ArtsCouncil Azerbaijan

ArtsCouncil Azerbaijan Organization for the Development of Art, Culture & Cultural Diplomacy in Azerbaijan
Independent International Art Platform

Arts Council Azerbaijan təşkilatı beynəlxalq və müstəqil incəsənət platformasıdır. Təşkilat dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən beynəlxalq Arts Council şəbəkəsinin rəhbəridir. 2006-cı ildə Məmmədov Dadaş tərəfindən yaradılmışdı. Təşkilatın əsas məqsədi Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ etməkdir. Coxsaylı sosial və ictimai layihələr əsasında fəaliyyət göstərir. Onların ar

asında mədəniyyət, incəsənət, mədəni irs, tarix, ədəbiyyat, ekologiya, təhsil, milli dəyərlərin təbliği kimi layihələr mövcutdur. Dövlət qurumları ilə sıx əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçirir. Təşkilatın nəzrində bir cox layihələr uzun illərdirki fəaliyyət göstərir. Bunlar arasında Art qazeti, Emalatxana layihəsi, Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi, Art School rəsm məktəbi, Açıq səma altında Plenerlər, Art Residence, Gənclər Çəbəkəsi mövcutdur. Arts Council Azerbaijan təşkilatının üzvlərindən səvai, coxsaylı qalereyalarda təşkilata üzvdlər. Fəal əməkdaşlıq nəticəsində, yerli və xarici rəssamların əsərlərini sərgilənir, festival, bienali, simpozium və sair tədbirlər həyata keçirilir.

23/06/2026

БАКУ /Trend Life/ - В Гяндже в рамках проекта "Yaradıcı Ekspedisiya" (Творческая экспедиция) прошёл креативный воркшоп, представивший общественности работы молодых художников, го...

21 iyul tarixində “Yaradıcı Ekspedisiya” layihəsi çərçivəsində Gəncə şəhərində yaradıcı vorkşop təşkil olunub. Şəhərin m...
23/06/2026

21 iyul tarixində “Yaradıcı Ekspedisiya” layihəsi çərçivəsində Gəncə şəhərində yaradıcı vorkşop təşkil olunub. Şəhərin məşhur Gəncə Mall ticarət mərkəzində keçirilən tədbir zamanı Gəncə sakinləri və şəhərin qonaqları rəssamların yaradıcılıq prosesini canlı izləmək, onlarla ünsiyyət qurmaq və sənət əsərlərinin yaranmasının şahidi olmaq imkanı əldə ediblər.

Layihə Azərbaycanın regionlarının mədəni və turizm xəzinələrinin incəsənət vasitəsilə tanıdılmasına həsr olunub. Bakı və Gəncə rəssamları bir araya gələrək şəhərin tarixi irsini, memarlıq abidələrini, mədəni həyatını və turizm potensialını müasir yaradıcı baxışla təqdim ediblər.

Layihənin ilk mərhələsində iştirakçılar Gəncənin tarixi, mədəniyyəti və turistik məkanları ilə yaxından tanış olub, şəhəri yenidən kəşf ediblər. Daha sonra əldə etdikləri təəssüratları rəngkarlıq əsərlərində əks etdirərək yerli rəssamlarla birlikdə yeni sənət nümunələri yaradıblar.

Layihə çərçivəsində Bakı və Gəncə şəhərlərindən olan rəssamlar Şəbnəm Məmmədova, Nurtac Allahverdiyeva, Mehdab Ramazanova, Raul Sadıqov, Dadaş Məmmədov, Elşən İbrahimov, Nigar Müslimova, Leylifer Museyibova və Oksana Kazımova yaradıcılıq mübadiləsi aparıb, peşəkar təcrübələrini bölüşüb və şəhərin zəngin mədəni irsindən ilhamlanan əsərlər ərsəyə gətiriblər.

“Yaradıcı Ekspedisiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səyahət” İctimai Birliyi və Arts Council Azerbaijan tərəfindən həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın regionlarının turizm potensialının, tarixi-mədəni irsinin və müasir inkişafının incəsənət vasitəsilə tanıdılması, regionlara marağın artırılması və daxili turizmin inkişafına töhfə verməkdir.

Mercedes-Benz Fashion Week Azerbaijan 2026. Day 1
20/06/2026

Mercedes-Benz Fashion Week Azerbaijan 2026. Day 1

Gəncənin Turizm Xəzinələri. Yaradıcı Ekspedisiya 21 iyun tarixində Gəncə şəhərində “Yaradıcı Ekspedisiya” layihəsi çərçi...
16/06/2026

Gəncənin Turizm Xəzinələri. Yaradıcı Ekspedisiya

21 iyun tarixində Gəncə şəhərində “Yaradıcı Ekspedisiya” layihəsi çərçivəsində açıq formatlı yaradıcı vorkşop təşkil olunacaq. Şəhərin məşhur ticarət mərkəzində keçiriləcək tədbir zamanı sakinlər və şəhərin qonaqları rəssamların yaradıcılıq prosesini canlı izləmək, onlarla ünsiyyət qurmaq və əsərlərin canlı yaranmasının şahidi olmaq imkanı əldə edəcəklər.

Layihə Azərbaycanın regionlarının mədəni və turizm xəzinələrini incəsənət vasitəsilə tanıdılmasına həsr olunub. Bakıdan və Gəncədən olan rəssamlar bir araya gələrək Gəncənin tarixi irsini, memarlıq abidələrini, mədəni həyatını və turizm imkanlarını yeni yaradıcı baxışla təqdim etməyi qarşıya məqsəd qoyur.

“Yaradıcı Ekspedisiya” layihəsinin konsepti “Kəşf et, Yarat, Sərgiləndir” prinsipi üzərində qurulub. Layihənin ilk mərhələsində iştirakçılar Gəncə şəhərinin tarixi, mədəniyyəti və turizm məkanları ilə yaxından tanış olaraq şəhəri yenidən kəşf edirlər. Daha sonra əldə olunan təəssüratlar Gəncədə fəaliyyət göstərən yerli sənətkarlarla birlikdə yeni əsərlər üzərində çalışırlar.
Layihənin yekun mərhələsində Bakıda “Gəncə İncəsənət Sərgisi”nin təşkili nəzərdə tutulur. Sərgidə yaradıcı vorkşop müddətində ərsəyə gəlmiş əsərlər nümayiş etdiriləcək. Bu sərgi vasitəsilə paytaxt sakinləri və xarici qonaqlar Gəncənin zəngin mədəni irsi və turizm potensialı ilə rəssamların baxışı prizmasından tanış olmaq imkanı qazanacaqlar.

“Yaradıcı Ekspedisiya” layihəsi “Səyahət” Turizmin İnkişafına Kömək İctimai Birliyi və Arts Council Azerbaijan təşkilatçılığı ilə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi əsasında həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycanın bölgələrinin turizm potensialını, tarixi-mədəni irsini və müasir inkişafını incəsənət vasitəsilə tanıtmaq, regionlara marağın artırılmasına və daxili turizmin inkişafına töhfə verməkdir.

Yaradıcı vorkşop 21 iyun tarixində Gəncə Mall ticarət mərkəzində saat 11:00-dan 16:00-dək davam edəcək. Tədbirə giriş sərbəstdir.

Mədəniyyət kanalının Səhəçağı verlişinin qonqğı olduq.WUF 13  də İkinci Həyat Layihəsilə iştirakımız barəsində danışdıq....
26/05/2026

Mədəniyyət kanalının Səhəçağı verlişinin qonqğı olduq.
WUF 13 də İkinci Həyat Layihəsilə iştirakımız barəsində danışdıq.

“İkinci Həyat” layihəsi köhnə, zədələnmiş və istifadə yararlı olunmayan xalçaların rəngkarlıq vasitəsilə sənət əsərinə çevrilməsinə yönəlmiş unikal təşəbbüsdür . Rəssamlar bu xalçalar üzərində qismən rəsm çəkir, naxışlarının orijinal elementlərini qoruyub saxlayır, bununla da onlara yeni nəfəs verirlər . Bu layihə eyni zamanda Azərbaycanın mədəni irsini təbliğ edir və resurslardan istifadəyə ekoloji yanaşmanı
dəstəkləyir .

Konsepsiyanın müəllifi: Sona Quliyeva
ArtsCouncil Azerbaijan

28 may tarixində Sea Breeze Marinada dəniz ruhuna həsr olunmuş əl işləri yarmarkası təşkil edəcəyik 🌊⛵️“Dəniz”, “gəmi”, ...
24/05/2026

28 may tarixində Sea Breeze Marinada dəniz ruhuna həsr olunmuş əl işləri yarmarkası təşkil edəcəyik 🌊⛵️

“Dəniz”, “gəmi”, “yaxta”, sahil estetikası və marine mövzularından ilhamlanan əl işləri ilə sənətkarları iştirak etməyə dəvət edirik.

📍 Tarix: 28 may
🕛 Vaxt: 12:00 - 19:00

Əgər yarmarkaya qatılmaq istəyirsinizsə DM və ya +994503146099 nömrəsinə yazın

WUF13 çərçivəsində GSNP (Global South NGO Platform) tərəfdaşlıq pavilyonunda  Arts Council Azerbaijan təşkilatının “İki...
23/05/2026

WUF13 çərçivəsində GSNP (Global South NGO Platform) tərəfdaşlıq pavilyonunda Arts Council Azerbaijan təşkilatının “İkinci Həyat” adlı layihəsi sərgisi nümayiş olundu.

Layihə çərçivəsində istifadəyə yararsız, bərpa olunmayan köhnə xalçalara yeni bədii yanaşma təqdim edildi. Eyni zamanda rəssamların iştirakı ilə ziyarətçilər üçün kiçik workshop da təşkil olundu və iştirakçılar layihənin yaradıcı prosesi ilə canlı tanış olmaq imkanı əldə etdilər.

.gov.az .az

Address

Baku

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00
Saturday 11:00 - 17:00
Sunday 11:00 - 17:00

Telephone

+994503146090

Alerts

Be the first to know and let us send you an email when ArtsCouncil Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ArtsCouncil Azerbaijan:

Share