Alternativ İctimai Birliyi

Alternativ İctimai Birliyi 2022-ci ilə Ədliyyə nazirliyində qeydiyyatdan keçib

"Alternativ" Kommunkiasiya və Tədqiqatlar ictimai birliyi 29.12.2022-ci ildə Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınıb. Birliyin əsas məqsədi insanlara bəşəri məsuliyyət hissini aşılamaq, ictimai həyatın müxtəlif sahələrində vətəndaş iştirakçılığının artmasına, ictimai rəyin formalaşmasına, elmi və praktiki tədqiqatların, monitorinqlərin, müşahidələrin, sorğuların həyata keçirilməsinə yardım

etmək, təhsilli, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyəti təşviq etmək, strateji kommunikasiya sahəsində innovasiyaları artırmaq, şəffaf idarəetmə və açıq hökümət təşəbbüslərinə dəstək vermək, demokratik institutların və dəyərlərin inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir.

“Oxumayan toplum nə itirir?”Qan Turalı “Bookline” podkastında“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi t...
14/04/2026

“Oxumayan toplum nə itirir?”

Qan Turalı “Bookline” podkastında

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində növbəti podkast yayımlanıb. Layihənin yeni buraxılışının budəfəki qonağı tanınmış yazıçı Qan Turalı olub. Podkastın aparıcısı peşəkar jurnalist Leyla Səmədova ilə baş tutan söhbətdə müasir ədəbiyyatın aktual məsələləri, oxu mədəniyyətinin vəziyyəti, gənclərin kitaba marağı və yazıçının yaradıcılıq prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı həmçinin müasir dövrdə mütaliənin rolu, oxucu-yazıçı münasibətləri və ədəbiyyatın cəmiyyətə təsiri kimi mövzulara da toxunulub. Qan Turalı öz yaradıcılıq təcrübəsini bölüşərək izləyicilər üçün dəyərli tövsiyələr verib. “Bookline” podkastı izləyicilərə mütaliəyə yeni baxış bucağı təqdim etməklə yanaşı, kitab və oxu vərdişləri ilə bağlı aktual suallara cavab tapmaq imkanı yaradır. Layihə çərçivəsində yayımlanan buraxılışlar həm ədəbiyyatsevərlər, həm də oxu mədəniyyətini inkişaf etdirmək istəyən hər kəs üçün faydalı məzmun təqdim edir.
Qeyd edək ki, “Bookline” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi gənclər arasında mütaliə mədəniyyətini inkişaf etdirmək, davamlı oxu vərdişi formalaşdırmaq və kitab ətrafında müzakirə mühiti yaratmaqdır. Podkastın yeni buraxılışını “Bookline” layihəsinin rəsmi YouTube səhifəsindən izləmək mümkündür. Link şərhdə...

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal...
27/03/2026

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində növbəti podkast izləyicilərə təqdim olunub.

Layihənin yeni buraxılışında kitab bazarının formalaşmasına töhfə verən tanınmış naşir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu qonaq qismində iştirak edib.

Podkast işinin peşəkarı, kitab və ədəbiyyat dünyasına dərindən bələd jurnalist Leyla Səmədovanın təqdimatında baş tutub. Söhbət zamanı kitabların cəmiyyətdə rolu, mütaliənin fərdi inkişafa təsiri, eləcə də müasir dövrdə oxu vərdişlərinin formalaşması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Nə oxuyaq?” sualına cavab axtarılaraq izləyicilər üçün maraqlı və faydalı kitab tövsiyələri də səsləndirilib.

Qeyd edək ki, “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviqi, davamlı mütaliə vərdişlərinin formalaşdırılması və kitab ətrafında müzakirə mühitinin yaradılmasıdır.

Podkastla “Bookline” layihəsinin rəsmi YouTube səhifəsi vasitəsilə tanış olmaq mümkündür.

Nə oxuyaq?

“Bookline” layihəmizin ilk podkastı artıq yayımda! Bu buraxılışda şair, millət vəkili və dərin ictimai düşüncə sahibi El...
26/03/2026

“Bookline” layihəmizin ilk podkastı artıq yayımda! Bu buraxılışda şair, millət vəkili və dərin ictimai düşüncə sahibi Elçin Mirzəbəyli ilə peşəkar jurnalist, ədəbiyyatın incəliklərinə bələd olan Leyla Səmədovanın yüksək səviyyəli və məzmunlu söhbəti mütaliənin əsl mahiyyətini yeni rakursdan təqdim edir. İki peşəkarın söhbətini izləməyə dəyər!
“Bookline” YouTube səhifəsi “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi çərçivəsində yaradılıb.
Layihənin məqsədi xüsusilə gənclər arasında oxu mədəniyyətini inkişaf etdirmək, davamlı mütaliə vərdişi formalaşdırmaq və kitab ətrafında müzakirə mühiti yaratmaqdır. Oxuyaq, bölüşək, müzakirə edək!

Niyə oxumuruq?

“Bookline” – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması layihəsinə start verildi“Bookline (book online) – Rəqəmsal Kita...
23/02/2026

“Bookline” – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması layihəsinə start verildi

“Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsinin icrasına başlanılıb. Layihə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. “Bookline” mütaliə mədəniyyətinin təşviqinə yönəlmiş innovativ rəqəmsal kitab klubu platformasıdır. Layihənin əsas məqsədi oxumağı təkcə fərdi fəaliyyət kimi deyil, sosial, interaktiv və analitik müzakirə mühiti kimi təqdim etməkdir. Platforma kitablar ətrafında açıq dialoq yaratmağı, xüsusilə gənclər arasında davamlı oxu vərdişlərini formalaşdırmağı və müasir oxucu davranışını müzakirə predmetinə çevirməyi hədəfləyir. 3 ay davam edəcək layihə çərçivəsində YouTube platformasında video podkastlar yayımlanacaq. Buraxılışlarda yerli yazarlar və aktiv kitab blogerləri iştirak edərək müasir oxucu davranışı, kitab seçimi, sosial şəbəkələrin mütaliəyə təsiri, oxu mədəniyyətinin formalaşması və kitabların fərdi inkişafda rolu kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaqlar. Podkastlar açıq, analitik və maarifləndirici formatda təqdim olunacaq. Layihə yalnız video yayımlarla məhdudlaşmır. Eyni zamanda, auditoriya ilə interaktiv əlaqənin qurulması, izləyici rəylərinin toplanması və kitab icmasının genişləndirilməsi əsas prioritetlərdəndir. Məqsəd rəqəmsal məkanda aktiv və davamlı oxucu platforması formalaşdırmaqdır. Layihənin sonunda yazıçılar, kitab blogerləri və kitabsevərlərin iştirakı ilə yekun tədbir keçiriləcək, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ictimaiyyətə təqdim olunacaq.
“Bookline” rəqəmsal məkanda davamlı mədəni kontentin yaradılmasına, yerli ədəbi mühitin canlandırılmasına və oxucu icmasının genişlənməsinə xidmət edən uzunmüddətli sosial-mədəni təşəbbüs kimi fəaliyyət göstərəcək.

20/10/2025
Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildiQuba rayonunun Qrız kəndində “Alternativ” Kommunikasiya ...
27/08/2025

Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi

Quba rayonunun Qrız kəndində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən “4 mövsüm Qrız” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Tədbir Dövlət Turizm Agentliyinin donorluğu ilə təşkil olunub. Təlimin əsas məqsədi Qrız kəndində turizm sahəsində qadınların rolunun artırılması, eləcə də yerli icma üzvlərinin turizm potensialından düzgün və davamlı şəkildə faydalanmasını təşviq etməkdir. Tədbir Qrız kənd sakinləri İlqar Yaqubov və Səkinə Yaqubovanın ev təsərrüfatında yaradılan yerli turizm xidmətləri nümunəsində təşkil olunub. Təlim iştirakçıları kənd turizminin inkişafı, yerli dəyərlərin və resursların tanıdılması, brendləşmə strategiyaları və təbiət-tarix sintezinin təqdimatı ilə tanış olublar. Tədbirdə layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin əsas məqsəd və istiqamətləri haqqında məlumat verib: “Biz bu layihə ilə göstərmək istəyirik ki, kəndlərdə, xüsusilə də dağlıq ərazilərdə yaşayan qadınlar turizmin əsas hərəkətverici qüvvəsinə çevrilə bilərlər. Qrız bu baxımdan mühüm nümunədir”. Təlim iştirakçıları İlqar Yaqubov və Səkinə Yaqubovanın evində yaratdığı muzeydə olublar. İlqar Yaqubov çıxış edərək kənddə turizm xidmətlərinin yaradılmasının əhəmiyyətindən, Qrızın qədim kənd olmasını əks etdirən muzeyi necə yaratdıqlarından və turistlərin bu muzeyə olan marağından danışıb: “Biz illərdir burda yaşayırıq, amma son vaxtlar gördük ki, kəndimizin təbiəti, mədəniyyəti turistləri cəlb edir. Ona görə də belə bir muzey yaradıb, onu tarixi əşyalarla zənginləşdirdik”. Səkinə Yaqubova isə vurğulayıb:“Əvvəllər ev işləri ilə kifayətlənirdik, amma indi qonaq qarşılamaq, yerli yeməklər hazırlamaq bizim üçün həm də gəlir mənbəyidir. Kəndə gələn turistləri evdə yaratdığımız muzeylə tanış edir, həm də onlara qonaqlama xidməti göstəririk”. Daha sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dosenti, turizm üzrə ekspert Vüqar Dərgahov tərəfindən təlim aparılıb. Təlimçi ekspert “Kənd turizmi brendinin yaradılması: Qrız – təbiət və tarixin harmoniyası” mövzusunda təqdimatla çıxış edib. Qadınlara kənd turizmi sahəsində fərqli xidmət formaları və onların brendləşdirilməsi barədə praktiki bilgilər verilib: “Qrız kəndi həm təbii gözəllikləri, həm də özünəməxsus tarixi ilə unikal bir məkandır. Bu dəyərləri qoruyaraq brend yaratmaq mümkündür. Əsas məsələ yerli icmanın bu prosesdə aktiv iştirak etməsidir”.
Qrız kəndinə haykinq turuna gələn amerikalı turist Blaque Saur da təlimdə iştirak edib, kənd turizmi haqqında fikirlərini iştirakçılarla bölüşüb. Qrız kəndi nümunəsində xarici qonaqların kənd turizmindən daha fəal istifadə etməsi üçün təkliflərini də səsləndirib. Bildirib ki, kənd və burada təklif olunan turizm xidmətləıri haqqında internet resurslarında daha geniş məlumat verilməsinə, qonaqlama yerlərinin, ictimai iaşə yerlərinin sayının artırılmasına və kənddə turistləri istiqamətləndirən lövhələrin quraşdırılmasına ehtiyac var. “Mən dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycanın təbiəti gözəl, insanları mehriban, mətbəxi çox dadlıdır. Qrız kəndi isə haykinq turu üçün möhtəşəm məkandır”, - deyə xarici turist əlavə edib.
Təlimin sonunda iştirakçılar arasında müzakirələr təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və kənd turizminin inkişafına dair təkliflər səsləndirilib.

Address

Şərifzadə Küçəsi, 241E
Baku
AZ1012

Telephone

+994502116384

Website

Alerts

Be the first to know and let us send you an email when Alternativ İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share