ATU Tələbə Gənclər Təşkilatı

ATU Tələbə Gənclər Təşkilatı Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatının rəsmi instagram hesabı.

Official instagram account of Azerbaijan Medical University Student Youth Organization. ATU Tələbə Gənclər Təşkilatı universitetimizin Tələbə Gənclər Təşkilatının rəsmi Facebook səhifəsidir. Təşkilatımız tərəfindən universitetdə təşkil olunacaq lahiyələr, aksiyalar və əyləncələrimiz barədə məlumatı səhifəmizi daima izləməklə əldə edə bilərsiniz ... Hər bir tələbəmizi aktiv üzvümüz olmağa dəvət edir, təşkil edəcəyimiz lahiyələrdə, aksiyalarda və əyləncələrdə iştirak etməyinizi gözləyirik ...

Əziz tələbələr,Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də ö...
04/05/2026

Əziz tələbələr,

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsinizsə, müraciət edin! 🤩

TGT sədrliyinə namizədlər üçün tələblər:

🔸 Təhsilinin sonuncu ilində olmamalıdır;⌛️
🔸 Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır. ✌🏻

TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

🔹 Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
🔹 Namizədin CV-si;
🔹 Tərcümeyi-hal;
🔹 Motivasiya məktubu;
🔹 Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

🔗 Qeydiyyat linki: https://forms.gle/z1Cw4mVpKz9BtKMk6
⏳ Son qeydiyyat: 08.05.2026

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə ...
24/01/2026

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində (ADU) “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə tələbələrin fövqəladə hallara hazırlığı, təhlükəsizlik vərdişlərinin artırılması və maarifləndirici tədbirlərin əhəmiyyəti müzakirə olunub.

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Gənclər Təşkilatının (TGT) adından İdarə Heyətinin üzvü Fantina Əliyeva çıxış edənlər arasında olub və təltif edilib.
̇

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı (ATU TGT) olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni...
31/12/2025

Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı (ATU TGT) olaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl ərəfəsində hər birinizə ən xoş arzularımızı çatdırırıq. Qoy 2025-ci il sizə yeni imkanlar, böyük nailiyyətlər və dəyərli xatirələr bəxş etsin. Hər gününüz ümid, birlik və pozitiv enerji ilə dolu olsun. Bayramınız mübarək! 🌟

20 dekabr tarixində ATU TGT çərçivəsində yeni yaradılmış Fəlsəfə Klubunun universitet tələbələri ilə ilk görüşü keçirild...
24/12/2025

20 dekabr tarixində ATU TGT çərçivəsində yeni yaradılmış Fəlsəfə Klubunun universitet tələbələri ilə ilk görüşü keçirildi. Görüş zamanı tələbələrin fəlsəfəyə dair fikirləri öyrənildi, onlarla fəlsəfi debatlar aparıldı və klubun fəaliyyət planı haqqında ətraflı məlumat verildi.

Bu gün Heydər Əliyevin xatirəsini bir lider kimi yox, ilk növbədə bir insan kimi yad edirik.O, çətin zamanlarda xalqının...
12/12/2025

Bu gün Heydər Əliyevin xatirəsini bir lider kimi yox, ilk növbədə bir insan kimi yad edirik.
O, çətin zamanlarda xalqının yanında dayanmağı, bir millətin gələcəyini düşünməyi, insanlara güvənməyi bacaran nadir şəxsiyyətlərdən idi.

Onun həyata keçirdiyi işlərdən daha önəmlisi — insanlara ümid verməsi, gənclərə güvəni, bu ölkənin gələcəyinə inamı idi.
Bu inam bu gün də hər birimizin yoluna işıq tutur.

Heydər Əliyevin xatirəsi yalnız tarixdə deyil, insanların qəlbində yaşayır — qəlbən hörmət, minnətdarlıq və ehtiramla anırıq. 🕊️🇦🇿

Əziz tələbələr,Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də ö...
05/06/2025

Əziz tələbələr,

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının sədr seçkilərinə start verilir. Əgər siz də öz namizədliyinizi irəli sürmək istəyirsinizsə, müraciət edin! 🤩

TGT sədrliyinə namizədlər üçün tələblər:

🔸 Təhsilinin sonuncu ilində olmamalıdır;⌛️
🔸 Tələbə Gənclər Təşkilatlarının tərkibində aktiv ictimai fəaliyyət keçmişinə malik olmaq müsahibə mərhələsində üstünlük olaraq qəbul olunacaqdır. ✌🏻

TGT-yə sədrliyə namizədlik üçün lazım olan sənədlərin siyahısı:

🔹 Namizədin platforması (sosial mediada paylaşılacaqdır);
🔹 Namizədin CV-si;
🔹 Tərcümeyi-hal;
🔹 Motivasiya məktubu;
🔹 Namizədliyini irəli sürən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzünün surəti.

🔗 Qeydiyyat linki: https://forms.gle/MbvtecWTa7RCoJMTA

📌 Son müraciət tarixi: 07.06.2025

AIESEC- Məlumatlandırıcı SessiyaDəyərli ATU tələbələri,🔥Azərbaycan Tibb Universiteti və AIESEC Azərbaycanın birgə əməkda...
20/05/2025

AIESEC- Məlumatlandırıcı Sessiya
Dəyərli ATU tələbələri,🔥

Azərbaycan Tibb Universiteti və AIESEC Azərbaycanın birgə əməkdaşlığı nəticəsində məlumatlandırıcı sessiya baş tutacaqdır.

AIESEC dünyanın ən böyük beynəlxalq gənclər təşkilatlarından biridir və 2007-ci ildən bəri Azərbaycanda fəaliyyətini əhəmiyyətli şəkildə davam etdirir. AIESEC təşkilatının ən önəmli məqsədlərindən biri gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək və onları parlaq gələcək qurmağa ruhlandırmaqdır.

Sessiya ərzində AIESEC-in xaricdə könüllülük, maaşlı təcrübə proqramları və qonaq ailə layihəsi ilə bağlı ətraflı məlumatlar əldə edəcəksiniz.

📌 Hər birinizi gözləyirik!

🗓️ : 21.05.2025
⏱️: 16:00
📍: Azərbaycan Tibb Universiteti, Tədris Terapevtik Klinikası, 2 ci mərtəbə, Mühazirə zalı

Qeyd: İnfo Sessiyada yalnız ATU tələbələri iştirak edə bilər.

Qeydiyyat Linki: https://forms.gle/DUXcp7dVTcPbYSTNA

Address

Azərbaycan Tibb Universiteti. , 5-ci Tədris Korpusu
Baku
1010

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when ATU Tələbə Gənclər Təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ATU Tələbə Gənclər Təşkilatı:

Share