsılmaz təhlükəsizlik zəmanətinə çevrildi.
Vətən müharibəsinin üzərindən 7 ay keçdikdən sonra - 2021-ci ilin iyununda Prezident İlham Əliyevin qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılaması və burada imzalanan Şuşa Bəyannaməsi gələcəyə doğru atılan ən böyük addım oldu.
İmza mərasimindən sonra dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bu bəyannamənin həm də gələcək nəsillərin təhlükəsizlik sənədi olduğunu sübut etdi. Prezident İlham Əliyev bəyannamənin adındakı "müttəfiqlik" kəlməsinin çəkisinə diqqət yönəldərək qeyd etdi: "...Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".
Dövlətimizin rəhbəri vurğuladı ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".
Tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığı 44 günlük Vətən müharibəsində daha da möhkəmləndi. Savaşın ilk saatlarından etibarən bəzi beynəlxalq siyasi dairələrin Azərbaycana yönələn təzyiq cəhdləri, Ankaradan gələn qətiyyətli və ard-arda bəyanatlarla iflasa uğradı. Dünyaya açıq mesaj verildi ki, Azərbaycan tək deyil.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iki liderin - dövlətimizin başçısı İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması bu birliyin daha bir mesajı idi. Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş torpaqlarda inşa edilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının açılışlarında lentləri birgə kəsmələri bu həmrəyliyin sarsılmaz gələcəyə açılan qapıları oldu.
Azərbaycanla Türkiyənin münasibətlərini unikal edən əsas cəhət onun yalnız ortaq siyasi maraqlara deyil, həm də səmimi, sarsılmaz xalq sevgisinə əsaslanmasıdır. Bu ittifaq təkcə qələbə sevinclərini paylaşmır, həm də acını bölüşməyi bacarır.
6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının göstərdiyi fədakarlıq bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin təxirəsalınmaz tapşırıqları ilə fəlakət bölgəsinə ilk yetişən, dağıntılar altından can qurtaran məhz Azərbaycanın xilasediciləri oldular. O çətin günlərdə hər bir azərbaycanlının zəlzələdən əziyyət çəkənlərə öz maddi dəstəyini göstərmək üçün növbəyə durması həm də "bir millət" olmağın qan yaddaşı idi.
15 iyun 2021-ci ildə iki qardaş ölkənin liderləri tərəfindən Qarabağda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı.
Bəyannamənin ən mühüm məqamlarından biri 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə edilən istinaddır. Düz bir əsr sonra iki qardaş dövlətin yenidən eyni hüquqi-siyasi prinsiplərə sadiqliyini bəyan etməsi, regionda sabitliyin və sərhədlərin toxunulmazlığının ən böyük qarantıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinin tarixi ruhunu yeni geosiyasi tələblərə uyğunlaşdıraraq gələcəyə daşıdı.
Tarixi bəyannamənin hüquqi müddəaları regionda tamamilə yeni təhlükəsizlik arxitekturası yaratdı. Sənədin ən mühüm bəndi təhdidlərə qarşı ortaq mövqedir: tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də öz əksini tapıb. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır.
Şuşa Bəyannaməsi həm də qlobal inteqrasiya və iqtisadi inkişaf sənədidir. Burada xüsusi yer ayrılmış Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla və Türkiyə ilə birləşdirməyəcək, həm də Asiyadan Avropaya qədər uzanan böyük bir coğrafiyada nəqliyyat arteriyasının operativliyini təmin edəcək.
Şuşa Bəyannaməsinin regional sərhədləri aşaraq bütövlükdə türk dünyasının qlobal arenada güclənməsinə xidmət etməsi də gerçəklikdir. Belə ki, bəyannamədə tərəflərin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bir-birinə şərtsiz dəstək verəcəyi xüsusi qeyd olunub.
Şuşa Bəyannaməsinin açdığı bu yol, sonrakı illərdə bəhrəsini verməkdə davam etdi. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi məhz Şuşa Bəyannaməsinin doğurduğu qlobal nüfuzun və türk dövlətlərinin sarsılmaz həmrəyliyinin məntiqi davamı idi.
15 iyun 2021-ci ildə zəfər qalamız Şuşada imzalanan tarixi sənəd, bu gün Cənubi Qafqazda daimi sülhün, tərəqqinin və regional əməkdaşlığın ən mühüm rəsmi təminatıdır. Azərbaycan-Türkiyə birliyi hər gün daha da dərinləşir və bu sarsılmaz müttəfiqlik tarixin yaddaşına bölgəyə yeni nəfəs, yeni sülh dövrü gətirən mühüm salnamə kimi yazılır.

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən əlamətdar tarixlərindən ...
12/06/2026

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən əlamətdar tarixlərindən olan 15 İyun - Milli Qurtuluş Günü respublikamızın öz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda xalqın öz taleyinə sahib çıxdığı dönüş nöqtəsidir. Bu tarix xalqın Ümummilli Lider Heydər Əliyevə dərin və sarsılmaz inamının, milli birliyinin və qurtuluşunun rəmzidir. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev dövləti xilas etməklə bərabər, gələcək nəsillərə güclü, müstəqil və qüdrətli bir ölkə miras qoydu.
1990-cı illərin əvvəllərində kritik həddə çatan ictimai-siyasi böhran Azərbaycanı məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplaşmaların səriştəsiz siyasəti respublikada vəziyyəti idarəolunmaz hala gətirib çıxarmışdı. 1992-ci ilin may ayında hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü, dövlət idarəçiliyindəki qeyri-peşəkarlıq, şəxsi ambisiyalar və hakimiyyət davası ilə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. İqtisadiyyat tamamilə tənəzzülə uğramış, ordu quruculuğu isə milli maraqlara zidd, səriştəsiz insanların əlinə keçmişdi.
Bu xaos şəraitində xalqın yeganə ümid yeri görkəmli dövlət xadimi Heydər Əliyev idi. Buna görə də çətin durumunda xalqın nəzər-diqqəti Naxçıvana - Ulu Öndərə yönəldi. Blokada şəraitində belə muxtar respublikanı qorumağı bacaran, təcrübəsi və xarizması ilə dünya səviyyəli siyasətçi kimi tanınan Heydər Əliyev dövlətin və xalqın yeganə nicatı idi. Xalqın təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev proseslərə müdaxilə edərək ilk növbədə hərbi böhranın daha da dərinləşməsinin, vətəndaş qarşıdurmasının qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə respublikamızın tarixinə "Milli Qurtuluş Günü" kimi həkk olunan, dövlətçiliyimizin və müstəqilliyimizin əbədiləşdirilməsini təmin edən yeni və tarixi bir mərhələ başladı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərqərar olunması, separatizmin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atıldı.
Həmin ilin oktyabr ayında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi isə bütün xalqın Ulu Öndərə olan inamının növbəti təcəssümü oldu. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizi uçurumun kənarından döndərərək, dövlətçiliyimizin sarsılmaz təməllərini atdı və bu gün qürurla yaşadığımız, ərazi bütövlüyü tam bərpa olunmuş müstəqil Azərbaycanın formalaşmasına yol açdı.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildikdən sonra Heydər Əliyev bütün qüvvə və bacarığını ölkənin sosial-iqtisadi inkişafına, silahlı qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması və ölkənin neft sənayesinə investisiyaların cəlb olunması Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu.
Taleyüklü məsələləri həll edən dahi rəhbər fundamental təməllərə əsaslanan dövlət quruculuğuna başladı. Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyini təmin edəcək institusional strukturlar formalaşdırıldı, 1995-ci ilin noyabrında qəbul olunan və tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
Dahi şəxsiyyətin ən çətin dövrlərdə belə səsləndirdiyi "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" fikri həm də gələcək qələbənin ideoloji proqramı idi. Ulu Öndər Azərbaycanın tarixi torpaqlarının işğal altında qalmasını müvəqqəti hal kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu ədalətsizliyi qəbul etməməyə çağırırdı. Mötəbər tribunalardan Qarabağ həqiqətlərini dünyaya çatdıran dahi şəxsiyyət işğalçılıq siyasətinin ifşası üçün sistemli diplomatik yol xəritəsi çəkirdi.
Ulu Öndərin "Bizim hamımızın elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır… biz bu arzumuza mütləq çatacağıq... …İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir" sözləri ilə ifadə etdiyi qayıdışa sarsılmaz inamı xalqın mübarizə əzmini sınmağa qoymurdu.
Heydər Əliyev öz siyasəti ilə ordu quruculuğuna, iqtisadi gücə və beynəlxalq nüfuza önəm verərək, gələcək Zəfərin təməlini məhz o illərdə qoydu.
Heç şübhəsiz dahi siyasətçi Heydər Əliyevin cənab İlham Əliyevi öz siyasi varisi kimi müəyyən etməsi Azərbaycanın müasir tarixinin ən strateji və uzaqgörən qərarlarından biri, dövlətçiliyimizin qüdrətlənməsini və uğurlarının davamlılığını təmin edən tarixi seçim oldu. Bu qərar Azərbaycanın gələcək taleyi üçün düşünülmüş məsuliyyətli siyasi kursun varisliyi idi.
1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində Heydər Əliyev cənab İlham Əliyevi layiqli namizəd kimi təqdim edərkən, onun siyasi hazırlığını, intellektual səviyyəsini və ən əsası, dövlətçilik təfəkkürünü xüsusi vurğulamışdı. Ulu Öndərin bu tarixi mesajı xalqın gələcəyə olan etimadını möhkəmləndirdi: "İnanıram ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, tədbirləri İlham Əliyev başa çatdıra biləcək".
Ulu Öndərin cənab İlham Əliyevi siyasi varisi seçməsi, Azərbaycanın öz müstəqilliyini qoruması və daha da güclənməsi üçün atılmış ən doğru addım idi. Bu qərar, Azərbaycanın dövlətçilik xəttinin pozulmadan, daha böyük uğurlara doğru inamla irəliləməsinin təminatçısı oldu. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi və Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində reallığa çevrildi.
Bu tarixi missiyanın zirvəsi 2020-ci il 8 noyabrda yaşandı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etməklə, həm xalqımızın torpaq həsrətinə son qoydu, həm də ata vəsiyyətini yerinə yetirdi. Bu Qələbə, eyni zamanda 1993-cü ildə başlanan qurtuluş missiyasının ən böyük təntənəsi oldu.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparır, Böyük qayıdışı uğurla gerçəkləşdirir. 15 iyun tarixi bizə göstərdi ki, xalq və lider birliyi, müdrik qərarlar və məqsədyönlü siyasət ən ağır şəraitdən belə dövləti zirvələrə daşıya bilir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti və qlobal miqyasda strateji tərəfdaş kimi çıxış edir. Bərqərar edilən yeni geosiyasi reallıq, daxili sabitlik, sülh mühiti və dinamik inkişaf edən iqtisadiyyat müasir Azərbaycanın simasını müəyyən edən əsas amillərdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan artıq regional layihələrin iştirakçısı deyil, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi və əsas hərəkətverici qüvvəsidir.
Bu möhtəşəm uğurların və sarsılmaz dövlətçilik xəttinin arxasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi strategiyası və qoyduğu möhkəm təməllər dayanır.
Zaman sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi strateji xətt ölkəmizi bütün fırtınalardan qoruyaraq ən uca zirvələrə daşıyıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu təməllər üzərində ucalan müasir Azərbaycan gələcəyə doğru böyük inamla addımlayır.

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Balakən rayon Heydər Əliyev Mərkəzində genişmiqyaslı ekskursiyalar təşkil olu...
10/06/2026

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Balakən rayon Heydər Əliyev Mərkəzində genişmiqyaslı ekskursiyalar təşkil olunub. Mərkəzi ziyarət edən qonaqlara, gənclərə və rayon sakinlərinə müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi və ölkəmizin inkişafındakı tarixi xidmətləri barədə ətraflı məlumat verilib.


9 iyun tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” başlığı altında maarifləndirmə saatı t...
09/06/2026

9 iyun tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində “Narkomaniyaya yox deyək” başlığı altında maarifləndirmə saatı təşkil olunub. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq, tədbir daha sadə, maraqlı və anlaşıqlı formada keçirilib. Görüşdə balacalara zərərli vərdişlərdən uzaq durmağın, idmanla məşğul olmağın və sağlam böyüməyin önəmi izah edilib. Eyni zamanda, asudə vaxtı asılılıq yaradan amillərlə deyil, faydalı oyunlar, kitab mütaliəsi və yaradıcılıqla keçirməyin əhəmiyyəti xüsusi vurğulanıb.


05/06/2026

5 iyun tarixində Balakən rayon Heydər Əliyev Mərkəzi tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Qanunun aliliyi milli dəyərimiz” adlı məlumat xarakterli sərgi.


“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsindəaparıcı tədbirlərdən biridirBakı Enerji Həftəsində Azərbaycanın enerji siy...
02/06/2026

“Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində
aparıcı tədbirlərdən biridir

Bakı Enerji Həftəsində Azərbaycanın enerji siyasətinin keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıdakı strateji hədəflər bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Açılış mərasimində Prezident İlham Əliyev bəyan etdi ki, vaxtilə Xəzər Neft və Qaz Sərgisi kimi fəaliyyətə başlayan bu platforma bu gün qlobal enerji gündəliyinin formalaşdığı ən nüfuzlu beynəlxalq tədbirlərdən birinə çevrilib.
Məhz neft və qaz strategiyası Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə, iqtisadi dirçəlişə və beynəlxalq nüfuzunun artmasına şərait yaratdı. Enerji resurslarından əldə olunan gəlirlər sosial infrastrukturun inkişafına, təhsil və səhiyyə sisteminin modernləşdirilməsinə, yeni iş yerlərinin yaradılmasına və güclü ordunun formalaşdırılmasına yönəldildi.
Bugünki göstəricilər enerji gəlirlərinin səmərəli idarə edilməsinin uğurlu nümunəsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur.
Eyni zamanda dövlətimizin başçısı bildirib ki, 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad edən güclü ordu qurduq. Biz cəmi 44 gün ərzində Ermənistanı tamamilə məğlub etdik və kapitulyasiya aktını imzalamağa məcbur etdik. Beləliklə, Azərbaycanın inkişafı, - istər sosial, iqtisadi, hərbi, istərsə də xarici siyasət olsun, - bütün bunlar onu nümayiş etdirir ki, təbii sərvətlərdən düzgün istifadə olunan zaman onlar bir çox üstünlüklərə yol aça bilər. Dövlət başçısı çıxışında vurğuladı ki, müasir dünyada qazıntı yanacaqları hələ də mühüm rol oynayır. Bununla yanaşı, planetimizin qorunması, ekoloji tarazlığın saxlanılması və daha təmiz ətraf mühitin formalaşdırılması istiqamətində qlobal səylər davam etdirilməlidir".
Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr Bakı Enerji Həftəsində yenidən gündəmə gəldi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Cənubi Qafqaz Qaz Kəməri, TANAP və TAP kimi nəhəng layihələr Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılıb.
Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı 16 ölkəyə nəql edilir. Həmin ölkələrdən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini daha da artırır. Xüsusilə qlobal geosiyasi gərginliklər və enerji bazarlarındakı qeyri-müəyyənliklər fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib.
Dövlət başçısının vurğuladığı kimi, qaz təchizatının coğrafiyası genişlənməkdə davam edir və yeni yataqların, o cümlədən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsinin işlənilməsi Azərbaycanın enerji ixrac potensialını daha da artıracaq.
Azərbaycanın enerji uğurları yalnız təbii sərvətlərlə deyil, həm də düşünülmüş xarici siyasətlə bağlıdır. Dənizə birbaşa çıxışı olmayan ölkə kimi Azərbaycanın enerji resurslarını dünya bazarlarına çatdırması geniş diplomatik əməkdaşlıq şəbəkəsinin qurulmasını tələb edirdi.
Bu gün Azərbaycan enerji layihələri vasitəsilə Avropa, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini birləşdirən mühüm əməkdaşlıq platforması yaradıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu əməkdaşlıq formatlarının təşəbbüskarı və aparıcı qüvvəsi məhz Azərbaycandır.
Bakı Enerji Həftəsində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın yaşıl enerji gündəliyinə sadiqliyidir. Prezident İlham Əliyev bildirdi ki, mövcud qaz ehtiyatları ölkənin və tərəfdaşlarının enerji tələbatını ən azı növbəti yüz il ərzində təmin etməyə imkan versə də, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafını strateji prioritet kimi müəyyənləşdirib.
Artıq ölkədə bir sıra günəş və külək enerjisi layihələri istismara verilib. Gələn ilin sonuna qədər yaşıl enerji istehsal gücünün 2 giqavata, 2032-ci ilə qədər isə 8 giqavata çatdırılması planlaşdırılır. Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialının inkişafı da bu strategiyanın mühüm tərkib hissəsidir.
Bununla yanaşı, Qara dəniz Enerji Kabeli və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan elektrik ötürmə layihələri ölkəmizin yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində mühüm addımlardır.
Beləliklə, Bakı Enerji Həftəsi qlobal enerji siyasətinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platformadır. ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Böyük Britaniyanın Baş naziri Kir Starmerin tədbirə ünvanladıqları müraciətlər də bu tədbirin beynəlxalq əhəmiyyətini nümayiş etdirir.
Bu platforma bir daha göstərdi ki, Azərbaycan regional əməkdaşlıq və yaşıl transformasiya sahələrində təşəbbüskar ölkədir. Enerji sahəsində həyata keçirilən uzaqgörən strategiya Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal enerji siyasətinin əsas aktorlarından birinə çevirib. Bu tədbir bir daha nümayiş etdirdi ki, Azərbaycan enerji resurslarına yalnız iqtisadi vasitə kimi deyil, beynəlxalq əməkdaşlığın, qarşılıqlı etimadın və davamlı inkişafın mühüm elementi kimi yanaşır.

26 May tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində Müstəqillik Günü münasibətilə “AXC – dövlətçilik tariximizin şan...
26/05/2026

26 May tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində Müstəqillik Günü münasibətilə “AXC – dövlətçilik tariximizin şanlı səhifəsi” mövzusunda mühazirə keçirildi. Mühazirədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik ənənələrimizin formalaşmasındakı rolu və xalqımızın azadlıq mübarizəsi haqqında ətraflı məlumat verildi.


Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatıməsələlərinə həsr olunmuş müşavirə keçirilibMayın 25-də Azərbaycan...
25/05/2026

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı
məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir.
Elektrik təchizatı ilə heç bir yerdə problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.
Eyni zamanda dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir.
Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.
Cənab Prezident diqqətə çatdırıb ki, biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla icra edilmişdir. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır.
Vurğulanıb ki, son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında durğunluq müşahidə edilir. Bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcəkdir. Biz xarici investorları da həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər.
Aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Tərəvəz, bostan məhsulları, meyvə, giləmeyvə sahəsində vəziyyət müsbətdir. Özümüzü mal əti ilə 84 faiz təmin edirik, 30 min ton idxal edilir, 150 min ton daxili istehsaldır.
Müşavirdə cənab Prezident kənd təsərrüfatı ilə bağlı statistik rəqəmlər səsləndirib. Quş əti. 82 faiz, 147 min ton istehsal, 32 min ton idxaldır. Qoyun-keçi əti. 94 faiz, istehsal 88, idxal 5 min ton. Yumurta. 2 milyard 340 min ədəd istehsal olunur, idxal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları. 81 faiz təminatdır, 23 min ton idxaldır, ixrac 7 min ton. Bitki yağları. Özümüzü 52 faiz təmin edirik, idxal 62 min ton, istehsal 56 min ton. Kərə yağı. 62 faiz, istehsal 26 min ton, idxal 20 min ton, ixrac 4 min ton. Çay. 86 faiz, istehsal 11 min ton, idxal 2,5 min ton, ixrac min tona yaxın. Duz. Özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80 min ton. Un. 95 faiz, daxili istehsal 1 milyon 364 min ton, idxal 95 min ton, ixrac 28 min ton. Makaron məmulatları. Daxili istehsal 34 min ton, idxal 18 min ton, ixrac 14 min ton, ümumi təminat 89 faiz. Şəkər. Özümüzü 102 faiz təmin edirik və 96 min ton ixracımız var.
Bildirilib ki, son illər ərzində Azərbaycanda 400 min ton tutumlu soyuducu anbarlar yaradılıb. Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır. 10 su anbarının yenidən qurulması layihəsi icra edilir. Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad ediləndən sonra dərhal orada su anbarlarının bərpasına başlamışıq və artıq Köndələnçay su anbarlarının sayı üç oldu. Xaçınçay, ondan sonra Suqovuşan, Sərsəng, Zabuxçay su anbarları yenidən quruldu. Müasir suvarma sistemləri hazırda 130 min hektarda tətbiq olunur. Məqsəd bunu 300 min hektara çatdırmaqdır.
Cənab Prezident müşavirədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

22 may tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində “İnsan  hüquqlar və azadlıqların müdafiəsi dövlətin ali məqsədid...
22/05/2026

22 may tarixində Balakən rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlar və azadlıqların müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada çıxış edənlər bildiriblər ki, insan hüquqlarının qorunması demokratik cəmiyyətin əsas prinsiplərindən biridir və dövlət siyasətinin prioritet istiqamətlərindən sayılır.


Address

Səttar Gözəlov 1
Balakon

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Telephone

02429 5-39-05

Website

Alerts

Be the first to know and let us send you an email when Balakən rayon Heydər Əliyev Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share